Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə inam və etibar əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır VİDEO

Bakı, 2 sentyabr, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzi (STM) vaxtaşırı olaraq dövlət və cəmiyyət həyatında baş verən dəyişiklikləri, müşahidə edilən tendensiyaları, yeni yanaşmaları, cəmiyyətdəki dinamikaları öyrənir, tədqiq edir və ictimaiyyətə, eyni zamanda, dövlət orqanlarına təqdim etmək üçün açıq və qapalı arayışlar hazırlayır.

STM dövri olaraq “İnam İndeksi” nəşrinin xüsusi buraxılışında ölkə başçısının fəaliyyətinin ictimai qiymətləndirilməsini həyata keçirir və Prezident İlham Əliyevin fəaliyyəti, həyata keçirdiyi genişmiqyaslı iqtisadi-sosial və xarici siyasət kursunun milli həyatımızdakı yeri, eləcə də qarşıya qoyulan hədəflərə dair elmi təhlillər aparır.

AZƏRTAC xəbər verir ki, “İnam İndeksi” nəşrinin üçüncü buraxılışı Azərbaycan Prezidentinin ilin ikinci rübündəki - aprel, iyun ayları ərzindəki fəaliyyətinə həsr edilib.

İctimai rəyin tədqiqi göstərir ki, son 5 ayda dünyada hökm sürən koronavirus pandemiyasına qarşı mübarizədə siyasi liderlik, dövlətin potensial resurs, güc və imkanlarını səfərbər etmək bacarığı, ictimai inam və etimadın qorunub saxlanması, milli birliyin təmin olunmasının başlıca şərtinə çevrildi.

Sosial Tədqiqatlar Mərkəzi, eyni zamanda, “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu əsasında böyük tədqiqat işi hazırlayıb. Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi antiböhran strategiyası, müvafiq dövlət siyasətinin ictimai rəy əsasında qiymətləndirilməsi hökumətin qarşıdakı dövr üçün qərarlarının planlaşdırılmasında əhəmiyyətli rol oynayır.

Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərinə münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.

Hər iki hesabatın ictimai təqdimatı üçün təşkil edilən brifinqi giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Prezidentə inam və etibar əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır.

Z.Oruc daha sonra deyib: “Dünyada koronavirus pandemiyası təkcə ölkələrin iqtisadiyyatını, sosial rifahını, daxili və xarici əlaqələrini, bir sözlə, ictimai həyatın bütün sahələrini əhatə etdiyi kimi, ilk növbədə, dövlət rəhbərlərini, siyasi liderləri çətin sınaqlar qarşısında qoydu. Ötən aylar göstərdi ki, ölkə başçıları pandemiya təhlükəsinə müxtəlif vaxtlarda və formalarda reaksiya verməklə həm tarixi siyasi şəxsiyyətlərdən, həm də müasir dövrün peşəkar idarəçilərindən kəskin şəkildə fərqləndilər. Əlbəttə, bütün bunların nəticəsi olaraq, indi müxtəlif qitələrdə saysız- hesabsız suallar irəli sürən cəmiyyətlərin xüsusi davranışlarını görürük: “Onlar soruşur ki,

• Böhran şəraitində liderlər nə dərəcədə milli birliyi təmin edə bildilər?

• Öz millətinin taleyini üzərinə götürərək daxili və beynəlxalq əməkdaşlıq şəraitində, milli sərhədlər daxilində mərkəzi hakimiyyətin, yəni, dövlətin vahidliyini nə dərəcədə qoruyub saxlamağa nail oldular?

• Xalqın sağlamlığını və təhlükəsizliyini qorumaq üçün məsuliyyəti öz çiyinlərində saxlayan rəhbərlər onu müxtəlif dövlətlərin, hökumətlərin və yerli orqanların üstünə atmaq deyil, əksinə, onların monolitliyini təmin edə bildilərmi?

• Hər bir xalqın, ayrıca fərdin davranışlarında baş qaldıran yeni sosial-psixoloji və siyasi dəyişikliklərə - əksər hallarda özünü qabarıq göstərən millətçilik və tarixi yaddaşın oyanması fonunda pandemiyadan tədricən çıxmaq kursunu seçərək iqtisadiyyatın, sosial həyatın, iş yerlərinin və məşğulluğun, bir sözlə, normallaşma tədbirlərinin hesabına ictimai əmin-amanlığı və sülhü qorumaq mümkün oldumu?”

STM rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti dünya tarixinin ən böyük sınaqlarından, bir sıra hallarda “müharibə” adlandırılan çətin imtahanından öz xalqının çıxarılması üçün bütün təhlükələri üzərinə götürməyi, qeyri-standart şəraitdə meydana gələn çağırışları və problemləri həll etməyi bacardı, böhrana qarşı yeni keyfiyyətdə dayanıqlı xarakter, möhkəm iradə göstərdi və buna görə də onun xarizması, nüfuzu xalq içərisində güclü olaraq qalır. Bu nüfuz əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və ən başlıcası 2019-cu ildən daha böyük miqyasda həyata keçirilən yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır. Eyni sözləri Mehriban xanım Əliyeva haqqında da söyləmək mümkündür. Ötən on illərdə olduğu kimi, son 5 ayda da Mehriban xanım dövlət və milli həyatın bütün sahələrində Prezidentlə çiyin-çiyinə addımladı və hər zaman xalqın yanında oldu.

Sədr daha sonra deyib ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi və dinamikasının izlənilməsinə, məlum olduğu kimi, ilk olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən başlanılıb: “Təqdim edilən növbəti hesabat bu silsilədən 3-cü tədqiqat işidir, 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir. Sosioloji sorğu əsasında hazırlanmış analitik hesabatda ölkə Prezidentinin bəhs edilən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə ictimai münasibətin monitorinqi, əvvəlki dövrlə müqayisəli dinamikası və təhlili öz ifadəsini tapıb.

Hesabatdan da görünür ki, qeyd olunan zaman intervalında dünyəvi sınaqdan qətiyyətlə çıxan ölkələr yeni reallığın tələb etdiyi islahatlarla daha da güclənəcək. Digər qrup ölkələr isə, əksinə, zəif rəhbərliyinə görə ağır vəziyyətə düşəcək, yoxsulluq, qeyri-sabitlik və iqtisadi durğunluqla üzləşəcəklər. Narahatlıq doğuran məqam həm də odur ki, ikinci qrup ölkələrin sayı birincilərdən daha çox olacaq.

İctimai rəy sorğusunun nəticələrinə əsaslanmaqla, uğur qazanan və sınaqdan çıxan dövlətlər arasında Azərbaycanın olmasını əminliklə söyləyə bilərik.

Bunu deməyə əsas verən dünyada pandemiyanın başladığı bir ilə yaxın müddətdə tədqiqatçı və ekspertlərin pandemiya ilə uğurlu mübarizəni müəyyən edən 3 əsas amili aşkara çıxarmasıdır:

1. Siyasi lider amili;

2. Dövlətin potensial resurs, güc və imkanları;

3. İctimai inam və etimadın mövcudluğu.

Pandemiya böhranından çıxmağa və sonrakı güclü inkişafa təkan verəcək bu “uğur amilləri”nin 3 sütununa malik olan ölkələrdə vətəndaşların etibar etdiyi və güvəndiyi siyasi liderlər çevik strateji idarəçiliyi bərqərar etməklə pandemiyanın vurduğu zərbələri neytrallaşdırmağa qabil olurlar. Qarşılıqlı etimadın və milli birliyin olduğu cəmiyyətlərdə bu keyfiyyətlər koronavirus fonunda tamamilə yeni dəyər yaradır, milli gücə çevrilir”.

STM sədri yekunda bildirib ki, pandemiya zamanı ölkələr siyasi-əxlaqi, mənəvi seçimlərlə üz-üzə qaldı. “Vətəndaşların sağlamlığının, yoxsa iqtisadiyyatın xilas ediləcəyini” seçim edərkən müxtəlif dövlətlər müxtəlif seçimlər etdilər. Azərbaycanın dövlət başçısı bəyan etdi ki, insanların həyatından vacib heç nə ola bilməz. Beləliklə, Azərbaycan rəhbərliyinin vətəndaşların sağlamlığını, rifahını və təhlükəsizliyini strateji prioritet olaraq önə çəkməsi yaranmış vəziyyətdə verilmiş ən düzgün qərarlardan oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün antiböhran fəaliyyətinin məzmunu - iqtisadi dəstək proqramları, sosial paketlərdən tutmuş səhiyyə infrastrukturunun adaptasiya və modernləşməsinə, yeni klinikaların inşasına qədər həyata keçirilən tədbirlər məhz bu məqsədə - vətəndaşın ali dəyər kimi mərkəzdə durmasına xidmət edir.

STM İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu çıxışında “İnam İndeksi”nin müxtəlif aspektlərindən bəhs edib və bildirib ki, ölkə Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılmasını təbii ki, hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması şərtləndirir. Keçirilmiş sorğunun nəticələri aydın göstərdi ki, əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir: “Belə ki, rəyi soruşulanların 70,7 faizi, yəni, mütləq çoxluğu ölkə Prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür. 24,6 faiz respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5-ə bərabərdir. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə Prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, Prezidentə olan inam və etimadının artdığını bildirən 24,6 faiz respondentin 82 faizi ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta inam və etimadının azaldığını bildirən 2,6 faiz respondentin 27,6 faizi də ordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirir”.

Sədr müavini deyib ki, beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılmasını zəruri edir. Bu istiqamətdə vacib həll yolu kimi kadr islahatları daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin həyata keçirdiyi kadr islahatları respondentlərin 53,9 faizi tərəfindən çox səmərəli, 32 faizi tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir. 6,5 faiz respondent kadr islahatlarını səmərəli hesab etmir. Prezident tərəfindən həyata keçirilən kadr islahatları da ona olan inam və etimadın artmasında təsirli rol oynayıb. Belə ki, Prezidentə olan inam və etibarının artdığını bildirən 24,6 faiz respondentin 68,6 faizi kadr islahatlarını yüksək qiymətləndirib. İnam və etimadının azaldığını bildirən 2,6 faiz respondentin isə 8 faizi kadr islahatlarını müsbət qiymətləndirib. Dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2 faizi onun korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildirir. Kadr islahatlarını mənfi qiymətləndirənlərin də əhəmiyyətli hissəsi - 74,3 faizi korrupsiya hallarına yol verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olduğu qənaətindədir”.

“Ölkədə xüsusilə də son dövrlərdə korrupsiyaya qarşı mübarizə intensiv xarakter alıb. Həyata keçirilən həm kadr islahatlarının, həm də institusional islahatların əsas hədəflərindən biri də məhz korrupsiya hallarının qarşısının alınmasından ibarətdir. Bu istiqamətdə ölkə Prezidentinin fəaliyyəti 56,1 faiz respondent tərəfindən çox səmərəli, 27,2 faiz respondent tərəfindən isə əsasən səmərəli qiymətləndirilib. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətdə hələ müəyyən gözləntilərin qaldığı müşahidə olunur. Belə ki, rəyi soruşulanların 12,3 faizi sözügedən istiqamətdə görülən işlərin çox da səmərəli olduğunu düşünmür. 4,4 faiz respondent isə fikir bildirməkdə çətinlik çəkib. Korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə müsbət münasibət bildirən 56,1 faiz respondentin 36,5 faizi Nazirlər Kabinetinə, 33,4 faizi isə Milli Məclisə etibar etdiyini qeyd edib”.

E.Mirbəşiroğlu qeyd edib ki, ölkə Prezidentinin təhlükəsizlik və xarici siyasət sahələrində atdığı çevik strateji addımlar daim diqqəti cəlb edir. Hazırkı mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq sistemini qura bilib. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən rəyi soruşulanların əksəriyyəti də bu qənaəti bölüşür. Belə ki, respondentlərin 54 faizi təhlükəsizlik və xarici siyasət istiqamətində Prezidentin fəaliyyətini çox səmərəli, 28,9 faizi, əsasən, səmərəli hesab edir. Əks mövqe bildirənlər isə rəyi soruşulanların 6,5 faizini təşkil edir. Sözügedən istiqamətdə cavab verməkdə çətinlik çəkənlərin faiz dərəcəsində yüksəlmə müşahidə olunub. Belə ki, 10,7 faiz respondent təhlükəsizlik və xarici siyasət istiqamətində fəaliyyətlə bağlı sualı cavablandırmaqda çətinlik çəkib.

Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin rəhbəri Seymur Əliyev çıxışında bildirib ki, təbii fəlakətlərdən (indiki halda pandemiyadan) qaynaqlanan böhranlarla mübarizə strategiyaları çərçivəsində verilmiş qərarlar iki mərhələ üçün hesablanır. Birinci mərhələ qısamüddətli dövr üçün nəzərdə tutulmuş və böhranın yaratdığı günlük təsirləri qarşılamaq kontekstində reaktiv böhran idarəçiliyinin elementlərinə əsaslansa da, ikinci mərhələdə orta və uzunmüddətli dövrə fokuslanan tədbirlər böhran yaradan faktorların təhlili əsasında səbəblərin aradan qaldırılması və təkrarlanmaması məqsədilə həyata keçirilən proaktiv strategiyalardan ibarətdir: “Sözügedən tədqiqatda Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində formalaşdırdığı antiböhran strategiyası, müvafiq dövlət siyasətləri ictimai rəy əsasında qiymətləndirilir. Bir-birini tamamlayan strateji qərar və tövsiyələrə əsaslanan antiböhran siyasəti ilə bağlı vətəndaş rəyinin öyrənilməsi bu istiqamətdə hesabatlılığın təmin edilməsi və gələcək qərarlar üçün istinad məqsədi daşıyır: “Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərindən münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.

Yuxarıda qeyd olunan məqsədlərə çatmaq üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Operativ Qərargahın müxtəlif tarixlərdə qəbul edib həyata keçirdiyi antiböhran tədbirlərinə ictimai rəyi öyrənmək məqsədilə aşağıdakı ümumölkə miqyaslı sorğular keçirilib, fokus qrup müzakirələri aparılıb və onların nəticələri tədqiqat qrupu tərəfindən təhlil edilib.

- Birinci mərhələ (24-30 aprel 2020-ci il). Pandemiya ilə mübarizə çərçivəsində qabaqlayıcı və sosial rifahın gücləndirilməsi istiqamətində siyasətə ictimai münasibətin öyrənilməsi (1212 respondentlə keçirilmiş sosioloji sorğu);

- İkinci mərhələ (8-11 may 2020-ci il). Dövlətin sosial dəstək tədbirlərindən yararlananların məmnuniyyətinin ölçülməsi məqsədilə ictimai rəyin öyrənilməsi (1212 respondentlə keçirilmiş sosioloji sorğu);

- Üçüncü mərhələ (22-23 may 2020-ci il). Dövlətin sosial dəstək tədbirlərinə xüsusi qrup kimi karantin dövründə işini itirənlərin münasibətinin öyrənilməsi (365 respondentdən 124-ü ilə sosioloji sorğu);

- Dördüncü mərhələ (9-10 iyun 2020-ci il). Pandemiya ilə mübarizə çərçivəsində tətbiq edilən karantin rejiminin sərtləşdirilməsinə ictimai münasibətin öyrənilməsi (384 respondent ilə keçirilmiş sosioloji sorğu);

- Beşinci mərhələ (3-7 iyul 2020-ci il). Pandemiya ilə mübarizə çərçivəsində bəzi şəhər və rayonlarda tətbiq olunan tədbirlərə və sərtləşdirilmiş karantin rejiminə ictimai münasibətin öyrənilməsi (1212 respondentlə keçirilmiş sosioloji sorğu)”.

Departament rəhbəri açıqlamasında bildirib ki, sorğu Bakı şəhəri, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 5 mərhələ üzrə ümumilikdə 4144 respondentin rəyi öyrənilib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb.

Hər iqtisadi rayon üzrə sorğuda iştirak etməli olan respondent sayından 10 dəfə çox sayda stasionar telefon nömrəsi müvafiq bazalardan təsadüfi qaydada seçilib. Bundan sonra nəzərdə tutulmuş respondent sayının sorğuda iştirakını təmin edənə kimi seçilmiş nömrələrə zəng olunub.

Karantin rejiminin məhdudiyyətlərini və sorğuda iştirak edən tərəflərin sağlamlığının qorunmasını nəzərə alaraq, sorğunun aparılmasında telefon müsahibə üsulundan istifadə edilib. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Belə ki, müasir sorğu proqramı SurveyToGo proqramından istifadə edilib”.

Təhlillər əsasən aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilib:

- Pandemiya ilə mübarizə çərçivəsində dövlətin qabaqlayıcı tədbirlərinə ictimai rəyin öyrənilməsi;

- Xüsusi karantin rejiminin əhalinin gündəlik həyatına və gəlirlərinə təsirinin öyrənilməsi;

- Pandemiya ilə mübarizə çərçivəsində sosial dəstək tədbirləri;

- Xüsusi karantin dövründə məhsul və xidmətlərin təminatı ilə bağlı tədbirlər;

- Pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən maliyyə tədbirləri;

- Xüsusi karantin rejimindən çıxışla bağlı tədbirlər;

- Pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlıq;

- Pandemiya ilə mübarizə çərçivəsində aidiyyəti şəxs və qurumların fəaliyyətinin qiymətləndirilməsi.

Prezidentə inam və etibar əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb