Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyev tərəfindən görülən işlər əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə yönələn vahid konsepsiyanın tərkib hissəsidir

Prezident İlham Əliyev tərəfindən görülən işlər əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə yönələn vahid konsepsiyanın tərkib hissəsidir

Bakı, 12 aprel, AZƏRTAC

“Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Bu sözləri Prezident İlham Əliyev 2018-ci il aprel ayının 11-də andiçmə mərasimində söyləyib.

Hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri də onun sosial siyasətidir. Dövlətimizin başçısı kimi Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində də vətəndaş rifahının yüksəldilməsi, iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi, əldə olunan iqtisadi uğurların, ilk növbədə əhalinin, onun aztəminatlı təbəqəsinin güzəranının artırılması, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması dayanır. Bu siyasətin həyata keçirilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən müxtəlif tədbirlər həyata keçirilib, fərman və sərəncamlar imzalanıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə söyləyib.

O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş sosial siyasətin davamı olaraq, Prezident İlham Əliyev tərəfindən görülən işlər əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyyətin yaxşılaşdırılmasına yönələn vahid konsepsiyanın tərkib hissəsidir. Azərbaycanın sosial siyasət sahəsində başlıca hədəfi əhalinin bütün qruplarının ədalətli sosial təminatını həyata keçirməklə sosial rifah dövlətinin qurulması idi ki, buna da nail olundu.

Yalçın Hacızadənin sözlərinə görə, dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasət daha geniş və çoxşaxəlidir. Bu siyasət həm bu gün, həm də gələcəkdə vətəndaşlarımızın layiqli həyat şəraitinin təmin edilməsinə, bu təminatın daha da inkişaf etdirilməsinə yönəlib.

“Milli iqtisadiyyatın perspektivi üzrə 2016-cı ildə Azərbaycan Prezidenti tərəfindən qəbul edilmiş “Strateji yol xəritəsi” 2018-ci ildən sonra keçən müddətdə də uğurla həyata keçirilib. Fərmanın icrasının təmin olunması üçün daxili və xarici kapital hesabına yeni iş yerləri açılıb, bazar iqtisadiyyatının sərbəstliyinin qorunması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi üçün şəffaf idarəçilik mexanizmləri formalaşdırılıb.

Yerli və xarici vətəndaşların dövlət orqanlarına müraciətlərinin baxılması, operativ qərarların qəbul edilməsi, sahibkarlıq sahəsində sənədləşmələrin “bir pəncərə” sistemi əsasında həyata keçirilməsi, korrupsiya və rüşvətxorluğun qarşısının alınması, sahibkarlara qarşı süni müdaxilələrin aradan qaldırılması məqsədilə idarəçilik sahəsində Azərbaycan brendi kimi dünyada qəbul edilən “ASAN xidmət” və DOST mərkəzləri yaradılıb və inkişaf etdirilib”, - deyə Y.Hacızadə bildirib.

O diqqətə çatdırıb ki, qlobal pandemiyanın iqtisadi-maliyyə sistemlərinə böyük zərər vurduğu müddətdə ölkədə biznes mühitinin qorunması, sahibkarların məruz qaldığı maddi zərərlərin kompensasiya olunması, aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, iş yerlərinin bağlanmasına baxmayaraq əməkhaqlarının ödənilməsi üçün dövlət tərəfindən müxtəlif təbirlər görülüb.

“Prezident İlham Əliyevin 2018-ci ildə növbəti dəfə Prezident seçildikdən sonra həyata keçirdiyi ən böyük uğur otuz ilə yaxın işğalda qalmış torpaqlarımızın Ali Baş Komandan kimi azadlığına nail olmasıdır. Müharibənin böyük xərclərlə müşayiət edilməsinə baxmayaraq, Qələbədən sonra azad olunmuş bölgələrdə daxili və beynəlxalq əhəmiyyətli quruculuq işlərinin aparılmasını, minlərlə şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən yüksək qayğını bu zamana kimi həyata keçirilmiş uğurlu iqtisadi sosial siyasətin nəticəsi kimi qiymətləndirmək olar”, - deyə Y.Hacızadə əlavə edib.

“Həyata keçirilən siyasət Prezident İlham Əliyevin dediyi kimi, ən önəmli kapital olan insan kapitalı, yəni elm, təhsil sahəsini də əhatə edib. Prezidentin müvafiq sərəncamları ilə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması dövlətin təhsilə, elm sahəsinə olan qayğısının bariz nümunəsidir.

Sosial ziddiyyətsiz cəmiyyət, əslində, sosial ədalətli cəmiyyətdir. Bu gün Azərbaycan dövləti tərəfindən sosial ədalətin bərqərar olunması, milli sərvətlərin artırılması və ədalətli bölgüsü istiqamətində müxtəlif proqramlar və layihələr həyata keçirilir. Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildən bu günə kimi əməkhaqlarının, pensiyaların, təqaüd və müavinətlərin dəfələrlə artırılması, yoxsulluğun beş faiz həddinə endirilməsi həyata keçirilən proqram və layihələrin uğurlu icrasının göstəricisidir”, - deyə Yalçın Hacızadə fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir