Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

PREZİDENT İLHAM ƏLİYEV RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ TELERADİO İSTEHSALAT BİRLİYİNİN TELEQÜLLƏ KOMPLEKSİNİN ƏSASLI BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİNDƏN SONRAKI VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞDUR

PREZİDENT İLHAM ƏLİYEV RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ TELERADİO İSTEHSALAT BİRLİYİNİN TELEQÜLLƏ KOMPLEKSİNİN ƏSASLI BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİNDƏN SONRAKI VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞDUR

Bakı, 20 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksi ümummilli lider Heydər Əliyevin Azərbaycanda qurub-yaratdığı saysız-hesabsız obyektlərdən biridir. Kompleks SSRİ Nazirlər Sovetinin qərarı əsasında Azərbaycan Respublikası Rabitə Nazirliyinin sifarişi ilə SSRİ Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən layihələşdirilmişdir. Tikinti işlərinə 1979-cu ildə başlanılmışdır. Layihəyə əsasən inşaat işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin müəyyən səbəblər üzündən kompleksdə tikinti işləri dayandırılmışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Teleqüllənin tikintisi davam etdirilmiş və 1996-cı ildə ulu öndərin iştirakı ilə kompleksin rəsmi açılış mərasimi keçirilmişdir.

2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə bütün digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də böyük inkişafa nail olunmuşdur. İnformasiya və kommunikasiya texnologiyaları sektorunu prioritet sahələrdən biri elan edən dövlətimizin başçısı bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qərarlar vermişdir.

Azərbaycanda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və genişmiqyaslı tətbiqi ölkədə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə də əlverişli zəmin yaratmışdır. Bu sahədə görülən işlərin daha da sürətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə 2008-ci il iyul ayının 10-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır.

Sərəncama müvafiq olaraq ölkədə efir televiziya yayımının əhatə dairəsinin genişləndirilməsi və efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində vəsait ayrılmışdır. Qısa vaxt ərzində kompleksdə əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanmışdır.

Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunmuşdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin yeni inşa olunmuş inzibati binası yüksək tələblər səviyyəsindədir. Burada çalışan əməkdaşlar üçün hər cür şərait yaradılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Teleqüllənin yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olmaq üçün əraziyə gəlmişlər.

Dövlətimizin başçısına məlumat verildi ki, ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənmişdir. Dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni televiziya vericiləri quraşdırılmışdır ki, bunlar da yayımın keyfiyyətini yüksək standartlar səviyyəsinə qaldırmışdır.

Bakı şəhəri və ətraf ərazilərdə televiziya və radio proqramlarının yayımının əhatə dairəsi, respublikada mövcud televiziya və radio yayım şəbəkəsi, Bakı və Abşeron yarımadasında rəqəmsal televiziya yayımının inamlı qəbul xəritəsi, respublika ərazisində DVB-T rəqəmsal televiziya yayım planı, Azərbaycan Respublikasının Radiomonitorinq Şəbəkəsi və kompleksin digər fəaliyyət istiqamətləri barədə dövlətimizin başçısına ətraflı məlumat verildi. Bildirildi ki, qüllədə Yaponiya istehsalı olan və hər biri 12 nəfərlik iki “Hitachi” lifti quraşdırılmışdır. Qüllənin 28-ci mərtəbəsində yerdən 180 metr hündürlükdə televiziya və radio yayım avadanlığı, 1712 kilometr uzunluğa malik RRX şəbəkəsinin baş stansiyası, mobil operatorların SDH şəbəkələri yerləşdirilmişdir. 10-cu mərtəbədə isə televiziya və radioverici-yayım avadanlığı, peyk yayımı avadanlığı, audio-video kommunikasiya qurğuları, habelə dispetçer xidməti, radio-rele kommunikasiya qurğuları və digər xidməti avadanlıq yerləşdirilmişdir.

Prezident İlham Əliyev Teleqüllə kompleksinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendlə tanış oldu.

Sonra dövlətimizin başçısı və xanımı qüllənin 27-ci mərtəbəsində, yerdən 175 metr hündürlükdə olan döşəməli restorana baxdılar. Bildirildi ki, ümumi sahəsi 330 kvadratmetr olan restoranın yükgötürmə qabiliyyəti 15 tondur. Restoranın zalında eyni vaxtda yüz nəfərə xidmət göstərilə bilər. Burada hər şey zövqlə quraşdırılmışdır və xidmət ən yüksək standartlar səviyyəsindədir. Zal 1 saat 10 dəqiqə müddətində bir dəfə dövrə vuraraq şəhərin və Xəzər dənizinin gözəl mənzərəsi ilə bura gələnləri valeh edir. Burada paytaxt sakinlərinin, eləcə də qonaqların istirahəti üçün lazım olan hər cür şərait yaradılmışdır.

Görülən işlər və yaradılan şəraitlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verildi.

Tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva buradan şəhərin mənzərəsini seyr etdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib