RƏSMİ XRONİKA
QAZAXISTAN RESPUBLİKASININ AKTAU ŞƏHƏRİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ KONSULLUĞUNUN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini bir ay müddətində həll etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun strukturunu və ştat cədvəlini bir ay müddətində təsdiq etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel 2008-ci il.