Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev xalqın xilaskarı olmağı bacardı

Prezident İlham Əliyev xalqın xilaskarı olmağı bacardı

Bakı, 12 aprel, AZƏRTAC

Bəşəriyyət yaranandan bu günə qədər hər bir toplum, cəmiyyət, xalq və dövlət üçün onun liderinin kim olması çox vacib amil olub. Ən yaxın tarixə nəzər salsaq müxtəlif dövlətlərin ayrı-ayrı liderlərinin bu xalqların tarixində ya tərəqqiyə, ya da faciələrə gətirdiklərini görmüş olarıq. Azərbaycan tarixi də bu kimi hallarla doludur. 1920-ci ildən bu yana xalqımız Sovetlərin apardığı Qafqazdakı siyasət nəticəsində çətin durumlara düşüb, torpaqlarımız müxtəlif zamanlarda SSRİ hakimiyyəti tərəfindən ermənilərə bəxşiş kimi verilib. 1990-cı illərin əvvəllərində isə, bir tərəfdən ermənilər ilə müharibə aparan xalqımız, digər tərəfdən daxili sabitsizlikdən əziyyət çəkirdi. Həmin vaxt hakimiyyətin müxtəlif kürsülərində oturan şəxslərin yarıtmaz daxili və xarici siyasətləri Azərbaycanı hətta parçalanmaq təhlükəsi qarşısında qoyub. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra xalqımız yeni tarixi mərhələsinə qədəm qoyub, ölkə daxilində sabitlik əldə edilib.

Bu fikirlər Prezident yanında İdarəçilik Akademiyasının politoloqu, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun “Prezident İlham Əliyev xalqın xilaskarı olmağı bacardı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bu gün ölkəmizin uğurlu inkişafı Prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi Liderə çevrilib. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir.

2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyev bu illər ərzində coğrafi cəhətdən kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olub. Təsadüfi deyil ki, xalqımız aparılan bu siyasi kursa bir daha öz dəstəyini verdi. Üç il bundan əvvəl, 2018-ci il aprelin 11-də seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha ölkəmizdə yaşından, peşəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin göstəricisi idi. Deməli, Azərbaycan xalqı 2018-ci ildə bundan qabaqkı üç seçkilərdə olduğu kimi, yenə də İlham Əliyevə səs verərək güclü Azərbaycana səs vermiş oldu.

Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycanın milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi.

Qarabağa gedən yol

2018-ci il aprelin 11-də xalqımız düzgün seçim edərək bugünkü tarixin yazılmasında vacib rol oynadı. Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida”.

Nəticədə, Azərbaycan xalqı hazırda tarixinin ən əlamətdar günlərini yaşayır. Azərbaycan xalqı bu gün yaxın keçmişindəki qara səhifələri ilə vidalaşaraq gələcəyimiz üçün yeni tarix yazır. Prezident İlham Əliyev bütün görüşlərində və çıxışlarında daima Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsinə toxunur, bununla barışmayacağını qeyd edirdi. 2018-ci ildə yenidən Prezident seçilən İlham Əliyev əsas hədəf kimi işğal amilinin aradan qaldırılmasını vurğuladı və düz 2 il yarım sonra torpaqlarımızı yadellilərdən azad etdi. Beləliklə, ermənilərin və onların havadarlarının 1828-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardıqları mənfur siyasətə son qoyuldu.

Bu, həm də uzun illər havadarları vasitəsilə ermənilərin azğınlaşmış siyasətinin sonu idi. Xalqımızın müdafiəsində dayanan Prezident İlham Əliyev 2020-ci ilin oktyabrın 4-ü xalqa müraciətində bu məsələlərə toxunaraq qeyd edirdi: “Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir”.

Prezident bu illər ərzində verdiyi sözə əməl etdi, O, Ermənistana və onun havadarlarına etdiyi xəbərdarlıqlarının boş söz olmadığını 44 günlük müharibə ərzində sübut etdi. Nəticədə, noyabrın 10-da Nikol Paşinyan 2016-cı ilin aprelindəki Serj Sarkisyanın hərəkətini təkrarlayaraq Azərbaycan dövləti, Ali Baş Komandanı və xalqı qarşısında diz çökdü.

Uğurlu xarici siyasət fəlsəfəsi

Təbii ki, 44 günlük müharibədə qalib gəlmək heç də asan məsələ deyildi. Unutmayaq ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış hazırkı beynəlxalq münasibətlər sisteminin tamam olduğu təxminən 65 il ərzində BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünü çıxmaq şərti ilə dünyada heç bir dövlət müharibədə öz məqsədinə çatmamışdı. Azərbaycan bu tilsimi sındıraraq bir çox dövlətlər üçün örnək olduğunu, beynəlxalq hüququn və ədalətin bərpa edilməsinin vacibliyini sübut etdi.

Qalibiyyət isə təkcə səngərdəki döyüşlər ilə kifayətlənmir. Qalib olmaq üçün beynəlxalq münasibətlərin sayılan aktoru olmaq lazım idi. Dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Prezident İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynaya bilər. Son zamanlar yaşadığımız region ətrafında baş verən hadisələr bir daha göstərir ki, rəsmi Bakının həyata keçirdiyi müstəqil daxili və xarici siyasət kursu xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən optimal yoldur.

Azərbaycan Xəzər-Qafqaz regionunda mühüm oyunçudur. Bu, demək olar ki, MDB-də yeganə uğurlu çoxvektorlu xarici siyasət aparan dövlət nümunəsidir. Praktik olaraq, keçmiş SSRİ respublikalarından heç birinə, eyni zamanda, həm Rusiya ilə, həm Avropa İttifaqı və ABŞ ilə, həm də İsrail və İranla bərabər münasibət qurmaq müyəssər olmayıb.

Struktur islahatları və kadr dəyişikliyi

Sözsüz ki, 2018-ci ildə İlham Əliyevin növbəti dəfə Prezident seçilməsi Azərbaycan dövləti tarixində yeni mərhələnin başlanğıcını qoydu. Andiçmə mərasimindən sonra tez bir zamanda ölkədə bütün sahələrdə başlanılan islahatlar, dövlət institutlarının müasir çağırışlara cavab verməsi üçün aparılan dəyişikliklər, korrupsiyaya qarşı mübarizə, regionlardakı idarəetməyə diqqətin artırılması xüsusi ilə qeyd edilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən 3 ildə apardığı ciddi kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi istiqamətində qurmaları ilə bağlı qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə qəti inam yaradıb. Dövlətimizin başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin fəaliyyətlərinin təkmilləşməsinə nail oldu. Bunlar situasiyaların səmərəli şəkildə idarə olunması və idarəetmədə meydana çıxacaq ziddiyyətlərin aradan qaldırılması baxımından son dərəcə əhəmiyyətlidir.

Son üç il ərzində ölkədə struktur dəyişiklikləri ilə eyni vaxtda kadr islahatları və rüşvətxorluğa qarşı mübarizə də geniş miqyasda davam edir.

Bu gün kadr bazasını genişləndirmək dövlət üçün prioritetə çevrilib. Prezident İlham Əliyevin “Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır” fikri hazırda dövlət institutlarında mühüm çağırış kimi dəyərləndirilir və bu işin təşkili üçün müvafiq qərarlar qəbul edilir. Dəyişikliklər nəticəsində modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların mərkəzi və regional orqanlara təyin edilmələrinin şahidi oluruq.

Daxili sabitlik və həmrəylik

2018-ci ilin prezident seçkilərindən sonra ölkədə bir sıra sahələrdə olduğu kimi, müxalifət-iqtidar arasında münasibətlərdə də yeni səhifə açıldı. Artıq bir müddətdir ki, iqtidar və siyasi müxalifət arasında dialoqa start verilib. 2019-cu ilin noyabr ayının sonunda Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və başladılan dialoq o demək idi ki, Azərbaycan hakimiyyəti ayrı-ayrı qrupların, partiyaların, vətəndaş cəmiyyəti institutlarının siyasi proseslərdə fəal rol oynamasında maraqlıdır, onların fikir və istəklərinin nəzərə alınmasını qarşısına məqsəd qoyub. Müxalifətlə iqtidar arasında dialoq, eyni zamanda, daha funksional və nəticəyönümlü siyasətin formalaşmasına gətirib çıxardı.

Azərbaycanın çox mürəkkəb geosiyasi coğrafi mövqedə yerləşdiyini unutmamalıyıq. Dövlətimizin dayanıqlığının artırılması, ölkəmizin üzləşdiyi köhnə və yeni xarici çağırışlar qarşısında daxili birlik mütləqdir. Biz 44 günlük müharibə zamanı bu birliyin necə əhəmiyyətli olduğunu bir daha gördük. Bütün bunların fonunda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dialoq formatı, qarşılıqlı müzakirələr bəzi radikal və xarici donorlardan asılı olan siyasi partiyalardan başqa hamı tərəfindən müsbət dəyərləndirilir, cəmiyyət tərəfindən rəğbət və sevinclə qarşılanır.

İqtisadiyyat

Son illər qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin yaranmaması inkişafın Azərbaycan modelinin uğurlarını bir daha təsdiqləyir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2020-ci ilədək 69-cu yerdən 34-cü yerdə məskunlaşdı.

Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin reallaşması nəticəsində minlərlə insan iş yeri ilə təmin edildi. Təkcə son üç il ərzində səhiyyə ocaqlarının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə məktəblərin tikintisi və təmiri davam etdirildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.

Ötən dövrdə respublikamızın tranzit imkanlarının reallaşması üçün digər iri layihələr də uğurla reallaşdırılıb. Bu baxımdan Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi xüsusi vurğulanmalıdır.

2021-ci ildən başlayaraq İtaliyanın Azərbaycanın maye qazından istifadəyə başlaması artıq qoca qitənin bəzi dövlətlərinin gələcəkdə daha çox Azərbaycanın enerji sahəsində tərəfdaşı olmasına gətirib çıxaracaq. Xüsusi iftixarla qeyd edə bilərik ki, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan təkcə son üç il ərzində Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP kimi beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmağı bacardı.

Bu ilin əvvəlində isə Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalaması kifayət qədər zəngin olan bu qaz yatağının da Azərbaycanın sosial-iqtisadi təhlükəsizliyində mühüm rola malik olacağına dəlalət edir.

Bundan başqa, işğal altındakı torpaqların azad edilməsi və Zəngəzur dəhlizinin işə düşməsindən sonra bölgədə yeni geoiqtisadi əlaqələrin yaranmasına şahidlik edəcəyik. Son 3 ildə Böyük İpək Yolunun siyasi-iqtisadi mərkəzinə çevrilən Azərbaycan Türkmənistan, Özbəkistan, Əfqanıstan ilə razılıqlar əldə edərək Qafqaz tranzit xəttinin genişlənməsinə nail oldu.

Bütün bunlar o deməkdir ki, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.

Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. O, sözün həqiqi mənasında tam müstəqil dövlət qurmağı bacardı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO