Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin xarici siyasət kursu azərbaycanlılar üçün qürur, araşdırmaçılar üçün istinad mənbəyidir ŞƏRH

Prezident İlham Əliyevin xarici siyasət kursu azərbaycanlılar üçün qürur, araşdırmaçılar üçün istinad mənbəyidir  ŞƏRH

Bakı, 15 oktyabr, AZƏRTAC

2003-cü il oktyabrın 15-dən etibarən Prezident İlham Əliyevin Azərbaycanın regional və qlobal müstəvidə mövqelərinin möhkəmləndirilməsi, tərəfdaş və müttəfiqlərinin sayının artırılması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuzlu və ciddi təsir imkanlarına malik önəmli aktorlarından birinə çevrilməsi istiqamətində həyata keçirdiyi və yalnız milli maraqlara söykənən xarici siyasət kursu azərbaycanlılar üçün qürur, araşdırmaçılar üçün istinad mənbəyidir.

Bunu siyasi ekspert Elçin Mirzəbəyli AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və ölkənin bütün əraziləri üzərində suveren hüquqlarımızın təmin edilməsindən sonra, təkcə Cənubi Qafqazda deyil, Ön Asiyada və uzaq təsir arealı baxımından Avrasiyadakı reallıqların tamamilə dəyişməsi fonunda 20 il öncəyə nəzər salmaq, proseslərin inkişaf xronologiyasını sadalamaq kifayət qədər asandır. Bu, ən yaxşı halda bir neçə saatlıq vaxt tələb edə bilər. Lakin “birqütblü dünya fenomeni”nin süquta uğramaqda olduğu, yenisinin isə formalaşmadığı, beynəlxalq hüququn norma və prinsiplərindən doğan qlobal təhlükəsizlik mexanizmlərinin sıradan çıxarıldığı, güc amilinin bütün digər amilləri üstələdiyi, olduqca mürəkkəb, ziddiyyətli, xaotik, bəzən isə anlaşılmaz beynəlxalq münasibətlər sistemi çərçivəsində Azərbaycan liderinin ölkənin milli maraqlarından bir millimetr də olsa geri çəkilmədən, güzəştsiz, qətiyyətli və cəsarətli bir mövqe sərgilədiyi önə çıxarılarsa, geridə qalan zaman kəsiyinin hər saatında, hər anında nə qədər iti və çevik zəkanın, böyük zəhmətin və sonsuz fədakarlığın dayandığını söyləmək mümkündür.

“Hətta Azərbaycana qarşı ən kəskin, qərəzli mövqedə dayanan qlobal media resurslarının analitikləri belə Prezident İlham Əliyevin geosiyasi proseslərin inkişaf istiqamətini və dinamikasını proqnozlaşdırmaq, dəqiq təhlil etmək, düzgün nəticə çıxarmaq, mövqe seçmək məharətindən heyrətə gəldiklərini bildirir. Onlar ənənəvi olaraq ən önəmli məqamı ifadə edə, keçilən yolun mahiyyətini gün işığına çıxara biləcək vacib sualların cavabını açıq saxlayırlar. Suallar isə belədir: Necə oldu ki, İlham Əliyev eyni vaxtda Ermənistan istisna olmaqla, MBD üzvü olan bütün ölkələrlə, o cümlədən Rusiya, çağdaş geosiyasi konfiqurasiyada özünəməxsus yeri olan Çinlə, tamamilə əks qütbdə dayanan ABŞ və Avropa İttifaqı, ziddiyyətli və dost olmayan münasibətlərə malik İran və ərəb ölkələri, hətta İsraillə əməkdaşlıq münasibətləri qura bildi?

Necə oldu ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bütün enerji layihələri Avropanın enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrildiyi halda, köhnə qitə üçün uzun illər boyu əsas enerji mənbəyi olan Rusiyanı atılan addımların onun əleyhinə yönəlmədiyinə inandırmağı və hətta sözügedən istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığa nail olmağı bacardı?

Necə oldu ki, İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünü, hətta təsisatın aparıcı, ideya və istiqamətverici subyektinə çevirməyi, eyni zamanda, həm NATO-nun ikinci hərbi gücü olan Türkiyə, həm də Şimali Atlantika Alyansı ilə, yumşaq desək, rəqabətdə olan qütbün - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KRMT) dominant ölkəsi Rusiya ilə qarşılıqlı münasibətləri bütün istiqamətlərdə, o cümlədən hərbi müstəvidə strateji müttəfiqlik müstəvisinə yüksəldə bildi? Necə oldu ki... Bu sualların sayı o qədər çoxdur ki, hər birinin cavabı üçün geridə qalan 20 ilin, az qala hər saatının ən incə detallarına kimi təhlil olunmasına ehtiyac duyulur”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Siyasi ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin xarici siyasətdə yaratdığı özünəməxsus və təkrarsız nümunənin bütün komponentləri, əslində vahid bir strategiyanın tərkib hissəsidir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində atılan addımlar, sadəcə ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə xidmət etməyib. Bütün bu layihələr ölkəmizin regional və qlobal miqyasda nüfuzunun artırılmasına və real təsir imkanlarına malik “yumşaq güc” amilinin formalaşdırılmasına xidmət edib. Bununla paralel olaraq, Azərbaycan Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələrlə də strateji tərəfdaşlıq haqqında müvafiq razılaşmalar imzalamaqla, öz mövqelərinin köhnə qitədə həm də ikitərəfli münasibətlər kontekstində möhkəmləndirilməsinə nail olub.

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərlə münasibətlərinə nəzər salan E.Mirzəbəyli qeyd edib: “Təsəvvür edin, vaxtilə ölkəmizin ərazilərini işğal altında saxlayan Ermənistan KTMT-nin üzvü olduğu halda, sözügedən təsisatın digər üzvləri Azərbaycanla münasibətlərini ən yüksək səviyyədə qoruyub saxlayır, hətta ölkəmizin təmsil olunmadığı bu təşkilatda bizim ədalətli mövqeyimizi müdafiə edirdilər. Azərbaycanın Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla qurduğu yüksək səviyyəli ikitərəfli münasibətlər KTMR-də Ermənistanın əlini-qolunu bağlamış, manevr imkanlarını minimuma endirmişdi. Həm də bu səbəbdən, rəsmi İrəvanın istər Tovuz döyüşləri, istər 44 günlük müharibə, istərsə də postmüharibə dövründə KTMT-ni qarşıdurmaya cəlb etmək niyyəti tamamilə iflasa uğradı və əks reaksiyaya səbəb oldu. İndi, vaxtilə Azərbaycanın Belarus, Tacikistan və KTM üzvü olan digər ölkələrlə qarşılıqlı əlaqələri üzərindən öz məhdud dünyagörüşlərinə uyğun mülahizələr yürüdənlər, yekun nəticəni göz önündən keçirib yanlış hesablamalarının fərqinə vara bilərlər.

Yaxud Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünü və bu hərəkat çərçivəsində atdığı addımları öz bəsit baxış bucaqlarının süzgəcindən keçirənlər, dünyanın BMT-dən sonra ikinci ən böyük təşkilatının ölkəmizə qarşı “səlib yürüşü” təşkil etməyə çalışanların planlarını necə pozduğunu yada salıb, əgər bacarsalar, utana bilərlər”.

Siyasi ekspertin sözlərinə görə, dövlətimizin başçısının xarici siyasətdəki bütün uğurlarının əsas sirri onun istisnasız olaraq, Azərbaycan xalqının milli maraqlarından çıxış etməsidir. O, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, maraqlarının qorunması, mövqelərinin möhkəmləndirilməsi üçün, uzun illər boyu fasiləsiz və gərgin proqramla çalışdığı, saysız-hesabsız görüşlər keçirdiyi, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün bütün imkanlardan yararlanmağı bacardığı kimi, yenə də lideri olduğu xalqın və dövlətin mənafeyi naminə imtina etməyi də çox yaxşı bilir. Bununla bağlı çoxsaylı nümunələr gətirmək olar.

“Bu sırada Prezident İlham Əliyevin 2009-cu ildə, həmin dövrdə ABŞ-ın Prezidenti olan Barak Obama və Dövlət katibi Hillari Klintonla İstanbulda, Avropa Parlamentinin sədri ilə Brüsseldə görüşməkdən imtina etdiyini və bununla da ölkəmizə qarşı nümayiş etdirilən ədalətsiz, qərəzli münasibətə açıq etirazını qeyd etmək olar. Azərbaycan Prezidentinin Fransa Prezidenti və Almaniya Kanslerinin də iştirak edəcəyi Qranada görüşündə iştirakdan imtina etməsi isə qənaətimə görə, yalnız milli maraqların müdafiəsi ilə əlaqələndirmək doğru olmazdı. Bu, həm də xarakter məsələsidir. İlham Əliyevin xarici siyasəti məsuliyyətli, prinsipial, öhdəliklərinə sadiq və qürurlu azərbaycanlı obrazının diplomatik müstəvidə təcəssümüdür”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb