RƏSMİ XRONİKA
Prezident İlham Əliyev “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril ilə görüşmüşdür
Paris, 17 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Parisdə “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril ilə görüşmüşdür.
Görüşdə “Tecnip” şirkətinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olundu. Həmçinin gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparıldı.