Prezidentin Mətbuat Xidmətinin məlumatı
Mayın 26-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.
Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [16:43]
Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!
- 19.08.2026 [13:55]
“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO
- 19.08.2026 [12:51]
Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO
- 19.08.2026 [10:56]
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq YENİLƏNİB
- 19.08.2026 [09:50]
Çempionlar Liqası: "Sabah" bu gün İsrail klubu ilə qarşılaşacaq
- 19.08.2026 [08:25]
Bakıda hazırda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb
- 18.08.2026 [22:01]
Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib
- 18.08.2026 [20:21]