CƏMİYYƏT
Qazilərimizin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilir
![](/files/galleryphoto/2022/3/1200x630/16655607282973144688_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655607282503931638_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ağır yaralı olan qazilərin həkim rəyi əsasında “YAŞAT” Fondu tərəfindən müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, bu günə qədər 176 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.