Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAFQAZ MÜSƏLMANLARININ XI QURULTAYI

İyulun 29-da “Xəzər” konfrans salonunda Qafqaz müsəlmanlarının XI qurultayı olmuşdur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri şeyxülislam hacı Allahşükür Paşazadə qurultayı açaraq iştirakçıları salamladı.

Qafqaz müsəlmanlarının X qurultaydan ötən 5 il ərzində dünyasını dəyişmiş din xadimlərinin, Qarabağ müharibəsi şəhidlərinin ruhuna Qurani-Kərimin tilavəti oxundu.

Qurultayın gündəliyi elan edildikdən sonra mandat komissiyasının hesabatı dinlənildi.

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Prezidenti Heydər Əliyevin qurultaya təbrikini oxudu.

Qurultayda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin, İran İslam Respublikasının Prezidenti Məhəmməd Xatəminin, Dağıstan Respublikası Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovun da təbrikləri oxundu. Bildirildi ki, qurultayın ünvanına Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanından, Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksidən, habelə Rusiya Federasiyasının Şimali Qafqaz bölgəsindəki respublikaların rəhbərlərindən təbriklər daxil olmuşdur.

Şeyxülislam hacı Allahşükür Paşazadə X qurultaydan ötən dövrdə Qafqaz Xalqları Ali Dini Şurasının fəaliyyəti barədə geniş məruzə etdi. O dedi ki, ötən beş ildə dünyanın hər yerində olduğu kimi, Qafqazda da bir sıra mühüm dəyişikliklər baş vermişdir. O, Qafqazda, xüsusilə Azərbaycanda sabit ictimai-siyasi durumun bərqərar edilməsini ən böyük nailiyyət kimi dəyərləndirdi. Bildirdi ki, bu, Azərbaycan Prezidenti Heydər Əliyevin düşünülmüş, məntiqli, xalqımızın mənafeyinə xidmət edən siyasətinin bəhrəsidir. Belə vəziyyətin bərqərar olmasında din amilinin, o cümlədən islamın rolunun da önəmli olduğu vurğulandı.

Məruzəçi dedi ki, hər bir dövlətin durumu bilavasitə onun başçısının şəxsiyyətindən, rəhbərlik bacarığından asılıdır. Bunun ən bariz nümunəsini Azərbaycanın timsalında görmək olar. Azərbaycanın çoxəsrlik tarixi boyunca Heydər Əliyev qədər dövlətimizin inkişafı, xalqımızın arzu və amalları uğrunda ardıcıl və məqsədyönlü mübarizə aparan, dini-mənəvi dəyərlərə, tariximizə qayğı ilə yanaşan dövlət başçısı olmamışdır. Azərbaycanda vicdan azadlığının bərqərar olunması, müxtəlif dinə mənsub insanların və din xadimlərinin dinc yanaşı yaşaması, dini sabitlik və dövlətimizin bütün dünya üçün qibtəediləcək tolerantlıq nümunəsinə çevrilməsi bilavasitə Prezident Heydər Əliyevin adı ilə bağlıdır və onun müdrik siyasəti sayəsində mümkün olmuşdur. Hacı Allahşükür Paşazadə onu da xatırlatdı ki, dindarlar 1993-cü ildə Heydər Əliyevin prezidentliyə namizədliyini ilk irəli sürənlərdən olmuşlar.

Onlar vətəndaşlıq borclarını yerinə yetirərək, xalqımızın, Azərbaycanımızın, bütün Qafqazın əmin-amanlığı və rifahı naminə bu seçimi etmişlər. Dindarlar bu gün də həmin mövqedən çıxış edir, Heydər Əliyevi bundan sonra da Prezident görmək istəyirlər.

Şeyxülislam əmin olduğunu bildirdi ki, Azərbaycan dindarlarının bu qəti mövqeyi indiki qurultayın qətnaməsində də öz əksini tapacaq,onları qarşıdakı prezident seçkilərində fəal iştirak etməyə ruhlandıracaqdır.

Məruzəçi möhtərəm Prezident Heydər Əliyevin ötən qurultayda söylədiyi bir fikri də xatırlatdı: “Qafqaz müsəlmanlarının hamısının bir yerdə olması, sıx əməkdaşlıq etməsi və Ümumqafqaz məsələlərinin həll olunmasında öz səylərini göstərməsi hər bir xalq üçün əhəmiyyətlidir”. Bütün Qafqaz üçün ən önəmli məsələ bir ictimai quruluşdan digərinə keçidi uğurla başa çatdırmaq, inkişaf yoluna çıxmaq, dünya iqtisadiyyatına inteqrasiya olunmaqdır. Bütün bunlar ədalətli, hər kəsin mənafeyini nəzərə alan, hamının hüquq və azadlıqlarını təmin edən sülh, əmin-amanlıq şəraitində mümkündür.

Sonra natiq Qafqaz Müsəlmanları İdarəsinin son beş ildəki fəaliyyəti barədə məlumat verərək dedi ki, dinlərarası dialoq görülən işlər içərisində ən önəmlisidir. Onun real bəhrələri göz qabağındadır. Belə bir dialoqu aparmaq üçün Azərbaycan xalqının tam mənəvi haqqı vardır. İndi hətta ölkəmizi istəməyənlərin, onun demokratik ölkə kimi imicinə xələl gətirməyə çalışanların da Azərbaycan dövlətini dini dözümsüzlükdə, dini ayrı-seçkilikdə ittiham etməyə cürətləri çatmır. Biz din xadimləri Uca Tanrının hökmlərinə, xalqımızın istək və iradəsinə uyğun olaraq, insanlara məhz humanist prinsipləri təlqin etməyə səy göstəririk.

Məruzəçi Qafqazda insanları qarşılıqlı anlaşmaya, dinc yanaşı yaşamağa, ədalətli münasibətlərə çağıran dini qurumlar arasında Qafqaz Müsəlmanları İdarəsinin özünəməxsus yeri olduğunu vurğulayaraq bildirdi ki, son beş ildə bu istiqamətdə bir sıra mühüm tədbirlər görülmüş, Tbilisidə “Qafqazda sülh naminə əməkdaşlıq” mövzusunda konfrans keçirilmişdir. Həmin konfransda islam, xristianlıq, yəhudi və başqa dinləri təmsil edən liderlər bəyan etmişlər ki, onların müqəddəs borcu vətəndaşlarımızın düşüncəsinə, qəlbinə müsbət təsir göstərmək, insanları hər bir xalqın və bütövlükdə Qafqazın rifahına xidmət edən doğru yola yönəltməkdir.

Qafqazın din xadimləri ilə dialoqda regionun ən mühüm problemləri müzakirə edilərkən xalqlarımızın daha çox millətlərarası, dövlətlərarası münaqişələrdən, separatçılıq və qarşılıqlı düşmənçilikdən əziyyət çəkdiyi vurğulanmışdır. Bildirilmişdir ki, Qafqazın xoşbəxt gələcəyinə aparan yol millətlərarası və dinlərarası anlaşmadan, əməkdaşlıqdan, dinc qonşuluq münasibətlərindən, ərazi bütövlüyünün qorunub saxlanmasından keçir.

Hər hansı başqa yol faciəli uçuruma, qanlı qarşıdurmalara, insan həyatının məhvinə aparır.

Biz dini liderlərin və ictimai xadimlərin təmsil olunduğu Əlaqələndirmə Şurası yaratmışıq. Ümidvarıq ki, qarşılıqlı anlaşma və həmrəylik ruhunda fəaliyyət göstərən bu Şura xalqlarımızın qəlbinə yol tapacaq, insanların düşüncəsini inamsızlıq və şübhələrdən azad edəcək, xalqlara qarşılıqlı inam hissi aşılayacaqdır.

Məruzəçi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi ki, bu, təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən ağrılı problemidir. Bu münaqişənin həlli yolunda Qafqaz Müsəlmanları İdarəsi ardıcıl, məqsədyönlü əməli işlər görmüş və görməkdədir. Bizim səylərimiz ədalətli, davamlı sülhün danışıqlar yolu ilə bərqərar edilməsinə yönəlmişdir. Azərbaycanın dövlət başçısının da əsas siyasi xətti budur. Dünya ictimaiyyəti və Azərbaycan xalqı bu siyasəti yüksək qiymətləndirir. Lakin sülh yolu ilə Qarabağ probleminin ədalətli həlli mümkün olmadığı təqdirdə, xalqımız və dövlətimiz torpaqlarımızın geri qaytarılması üçün mümkün vasitələrdən istifadə etməyə hazırdır. Mən qəti əminəm ki, bu problem Allahın köməyi, möhtərəm Prezidentimizin ciddi və ardıcıl səyləri nəticəsində ədalətli həllini tapacaqdır.

Şeyxülislam son beş ildə Qafqaz Müsəlmanları İdarəsinin öz fəaliyyətini daha da təkmilləşdirməsini, əhatə dairəsini genişləndirməsini ən böyük nailiyyətlərdən biri hesab etdiyini vurğuladı. O dedi ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi dünyanın bütün din mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınır, onun fəaliyyətinə yüksək qiymət verilir. Qafqaz Müsəlmanlarının səsi ən mötəbər beynəlxalq məclislərdən, nüfuzlu təşkilatlardan gəlir.

Şeyxülislam hacı Allahşükür Paşazadə onu da bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsi respublikamızın paytaxtı Bakıda və müxtəlif bölgələrdə ayrı-ayrı problemlərə, o cümlədən terrorizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş bir sıra mühüm konfranslar, seminarlar təşkil etmişdir. Həmin tədbirlərdə Qafqazın problemləri, o cümlədən Qarabağ probleminin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına çalışılmış, beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləməyə çağırılmışdır. Eyni zamanda islamın terrorizmi qətiyyətlə pislədiyi açıqlanmış, terrorizmi hər hansı bir dinə və ya xalqa aid etməyin yolverilməz və təhlükəli olduğu vurğulanmışdır. Ölkəmizin beynəlxalq aləmdə demokratik, insan haqlarına hörmət edən, tolerant bir dövlət kimi tanınmasında Qafqaz Müsəlmanları İdarəsinin də əhəmiyyətli rolu olmuşdur.

Sonra natiq Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi son dövrdə Rusiya Federasiyasının, İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin, Gürcüstanın, Səudiyyə Ərəbistanının dövlət başçıları və din xadimləri ilə, bir sıra beynəlxalq təşkilatların rəhbərləri, Roma Katolik kilsəsinin başçısı ilə görüşləri və müzakirə etdiyi məsələlər barədə məlumat verdi. Bildirdi ki, din xadimlərinin səyləri əksər dövlətlər tərəfindən ehtiramla qarşılanır və dəstəklənir.

Məruzədə Azərbaycanda dini kadrların hazırlanması, seçilməsi və yerləşdirilməsinə də toxunuldu. Bu sahədə qarşıda duran vəzifələrdən danışıldı.

Şeyxülislam hazırda dini missionerliyin ciddi problemə çevrildiyini, bəzi dini icmaların öz dağıdıcı əqidələrini təbliğ etdiyini vurğulayaraq dedi ki, bizdə bəzən bunu tolerantlıq nümunəsi kimi qələmə vermək istəyənlər də tapılır. Lakin tolerantlığın da müəyyən hüdudları və meyarları vardır. Qafqaz Müsəlmanları İdarəsi belə missionerliyə qarşı ən təsirli mübarizə yolunu dini maarifçiliyin gücləndirilməsində görür.

Din-dövlət münasibətlərinin düzgün tənzimlənməsi, etiqad azadlığının tam təmin edilməsi üçün zəruri qanunvericilik bazası yaradıldığını xatırladan məruzəçi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəstəyi sayəsində “Dini etiqad azadlığı haqqında” Qanunda müəyyən dəyişikliklər və əlavələr edildikdən sonra həmin qanunun təsirinin artdığını bildirdi.

Məruzəçi daha sonra dedi ki, qarşıya çıxan problemləri həll etmək üçün Qafqazın bütün guşələrini təmsil edən Qazılar Şurası fəal iş aparır. Şuranın fətvaları insanlar tərəfindən getdikcə daha böyük rəğbət və hörmətlə qarşılanır, mənəvi həyatımızın daha da zənginləşməsinə xidmət edir.

Məruzədə həmçinin bildirildi ki, Qafqaz Müsəlmanları İdarəsi dinin elmi əsaslar üzərində təbliğ edilməsi, insanların xurafat və möhfumatdan uzaqlaşdırılması işinə böyük əhəmiyyət verir. 5 ildən artıqdır ki, bu məqsədlə idarənin Elmi-Dini Şurası yaradılmışdır. Şuranın din elmləri ilə bağlı əlaqələndirici və istiqamətləndirici fəaliyyətinin uğurlarını şərtləndirən ən mühüm amil həm mötəbər elm adamlarının, həm də nüfuzlu ilahiyyatçıların onun işinə cəlb edilməsidir. İdarə Şuranın fəaliyyətinə böyük ümidlər bəsləyir və onun daha səmərəli fəaliyyət göstərməsi üçün hər cür imkan yaradılacaqdır.

Şeyxülislam dedi ki, Qafqaz Müsəlmanları İdarəsi özünün XI qurultayına struktur baxımından mükəmməl, daha da təşkilatlanmış bir qurum kimi gəlmişdir. Bu, dini qurumun fəaliyyətinin gücləndirilməsinə, xalqımızın mənəvi tələbatı və ehtiyaclarının ödənilməsinə, mövcud problemlərin həll edilməsinə öz müsbət təsirini göstərəcəkdir. Bizim hamımızın amalı, istəyi, məram və məqsədi eynidir: Qafqazda möhkəm sülhə, əmin-amanlığa, hər bir xalq üçün rifahın, gələcək nəsillərimizin xoşbəxtliyinin təmin edilməsinə nail olmaqdır. Bu, bizim üzərimizə düşən tarixi missiyadır. Çünki Ulu Tanrı bizə belə buyurmuşdur: “Xeyir işlər görün! Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəkdir”. Allah-Təaladan diləyimiz budur ki, Öz mərhəməti və lütfü sayəsində bizim bu xoş niyyətlərimizi hasil eləsin, müqəddəs arzularımızı çin etsin, əməllərimizin müsbət nəticələnməsinə rəvac versin. Qoy, yer üzündə, vətənimiz Qafqazda bir daha silah səsi eşidilməsin, insan qanı axıdılmasın, insanların yaşamaq hüququna təcavüz edilməsin, heç bir ailədə göz yaşları axıdılmasın, fəryad nidaları eşidilməsin.

X X X

Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti hacı Salman Musayev Qazılar Şurasının ötən qurultaydan bəri gördüyü işlər barədə məlumat verdi.

Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri hacı İsmayıl Berdiyev, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Əli Əliyev, idarənin Naxçıvan bölgəsi üzrə qazısı hacı Soltan Novruzov, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr həzrətləri, Dağ yəhudiləri icmasının sədri Semyon İxiilov qurultayda çıxış etdilər.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli idarənin nizamnaməsində edilmiş dəyişikliklər barədə məlumat verdi.

Qurultay şeyxülislam hacı Allahşükür Paşazadəni Qafqaz Müsəlmanları İdarəsinin ömürlük sədri seçdi.

X X X

Qurultayarası Qafqaz Müsəlmanları Elmi-Dini Şurasının “Müasirlik və milli mənəvi dəyərlər” mövzusunda elmi konfransı keçirildi.

Akademiklər Fuad Qasımzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Ziyad Səmədzadə, Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Zəlimxan Yaqub, Şahlar Əsgərov, Yaqub Mahmudov və başqaları konfransda məruzə etdilər.

X X X

Qurultayda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu. Müraciətdə deyilir:

Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm cənab Prezident!

Biz, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən Qafqaz Müsəlmanlarının XI qurultayının nümayəndələri, məclisimizə ünvanladığınız təbrik məktubunu minnətdarlıq hissi ilə qəbul edirik. Biz, qurultayımızın məram və məqsədlərinə diqqət, qayğı, anlaşma ilə yanaşdığınıza görə Zati-alilərinizə səmimi təşəkkürümüzü bildiririk.

Qafqaz müsəlmanlarının Bakı forumu üç ölkənin - Azərbaycan, Rusiya və Gürcüstanın din xadimlərini və müsəlman icmalarının nümayəndələrini bir araya gətirmişdir. Bizi birləşdirən Qafqaz Müsəlmanları İdarəsinin devizi qurultayımızın da devizinə çevrilmişdir. Bu, Qurani-Kərimin “Hamılıqla Allahın ipindən yapışın və ayrılmayın” ayəsidir. Eyni zamanda, biz, Zati-alilərinizin “Allahın yolunda hamımız bir olaq!” çağırışını daim əsas tutur, bu məramı layiqincə yerinə yetirməyə çalışırıq.

Qurultayın Bakıda keçirilməsi yalnız tarixi ənənələrə sadiqlikdən irəli gəlmir, bu, həm də Zati-alilərinizə olduqca böyük ehtiramın göstəricisidir. Bütün Qafqaz müsəlmanları Sizi özlərinin müdrik ağsaqqalı, dünya siyasətinin görkəmli ustadı və eyni zamanda dərin mənəviyyata malik şəxsiyyət olaraq qəbul edirlər.

Sizin böyük müdrikliyiniz öz təcəssümünü həm də onda tapır ki, Siz dini insanın və cəmiyyətin kamilləşməsinə, sülh, anlaşma və mərhəmət hissinin bərqərar olmasına xidmət edən əbədi-mənəvi və əxlaqi dəyər kimi qiymətləndirirsiniz.

Azərbaycanın bu gün Qafqazın təkcə iqtisadi deyil, həm də mənəvi mərkəzi kimi bərqərar olması danılmaz gerçəklik kimi Zati-alilərinizin adı ilə bağlıdır ki, bu da Sizin din və mənəviyyat məsələlərinə ayırdığınız böyük diqqət sayəsində mümkün olmuşdur.

Məhz Zati-alilərinizin daimi qayğısı nəticəsində Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətini ildən-ilə genişləndirərək, bu gün dünyanın ən mötəbər dini təşkilatlarından birinə çevrilmişdir.

Möhtərəm cənab Prezident!

Biz, Qafqaz müsəlmanları gələcəyə inamla baxmaq istəyir, XXI əsrdə qafqazlıların sülh və rifah şəraitində yaşamasına, ümumbəşər ailəsində layiqli yer tutmasına nail olmaq istəyirik.

Din xadimləri olaraq biz öz müqəddəs borcumuzu müxtəlif milli və dini mənsubiyyətə malik insanlar arasında ədavəti aradan qaldırmaqda, onları qarşılıqlı anlaşma və əməkdaşlığa, dinc Qafqaz Evinin qurulması işinə yönəltməkdə görürük.

Zati-aliləri! Bizə olan səmimi diqqətinizə görə Sizə bir daha təşəkkürümüzü bildirir, bütün Azərbaycan xalqına ürəkdən rifah və səadət diləyirik. Biz dərindən inanırıq ki, Azərbaycanın, Qafqazın yalnız dünəni və bu günü deyil, sabahı və gələcəyi də Sizin adınızla bağlıdır.

Biz Azərbaycan xalqının müdrikliyinə inanırıq və əminik ki, qarşıdakı prezident seçkilərində o, öz böyük oğlu Heydər Əliyevin lehinə yeganə düzgün seçimini edəcəkdir.

Biz dua edirik ki, Allah hər zaman yardımçınız olsun, mərhəmət və nemətini Cənabınızdan heç vaxt əsirgəməsin! Amin! Vəs-salamu əleykum və rəhmətullahi və bərəkatuhu!

X X X

Qurultay Azərbaycan xalqına, Qafqaz ölkələrinin xalqlarına və hökumətlərinə müraciətlər, habelə qətnamə qəbul etdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə qurultaya yekun vurdu.

Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Ziyafət Əsgərov, baş nazirin birinci müavini Abbas Abbasov, müavini Elçin Əfəndiyev, xarici işlər naziri Vilayət Quliyev, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, xarici dövlətlərin Bakıdakı səfirləri, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir