Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşmüşdür

Prezident İlham Əliyev Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşmüşdür

Bakı, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də Prezident İlham Əliyev Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşmüşdür.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

 

Prezident İlham Əliyevin nitqi

-Bu gün səhər Dövlət Neft Şirkətinin prezidenti mənə məlumat verdi ki, “Ümid” yatağı açıldı. Bu, çox gözəl hadisədir, böyük tarixi hadisədir. Bu hadisə münasibətilə sizi, Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki bu hadisə Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacaqdır.

Müəyyən müddətdir ki, Dövlət Neft Şirkəti “Ümid” yatağında kəşfiyyat işləri aparırdı. Bu da bizim üçün bir yenilikdir. Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq. Siz bunu yaxşı bilirsiniz ki, Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişlər. Xəzərdə 1950-ci illərdən başlayaraq bu günə qədər Azərbaycan neftçiləri, mütəxəssisləri müstəsna rola malikdirlər. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır.

Ancaq bildiyiniz kimi, Sovet İttifaqı dağılandan sonra və ondan əvvəlki illərdə neft-qaz sənayesində tənəzzül başlamışdır. Demək olar ki, biz mövqelərimizi itirməyə başlamışdıq. 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyamız bu sahədə köklü dönüşün yaranmasına gətirib çıxardı. “Əsrin kontraktı”nın, “Şahdəniz” yatağı üzrə kontraktın imzalanması və digər addımlar bizə imkan verdi ki, neft-qaz sahəsində özümüzə məxsus olan mövqelərimizi bərpa edək. Biz mövqeyimizi nəinki bərpa edə, hətta onu böyük dərəcədə möhkəmləndirə bilmişik. Mən bu barədə dünən Dövlət Neft Akademiyasının yubiley tədbirində fikirlərimi söyləmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan bu gün dünya enerji xəritəsində özünəməxsus rola malikdir. Mövqelərimiz möhkəmlənir və tərəfimizdən irəli sürülmüş təşəbbüslər bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır.

Bizim neft-qaz strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə resurslarını böyük dərəcədə genişləndirə bilsin. Bu, beynəlxalq mövqelərimizi gücləndirdi və minlərlə yeni iş yerinin açılmasına gətirib çıxardı. Bizi dünya bazarları ilə birləşdirən neft-qaz kəmərləri ya əsaslı şəkildə təmir olundu, ya da ki, yenidən tikildi. İstisna edilmir ki, gələcəkdə yeni kəmərlərin tikintisinə ehtiyac olacaqdır.

Nəzərə alsaq ki, neft-qaz ehtiyatlarımız artır, resurslarımız kifayət qədər çoxdur, gələcəkdə qonşu ölkələrin resursları Azərbaycan ərazisindən dünya bazarlarına nəql edilə bilər, ona görə yeni kəmərlərin tikintisi istisna olunmur.

“Ümid” yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Biz 1990-cı illərin əvvəllərində böyük maliyyə imkanlarına malik deyildik. Xarici investisiyalardan asılı idik. Ancaq xarici investisiyaları Azərbaycana gətirməklə milli maraqlarımızı tam şəkildə təmin edə bilmişik. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ölkələrdən biri və bəlkə də birincisi Azərbaycandır. Bu da ümumi neft siyasətimizin əlamətidir.

Bizim xarici tərəfdaşlarla imzalanmış pay bölgüsü üzrə kontraktlar maraqlarımızı tam şəkildə təmin edir və bu gün mənfəət neftinin mütləq əksəriyyəti Azərbaycana məxsusdur. Xarici şirkətlərdə çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu illər ərzində vətəndaşlarımız xarici şirkətlərin hesabına xaricdə və Azərbaycanda təlim kursları keçmişlər, müasir texnologiyalara yiyələnmişlər, tanış olmuşlar. Yəni, bu kontraktlar sadəcə olaraq neftin hasil edilməsi, nəqli və ya mənfəətin bölgüsü ilə məhdudlaşmır. Bu kontraktlar bizə başqa sahələrdə də inkişafa nail olmaq üçün şərait yaratdı. Neft yatağına qoyulan hər bir dollar investisiya digər sahələrə buna bərabər həcmdə investisiyanın gətirilməsinə xidmət göstərir. İnşaat və xidmət sektorları Azərbaycanda böyük dərəcədə inkişaf etmişdir. Həm özəl, həm də ki, dövlət şirkətləri bundan faydalanmışdır.

Bütün bu işlərin görülməsi ölkəmizi böyük dərəcədə gücləndirdi. Təbii ki, biz bu resursları, xüsusilə maliyyə resurslarını əldə etdikdən sonra özümüz də həm ölkə daxilində, həm də xaricə investisiyalar qoymağa başlamışıq. Bu da bugünkü Azərbaycanın reallıqlarıdır, uğurlu siyasətimizin əlamətidir. Nəinki ölkə daxilində, xaricə qoyduğumuz investisiyalar milyardlarla ölçülür. Türkiyə, Gürcüstan, Ukrayna, digər ölkələrdə investisiyalarımızı gözləyirlər. Azərbaycan və onun Dövlət Neft Şirkəti etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya qoyur. Biz əməkdaşlığın dərinləşməsi üçün bütün tədbirləri görürük. Xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir. Gələcəkdə bu, bizə ondan da çox gəlir gətirəcəkdir. Çünki bütün bu investisiyalar iqtisadi amillərə söykənir. Yəni, bu, kommersiya yönümlü investisiyalardır. Bilirik ki, biz ondan da çox mənfəət götürəcəyik. Ancaq bu gün yox, 5 ildən, 10 ildən sonra. Ona görə bu baxımdan həmin investisiyaların çox böyük əhəmiyyəti vardır. Bu, Azərbaycanın gələcəyinə qoyulan vəsaitdir. Gələcək nəsillər bax bu gün qoyulan o sərmayənin nəticələrini görəcəklər, biz də görəcəyik.

Bununla bərabər, Azərbaycanın neft-qaz sektoruna, xüsusilə dəniz yataqlarına qoyulan investisiyalar xüsusi əhəmiyyətə malikdir. Çünki hamımız yaxşı bilirik ki, yeni yatağa qoyulan vəsait bəzi hallarda özünü doğrultmur. Azərbaycan bir neçə pay bölgüsü üzrə kontrakt imzalamışdır. Onların bir neçəsi uğur gətirmədi. Ancaq Azərbaycan dövləti bundan zərrə qədər də zərər görmədi. Çünki bütün bu investisiyalar xarici tərəfdaşın öhdəliyi idi. Bir neçə quyu qazılmışdı ki, onlar quru çıxdı. Ancaq yenə də Azərbaycan bundan ziyana düşmədi. Çünki bu xərclər xarici tərəfdaşlar tərəfindən qoyulmuşdu.

Ona görə də Dövlət Neft Şirkətinin “Ümid” yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işləri aparmaq barədə təklifi və təşəbbüsü həm riskli təşəbbüs idi, eyni zamanda, onu göstərirdi ki, biz artıq bunu etməyə qadirik. Biz Xəzərin bütün imkanlarını yaxşı bilirik. Geoloqlarımızın təcrübəsi və bilikləri heç də ən aparıcı neft şirkətlərinin geoloqlarının təcrübəsindən geri qalmır, hətta dəqiq deyirəm, onları üstələyir. Son illər ərzində bəzi xarici şirkətlər tərəfindən aparılmış uğursuz kəşfiyyat işləri bunu göstərir. Mən “Abşeron” yatağının təcrübəsini yada salmaq istəyirəm. Mən yaxşı xatırlayıram ki, o vaxt birinci dəfə “Abşeron” yatağı kontraktla əhatə olunanda geoloqlarımız və şəxsən Xoşbəxt müəllim demişdi ki, quyu harada qazılmalıdır. Əfsuslar olsun ki, o vaxt qarşı tərəf buna əhəmiyyət vermədi. Quyunu başqa yerdə qazdılar, milyonlarla, 10 milyonlarla vəsait xərclədilər və quyu quru çıxdı. Ancaq buna baxmayaraq, biz və geoloqlarımız bilirdik ki, “Abşeron” yatağı böyük ehtiyatlara malikdir. Bir neçə ildən sonra başqa şirkət maraq göstərdi və yenidən “Abşeron” yatağı üzrə kontrakt bağlandı. Ümid edirəm ki, “Abşeron” yatağında növbəti kəşfiyyat işləri uğurlu olacaq və qaz ehtiyatlarımız böyük dərəcədə artacaqdır.

Bir daha demək istəyirəm ki, “Ümid” yatağının kəşfiyyatı və gələcəkdə işlənilməsi xüsusi məna daşıyır. Bu, tarixi bir hadisədir. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri öz hesabına görmüşdür. Bizim həm texniki, həm də maliyyə imkanlarımız vardır. Bizim istənilən həcmdə xarici maliyyə resurslarına da çıxışımız təmin olunur. Mən çox şadam ki, “Ümid” yatağı ümidlərimizi doğrultdu. Bir müddət bundan əvvəl “Ümid”də gedən kəşfiyyat işlərinin ilkin nəticələri haqqında mənə məlumat verilmişdir. Bu mənə imkan verdi ki, bir qədər əvvəl deyim: Biz “Ümid” yatağından ümidverici xəbərlər gözləyirik. Ancaq gözləyirik ki, bu məlumat tam dəqiqləşsin, ondan sonra biz bu kəşfiyyat haqqında bəyanat verək və elan edək ki, Azərbaycanda Azərbaycan neftçiləri tərəfindən yeni böyük qaz yatağı aşkar olundu. Əlbəttə ki, bu hadisə nəinki Azərbaycanda, hüdudlarımızdan kənarda da böyük marağa səbəb olacaqdır. Bu, bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilibdir. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir.

Bizim tərəfimizdən irəli sürülmüş təşəbbüslər və icra edilən layihələr artıq dünya qaz bazarına öz təsirini göstərməyə başlamışdır. Bizim şaxələndirilmiş qaz şəbəkəmiz vardır. Dörd qaz kəmərimiz vardır ki, qazımız istənilən istiqamətə nəql edilə bilər və əslində nəql edilir. Əlavə tədbirlər görüldüyü halda bu istiqamətlər üzrə qaz nəqlinin həcmi böyük dərəcədə arta bilər.

Biz bu vaxta qədər tam dəqiqliklə deyirdik ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2 trilyon kubmetr səviyyəsindədir. Əlavə edirdik ki, ancaq ola bilər və çox güman ki, bu ehtiyatlar daha da çox olsun. Bax, “Ümid” yatağının gələcəkdə işlənilməsi bu sözləri bir daha təsdiqləyir. İki trilyon, sadəcə olaraq, necə deyərlər, çox təvazökar bir rəqəmdir. Biz heç vaxt heç kimə resurslarımız haqqında yanlış məlumat verməmişdik, heç nəyi şişirtməmişdik. Bəlkə, əksinə, biz olan ehtiyatları ehtiyatla qeyd etmişik ki, həmişə dəqiq olaq. Buna görə də sözümüzə beynəlxalq enerji aləmində inam çox yüksək səviyyədədir.

Bir sözlə, “Ümid” yatağının açılması böyük hadisədir. Mən bu işlərdə iştirak etmiş bütün vətəndaşları, mütəxəssisləri həm təbrik etmək, həm də onlara minnətdarlığımı bildirmək istəyirəm. Bu yatağın çox böyük gələcəyi vardır. Siz indi ehtiyatlar haqqında ilkin məlumatı bildirəcəksiniz. Ancaq bizim təcrübəmiz onu göstərir ki, ilkin rəqəm həmişə sonradan korrektə edilir. Yadımdadır, “Azəri-Çıraq-Günəşli” yatağının ehtiyatları haqqında birinci xəbərlər göstərirdi ki, 511 milyon ton neft vardır. Hətta mən o vaxt bir az təəccüblənirdim ki, nə üçün 511, belə dəqiqliyi necə bilmək olar?! Ancaq sonra həyat özü onu göstərdi ki, “Azəri-Çıraq-Günəşli” yatağının ehtiyatları 511 milyon ton deyil, 1 milyard tondan artıqdır. Bir milyarddan artıq 1,5 də, ondan da çox ola bilər. Onu həyat göstərər. Onu heç kim bilə bilməz.

Ona görə, “Ümid” yatağının ehtiyatları haqqında verilən ilkin məlumat əminəm ki, gələcəkdə görülən işlər nəticəsində, düzəlişlərlə tamamlanacaq və dünya miqyaslı yeni qaz yatağının aşkarlanması dünya qaz bazarına müsbət təsir göstərəcəkdir. Azərbaycanın imkanları daha da genişlənəcək, bizim qaz ixracımız daha da artacaqdır. Azərbaycanın qaz ehtiyatları haqqında bəzən dəqiq olmayan, bəzən təhrif edilmiş məlumatlar mətbuatda öz əksini tapır. Əminəm ki, “Ümid” yatağının aşkarlanması bütün bu boş söhbətlərə də nöqtə qoyacaqdır.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.

X X X

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq ABDULLAYEV görüşdə çıxış edərək dedi:

- Cənab Prezident, neftçilərin əməyinə verdiyiniz qiymətə görə çox sağ olun.

Siz, cənab Prezident, “Ümid” yatağının işlənildiyi vaxtlarda həmişə neftçilərlə bərabər olmusunuz, bizə dəstək vermisiniz. Bu gün xüsusi gündür və fərəhlə Sizə məruzə edə bilərəm ki, dünyanı böhran bürüyən bir dövrdə bu işə Sizin xeyir-duanızla, dəstəyinizlə başladıq. Mütəxəssislərin riskli saydığı, çox mürəkkəb hesab etdiyi bir yataqda - “Ümid” blokunda işə başladıq. Qısa müddətdə - iki il ərzində artıq nəticələr alındı. İndi əminliklə deyirik ki, artıq Azərbaycanda böyük qaz-kondensat yatağı kəşf olunubdur.

Zati-aliləri, icazə verin neftçilərin adından Sizə təşəkkürümüzü bildirək, Sizi təbrik edək. Bu, Sizin uğurunuzdur, cənab Prezident! Sizin dəstəyiniz olmasaydı, biz belə bir nəticələr əldə edə bilməzdik.

X X X

ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt YUSİFZADƏ dövlətimizin başçısına Xəzərin Azərbaycan sektorundakı bir sıra təbii qaz yataqlarının texniki-iqtisadi göstəriciləri haqqında məlumat verdi. Hələ sovetlər dövründə Azərbaycan neftçilərinin kəşfiyat işləri apardıqları “Ümid” yatağı barədə danışan Xoşbəxt Yusifzadə dedi:

- “Ümid” yatağı Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşir. 1953-cü ildə burada birinci dəfə, 1972-ci ildə isə yenidən bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılmışdır. Sonra 1977-ci ildən 1992-ci ilədək biz burada 9 quyu qazdıq. Bunların heç biri bu horizonta gedib çatmadı, biz yatağı mənimsəyə bilmədik.

Nəhayət, qərara gəldik ki, Sizin köməyinizlə, xeyir-duanızla özümüz burada quyu qazaq. Bir də ki, Dövlət Neft Şirkəti 1994-cü ildəki şirkət deyildir. İndi Dövlət Neft Şirkətinin maliyyə vəsaiti də, texniki, texnoloji imkanları da vardır. Bununla belə, yeni texnikanı qavramaq məsələsi də ortada idi. Ona görə bu, böyük bir risk idi. Burada iki məqamı qeyd etmək istəyirəm. Ümumiyyətlə, kəşfiyyat quyusunu platformadan qazmırlar. Dünyada belə təcrübə yoxdur. Açılmamış yataqda platformadan kəşfiyyat quyusu qazmırlar. Biz əvvəlcə fikirləşdik ki, bəlkə üzən qazma qurğularından istifadə edək. Sonradan hesabladıq ki, platformadan qazsaq, ucuz olacaq, Burada bizim ikinci böyük bir işimiz oldu ki, bu platformanı 6 quyu üçün layihələndirdik. Bunun müsbət cəhəti onda oldu ki, quyunu üzən qazma qurğusundan qazandan sonra çıxıb gedirsən. Amma burada platforma olduğu üçün, indi bir quyudan yaxşı nəticə almaq o deməkdir ki, biz bundan başqa daha 5 quyu qaza bilərik.

Qazma prosesi mürəkkəb şəraitdə çətinliklə başa gəldi. Ancaq məqsədə çatdıq, 5-ci horizontu aça bildik. Beşinci horizontun olması o deməkdir ki, burada mütləq  7-ci, 8-ci horizontlar da vardır.

Əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsasən yüz faiz əminliklə deyə bilərik ki, biz burada böyük yataq açmışıq. İndi qətiyyətlə deyə bilərik ki, burada 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı vardır. Hələlik bu quyudan əldə olunmuş məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir.

İndi qarşımızda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Birinci quyunu qazarkən müəyyən təcrübə toplamışıq. Burada ikinci quyunu qazmaq, əlbətt,ə bizim üçün asan olacaqdır. Mütəxəssislərimiz birinci quyuda bir dərs keçdilər. Çünki təcrübəmizdə belə bir hadisə yox idi. İndi bu quyudan aldığımız nəticə bizə nəyi vəd edir? Mən çox danışmaq istəmirəm, hörmətli Prezident. Əvvəla, biz bu sahədə kəşfiyyat işlərini davam etdirməli, o biri quyuları da qazmalıyıq.

Amma ən vacib məsələlərdən biri də budur: bu quyunun perspektivli olması sübut edir ki, buradakı “Babək” yatağı “Ümid”dən iki dəfə böyükdür. “Ümid”də yaxşı nəticə almağımız o deməkdir ki, “Babək”in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda “Babək” aşağıda yerləşdiyi üçün onun ehtiyatı 2 dəfə çoxdur. Yəni, “Ümid”də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr olacaqdır, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi “Ümid” yatağında bizim bir quyumuz vardır. Bu quyu dənizdə suyun dərinliyi 170 metr olan sahədə qazılmışdır. İnşallah həmin quyunu istismara verəndən sonra Sizin köməyinizlə işlərimizi davam etdirərik. Hesab edirəm ki, yaxşı nəticələrə nail olsaq, həm təcrübəmiz artacaq, həm də “Babək”də də işləri özümüz görəcəyik.

Ümumiyyətlə, əldə olunmuş nəticələrə əsasən əminliklə deyə bilərəm ki, əgər bizim 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatımız varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatımız olacaqdır.

X X X

Prezident İlham ƏLİYEV görüşə yekun vuraraq dedi:

- Maraqlı təqdimata görə çox sağ olun. Mən də tam razıyam ki, bundan sonra “Babək” yatağını da özümüz işləməliyik. Yadımdadır ki, əslində onlar bir yerdə idi - “Ümid”-“Babək”. Xarici şirkətlərin də bu yataqlara marağı çox böyük idi. Çox yaxşı ki, biz bu yataqları saxlamışıq və indi bütün işləri özümüz görürük. Əlbəttə ki, “Babək” yatağında da bütün işləri özümüz görməliyik. Siz dediyiniz kimi, həm təcrübə toplamışıq, həm də artıq böyük ehtimalla demək olar ki, orada da kəşfiyyat olacaqdır. Yəni, bunu indidən deyə bilərik ki, o dəqiqdir. Ona görə “Ümid” yatağının açılması əslində çox böyük qaz yataqlarının açılmasına gətirib çıxarır.

Bu gün tarixdə Dövlət Neft Şirkətinin böyük kəşfiyyat günü kimi qalacaqdır. Ümid edirəm ki, yaxın zamanlarda bütün başqa işlər də başa çatacaq və oradan biz ilkin qazı alacağıq. Hər halda bu, bir neçə ildən sonra olacaqdır. Ancaq artıq dəqiq bilirik ki, “Ümid” yatağı Azərbaycanın qaz potensialına öz töhfəsini verəcəkdir. Bir də demək istəyirəm ki, Avropa və dünya qaz bazarlarında rolumuz artacaqdır.

Azərbaycan həm neft, həm qaz, həm də bütün başqa sahələrdə daha da inkişaf edəcəkdir. Ölkəmizin qarşısında perspektivlər çox ürəkaçandır və biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda neft-qaz sənayesində belə gözəl işlər görülür. Azərbaycan neftçiləri həmişə olduğu kimi, ölkənin inkişafına ən dəyərli töhfələrini verirlər.

Mən çox şadam ki, “Ümid” yatağı müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Azərbaycan dünya neft sənayesinə o qədər töhfə verib ki. Çox böyük töhfələr vermişik. İkinci Dünya müharibəsində Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir. Bir daha sizi təbrik edirəm.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahib Ələkbərov: Tullantılara resurs kimi baxmaqla, davamlılığa və dairəvi iqtisadiyyata keçidi təmin edə bilərik

Moskva Quberniya Teatrı Bakıda maraqlı tamaşa təqdim edib

Vəkillər Kollegiyasının üzvləri 234 məhkuma pulsuz hüquqi yardım göstəriblər

May ayında kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 milyon manat olub

Rüstəm Qasımov: Milli Məclisin seçkiləri daha əvvəl keçirmək barədə qərarı əsaslıdır

Mikayıl Cabbarov: Startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Rövşən Nəcəf: Sartap ekosistemində insan kapitalı çox önəmlidir

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, rayon mərkəzi ilə əlaqə kəsilib

BŞTİ-də sertifikatlaşdırmanın nəticələri ilə bağlı 93 vətəndaş qəbul edilib

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNƏCƏK

Komitə sədri: Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Bakı Slavyan Universiteti Türk Universitetlər Birliyinin üzvü oldu

Fransada seçkilər: İfrat sağçılar öndədir

Nazirlər Kabinetinin şöbə müdiri: Tullantıların istehsalı ilə bağlı dayanıqlı həllərə olan ehtiyac artır

Mustafa Çətinkaya: Azərbaycan-Türkiyə dostluğu dövlət başçılarımızın siyasi iradəsi ilə daha da möhkəmlənir

“Culfa” tankerinin təmiri başa çatıb

Avro-2024: Türkiyə millisinin oyununda vərəqə rekordu, Ronaldo və Kvaratsxeliyadan tarixi göstərici

BMT narkomaniya və narkobizneslə mübarizəyə dair yeni hesabatını dərc edib

Fərid Hacıyev: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək

“ASAN xidmət” BMT Forumunda xüsusi tədbir reallaşdırıb

Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı işə başlayıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir

İşğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması üçün infrastruktur qurulur

Azərbaycan millisinin üzvü Rumıniya klubuna keçib

Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

İyunun 30-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Moskvada Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub

İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb

Forumun sonunda “Sıfır tullantı” Bakı təşəbbüsünün qəbul olunması nəzərdə tutulub

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

Bəxtiyar Əliyev: Ermənistan regionda sülhə təhdid yaratmamalıdır

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxır YENİLƏNİB VİDEO

“Sabah”ın kapitanı: Çempionlar Liqasında hədəfimiz müntəzəm mərhələyə yüksəlməkdir

Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu işə başlayıb

Gələn həftə MİQ üzrə müsabiqənin test imtahanları başlanır

Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür

Hərbi qulluqçular arasında voleybol üzrə birincilik keçirilib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib YENİLƏNƏCƏK

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb

Amerika Kuboku: Venesuela 1/4 finala vəsiqə qazanıb

Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

Dünya birjalarında neft ucuzlaşıb

® “AccessBank” QSC tender elan edir

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi davam edir

FHN: İntensiv yağış səbəbindən 12 nəfər təxliyə edilib, avtomobildə qalan 4 nəfərə köməklik göstərilib VİDEO

Şəkidə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs saxlanılıb

DİN Bakıda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirib

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Saatlıda narkokuryerlər saxlanılıb

Laçında yabanı halda bitən 1 tondan artıq çətənə bitkisi məhv edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilən sürət həddi bərpa edilib

® “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında anlaşma memorandumu imzalanıb

Gəncədə narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb VİDEO

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb

“Reuters”: Ukrayna Avropa yolundan kənar çıxarsa, Aİ-nin yardımını itirəcək

Boliviyada hərbi çevrilişə cəhd olub

Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb VİDEO

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir