Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaz kəmərində qəza və növbəti “su stəkanında fırtına”

Bakı, 26 mart, AZƏRTAC

Bu yaxınlarda Ermənistandan keçmiş Dağlıq Qarabağa, indi isə Azərbaycan Respublikasının yeni yaradılmış Qarabağ iqtisadi rayonuna qanunsuz çəkilmiş qaz kəmərində baş vermiş qəza Ermənistan mətbuatında növbəti “stəkanda fırtına”ya çevrildi. Qonşu ölkədə əsl isteriya qopdu, bunun da əks-sədası gözlənildiyi kimi, erməniliyin xarici havadarlarının səyləri ilə digər ölkələrə də yayıldı.

Belə ki, Avropa İttifaqının xarici əlaqələr üzrə aparıcı nümayəndəsi Piter Stano tviterdəki hesabında qəzəbli yazı bölüşərək yazıb: “Zərərçəkmiş yerli əhalinin qaz təchizatını təcili olaraq bərpa etmək lazımdır. Avropa İttifaqının tənzimləyici orqanları xüsusən də indiki sərt hava şəraitində onu (qaz təchizatını) işə salmağa çağırır”.

Bəli, bu yaxınlarda hələ də şiddətli döyüşlərin getdiyi və sözün həqiqi mənasında, mina və partlamamış hərbi sursatlarla dolu olan, Laçın dəhlizinin xüsusi statusu ilə əlaqədar olaraq giriş-çıxışı məhdudlaşdırılan və Xəzər dənizinin səviyyəsindən 853 metr yüksəklikdə yerləşən ərazidə, son zamanlar yağan qarların qalınlığının bir metr olduğu bölgədə bədbəxt hadisə baş verib, üstəlik səbəbi də məlum deyil.

Bu ərazini bir sıra adi ərazilərdən fərqləndirən amilləri sadalamağa davam etmək olar. Xarakterinə görə texnogen olan qəza çoxsaylı xüsusiyyətlərə malik bir bölgədə və hava şərtləri səbəbindən girişin çətin olduğu vaxtda baş verdi.

Qəzalar hər yerdə, o cümlədən Azərbaycanın özündə və bu gün erməni lobbiçilərinin təşviş səslərinin eşidildiyi ölkələrdə də baş verir. Fövqəladə vəziyyətlər həddən artıq isteriya olmadan, sakit şəkildə həllini tələb edir. Lakin erməni reallığı öz siyasətinə sadiq qalaraq hətta bu vəziyyətdə belə baş verən hər şeyə görə Azərbaycanı günahlandırmağa çalışır. Necə ki, “zamanında günəş çıxmazsa, günah Azərbaycandadır”, “leysan biçilməmiş məhsulu məhv edərsə, günahkar əvvəlcədən bəllidir” deyirdi. Bu, problemləri həll etmək və insanları istiliklə təmin etməkdən daha vacib olan haldır.

Qəribədir ki, erməni müəlliflərin və siyasətçilərin ən çox işlətdiyi ifadə “humanitar fəlakət”dir. İlahi, 30 il ərzində bir milyon qaçqını ekspansionist ambisiyaları girov götürən bir ölkənin birdən birə işin humanitar tərəfi yadına düşüb! Bu barədə ovalıqları quraqlığa və məhsulu məhv etməyə çalışaraq yayda Sərsəng Su Elektrik Stansiyasının suyunun kəsilməsinə, qışda isə əraziləri su altında qoymağa göstəriş verən siyasətçilər danışmağa başlayıblar. Bu barədə çayları (xüsusən Oxçuçayı və digərlərini) bundan əvvəl və hazırda da dağ-mədən istehsalat tullantıları ilə çirkləndirən, meşələri qıran, yayda quru otlaqları yandıran, geniş əraziləri minalarla, kimya sənayesinin tullantıları ilə zəhərləyən tərəf xatırlayıb. Bu gün “humanitar” sözünü xatırlayanlar da bunlardır! Bəs, o zaman erməni separatçılarının xaricdəki vəkilləri harada idilər? Niyə o vaxt onların səsi eşidilmirdi? AŞPA-nın Sərsəng su anbarı ilə bağlı məlum qətnaməsinin əleyhinə nə qədər deputatın səs verdiyini xatırlayaq. Sonda Azərbaycan nümayəndə heyətinin səyləri sayəsində qəbul edilməsinə baxmayaraq, o zaman əleyhinə səs verənlər bu gün hamıdan ən yüksək səslə “humanitar fəlakət” barədə qışqırırlar. Cənablar, bəs siz niyə o zaman qətnamənin əleyhinə səs verdiniz?

Bu gün tvit yazan Piter Stanonun işğal illərində səsi gəlməyib. Qarabağın azərbaycanlı əhalisi qovulanda da, Naxçıvan qazsız qalanda da. Bəli, bu, Qərbin eyni ikili standartlarıdır, onlar üçün ermənilər azərbaycanlılar kimi deyil, necəsə “xüsusi şəkildə” əziyyət çəkir və donur. Bu siyasətçilər isə yalnız ermənilər donmağa başlayanda ayılırlar.

Axı, hətta qaz ixrac edən Azərbaycanın özündə də hələ də qazlaşdırmanı gözləyən yüksək dağ kəndləri var. Ölkənin 98 faizinin qazlaşdırılmasına baxmayaraq, Gədəbəy və Lerik rayonlarının çətinliklə gedilə bilən yaşayış məntəqələrində hələ də təbii qazla təchizatda çətinliklər yaşanır. Güclü qar yağışları Azərbaycanın hər yerinə qaz tədarükünü və qaz kəmərlərinə, paylayıcı stansiyalara xidmət göstərilməsini çətinləşdirib. Xınalıq kəndi Xəzərin səviyyəsindən 2200 metr yüksəklikdə (Laçında qəza yerində 853 metrlə müqayisədə) yerləşir və onun sakinləri də bir çox hallarda texnogen və metereoloji mənşəli çətinlik çəkirlər. Erməni tərəfinin ittihamlarından belə çıxır ki, Azərbaycan "özü-özünə" problem yaradır?

İşğal olunan Qarabağa Ermənistanın qanunsuz çəkdiyi qaz kəmərində qəzalar 44 günlük Vətən müharibəsindən əvvəl də baş verib. Bəs onda niyə o vaxt heç kim Ermənistanı (əraziyə nəzarət edən!) Qarabağdakı etnik qohumları üçün “humanitar fəlakət” yaratmaqda ittiham etmirdi? Cavab sadədir və yuxarıda da səsləndirilib: Ermənistana problemin həlli yox, isteriyalar lazımdır.

Ümumiyyətlə, qəzanın baş verdiyi yer Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındadır və Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Qəzanın nəticələrinin aradan qaldırılması məsələsi Azərbaycanın siyasi yurisdiksiyası sahəsinə və Rusiya Federasiyası Müdafiə Nazirliyinin müvəqqəti məsuliyyət sahəsidir. Ermənistanın buna, ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. Əgər Ermənistanda Azərbaycanın Qarabağ iqtisadi rayonundakı etnik qohumlarının müvəqqəti çətinliklərindən bu qədər narahatdırlarsa, Laçın dəhlizi hələ də açıqdır və İrəvan sakinləri donmuş Qarabağ ermənilərini öz yerlərinə dəvət edib, mənzillərində isitsinlər - müvəqqəti və ya daimi.

Son olaraq. Baş verən qəza qaz hasil edən (!) Azərbaycanın ərazisinin bir hissəsinə mənşəyi məlum olmayan təbii qazın verilməsi məsələsini aktuallaşdırıb. Bu, hansı qazdır? Harada hasil olunub? O, haradan gəlir Azərbaycan ərazisinə? Gəlin, hər şeyi adı ilə çağıraq. Qaçaqmalçılıq yolu ilə gətirilən bu qazın ölkə ərazisinə daxil olması barədə Azərbaycan hökuməti ilə müvafiq kontrakt imzalanıbmı? Bu təchizatlar sayəsində kim və nəyə görə pul qazanır?

Cavab həmişəki kimi bəllidir: Azərbaycan Qarabağında yaşayan erməni əsilli Azərbaycan vətəndaşları “Azəriqaz”la müqavilə münasibətlərinin tezliklə rəsmiləşdirilməsi və qaçılmaz inteqrasiyanın sürətləndirilməsi məqsədilə regionun qazpaylayıcı şəbəkəsinə qoşulması xahişi ilə ölkə hökumətinə müraciət etsəydilər, bu gün mənşəyi məlum olmayan təbii qazla təmin etmək üçün çətin keçilən dağlıq ərazilərdə qeyri-qanuni qaz kəmərinə ehtiyac və buna uyğun olaraq, bu gün qəzaların başvermə ehtimalı da olmazdı. O zaman Qarabağ ermənilərinin evlərinin qızdırılması ilə bağlı da heç bir problem olmayacaqdı.

Bəlkə indiki qəza onlar üçün bir xəbərdarlıq “zəngi” olacaq!?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə