Qazaxıstanda Gülnarə Xəlilovanın “Kolaj” kolleksiyası təqdim olunacaq
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü olan Gülnarə Xəlilovanın “Kolaj” kolleksiyası oktyabrın 19-da Qazaxıstanın Aktau şəhərində keçiriləcək “Tengrii Fashion Week Kazakhstan” çərçivəsində təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, kolleksiyaları Qazaxıstan, Türkmənistan və Özbəkistandan olan Türk dünyasının dizaynerləri də təqdim edəcəklər.
Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
- 06.08.2026 [14:26]
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
- 06.08.2026 [12:39]
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
- 06.08.2026 [12:31]