SİYASƏT
Prezident İlham Əliyev Qazaxıstanda baş vermiş yanğınla əlaqədar Prezident Kasım-Jomart Tokayevə başsağlığı verib
![Prezident İlham Əliyev Qazaxıstanda baş vermiş yanğınla əlaqədar Prezident Kasım-Jomart Tokayevə başsağlığı verib](/files/2023/3/1200x630/16984844886506833960_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanda baş vermiş yanğınla əlaqədar Prezident Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi”.
Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Kasım-Jomart Tokayevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.