Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qədim və müasir Gəncə “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçılarına xoş təsir bağışlayıb

Gəncə, 19 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir.

AZƏRTAC xəbər verir ki, Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Abşeron, Xətai, Səbail, Suraxanı, Salyan, Cəlilabad, Neftçala və Zəngilandan olan IX-XI sinif şagirdləri noyabrın 19-da Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illər şəhərdə inşa edilən turizm, istirahət və sosial obyektlərlə tanış olublar.

Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Əvvəlcə, məktəblilər Nizaminin və şairin valideynlərinin qəbrini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Bu vaxta qədər şairin məzarı üzərində müxtəlif əsrlərdə 4 dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.

Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.

Daha sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub, bir il sonra isə Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı istifadəyə verilib.

Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş etdirilir.

Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoria Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə” motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.

Tur-aksiyanı davam etdirən məktəblilərin üz tutduqları növbəti məkan “Qala” Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi olub. Bildirilib ki, muzey Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilib. Yeni yaradılan bu abidə vaxtilə şəhərin 5 qapısından biri olan “Məqbərə” qapısının bərpa olunan variantıdır. Rəmzi olaraq Gəncənin qala divarları formasında inşa edilən tikili hazırda muzey kompleksi kimi fəaliyyət göstərir. Muzeydə Gəncə şəhərinə, eləcə də ölkəmizə aid qiymətli eksponatlar -dekorativ tətbiqi sənətkarlıq nümunələri, misgərlik, dəmirçilik, dulusçuluq, xalçaçılıq məmulatları, silahlar, döyüş vasitələri, məişət əşyaları, milli geyimlər nümayiş olunur. Eksponatlarla tanışlıqdan sonra məktəblilər rəmzi qala bürcünün ən yüksək zirvəsindən şəhərin mənzərəsini seyr ediblər.

Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan İmamzadə Dini Memarlıq Kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. İmamzadə ziyarətgahı əsrlər boyu insanların üz tutduğu müqəddəs məkanlardan olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş quruculuq və abadlıq, yenidənqurma işləri həyata keçirilib.

Bildirilib ki, İmamzadə ziyarətgahının ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra Şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə yaraşıqlı minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan İmamzadə hər kəsdə olduğu kimi, məktəblilərdə də böyük maraq oyadıb.

Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Məktəblilər 1606-cı ilin yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olub, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsini ziyarət ediblər.

Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər küçə boyu irəlilədikcə onlara Gəncənin zəngin və çoxəsrlik memarlığının ən gözəl örnəklərinin qorunub saxlandığı, vaxtilə şəhərin mülkədarları və varlı tacirləri tərəfindən inşa edilən imarətlər, tarixi tikililər haqqında ətraflı məlumat verilib.

Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına Mərkəzə gəliblər. Məlumat verilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanılıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu fəaliyyət göstərir.

Məktəblilər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksində də olublar. Onlar Bayraq meydanında 120 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağını seyr edib, ölkənin dövlətçilik tarixindən bəhs edən guşələrə baxıblar.

Tur-aksiya iştirakçıları şəhərlə tanışlıqlarını çay boyunca salınan parklar, xiyabanlar, müxtəlif ictimai iaşə və mədəniyyət obyektləri və əyləncə mərkəzləri ilə tanışlıqla davam etdiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan boksçusu: Tokio Olimpiadasında qazandığım bürünc medalı Parisdə qızıla çevirəcəyəm

Qırğızıstan Parlamentinin sədri Azərbaycana səfərə gəlib

"Real Madrid" Kilian Mbappenin transferini açıqlayıb

Paris Olimpiadasına lisenziya qazanmış Azərbaycan boksçuları Vətənə qayıdıblar

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Ankarada rəsmi səfərdədir

Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib YENİLƏNİB

“Qarabağ” fransalı hücumçusu ilə vidalaşıb

Azərbaycanın Müstəqillik Günü münasibətilə Brüsseldə “Suqovuşan” minifutbol turniri keçirilib VİDEO

Şuşada Beynəlxalq Sahibkarlar Forumunun sonuncu paneli keçirilib

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edib VİDEO

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

Baş Prokurorluq: Gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparılır

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib

Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub

Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində növbəti panel keçirilib

Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb

Ağcabədi kümçüləri mövsümün ilk günündə 578 kiloqram barama təhvil veriblər

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçirilir

Zoomorfik təsvirlərin sirləri: türk mədəniyyəti abidələri - MƏQALƏ

Prezident Administrasiyasının rəhbəri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib VİDEO

Rektor: Texnologiya və yaradıcı sənayelərin yaxınlaşması XXI əsrin çağırışlarının həllində böyük əhəmiyyət kəsb edir

Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirilib

Azərbaycan Braziliyada Beynəlxalq Milli Mətbəx və Mədəniyyət sərgisində təmsil olunub

Panel müzakirə: Startapların və gələcək inklüziv texnologiyaların önəmi

Ötən ay Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 12 min 733 müraciət daxil olub

Şərqşünaslıq İnstitutu ilə Çinin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

Ailə Məcəlləsinə dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

® Keyfiyyət və qiymət baxımından avtomobil bazarında yeni qaydalar təyin etməyə hazır iki Çin brendi artıq rəsmi olaraq Azərbaycanda

Nobel mükafatı laureatı Əziz Səncər UNEC-də olub

İsrailli jurnalist Vardanyanın həbsdə olmasını əsaslandırıb

AQC sədri CAATS prezidenti seçilib

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında yeni qərarlar qəbul edilib

Texnologiya Universiteti ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında memorandum imzalanıb

“Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qalibləri müəyyənləşib

Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb

Rəşad Əzizov: Sahibkarlığı və yaradıcılığı bir araya gətirsək, bu sahədə sürətli tərəqqiyə nail ola bilərik

FLNKS Fransa prezidentini sözünün üstündə durmağa çağırıb

Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb

Balakənli kümçülər iki gündə 700 kiloqramadək yaş barama təhvil veriblər

Dünyaca məşhur “Ovod” M.Teatrın səhnəsində

Əli Əsədov: Ərzaq təhlükəsizliyinin təmini Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib

AzMİU-da fənn olimpiadalarının qaliblərinə diplomlar təqdim olunub

MMU-da NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində icmal görüşü keçirilib

Məşğulluq və əmək pensiyası haqqında qanunlara dəyişikliklərlə bağlı qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

Qəbələdəki beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib

“Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Tottenhem”in futbolçusu qarət olunub

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib

BDU-nun rektoru: Biz sahibkarlıqla bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik

Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur

® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib

Mərkəzi Bank BVF ilə pul siyasətinin transmissiyasının yaxşılaşdırılmasını müzakirə edib

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərə həsr olunmuş Xüsusi iclas keçirilib

Hulusi Kılıç: Azərbaycanın COP29-a sədrliyini qaralamaq cəhdləri uğursuzluğa məhkumdur

GDU-da yaz imtahan sessiyası başlayıb

Hesablama Palatası və Çinin Milli Auditi Ofisi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib

Tarla seminarında “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi” mövzusu müzakirə olunub

BMU-nun professor-müəllim heyəti abituriyentlərlə görüşüb

Naxçıvanda taxıl anbarı kompleksinin fəaliyyətinin genişləndirilməsinə güzəştli kredit ayrılıb

Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Xidmət rəisi: Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılıb, ya da təhqir edilib

Bu həftəsonu Şamaxıda Hava Şarları Festivalı keçiriləcək

Mədəniyyət naziri tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyənləşib

® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır

Tələbələr narkomaniyanın mənfi təsirləri barədə maarifləndiriliblər

Çexiyalı nazir əməkhaqqını təkcə kronla deyil, həm də avro ilə ödəməyi təklif edib

Təkcə Rusiya bazarlarına 900 TIR-dan çox Cəlilabad kartofu daşınıb - məhsul boldur FOTO

Pul bazası azalıb

Muzeyin əməkdaşı Qazaxıstanda beynəlxalq elmi-praktik konfransda çıxış edib

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

® ABB yeni imic filmini təqdim edib

Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıb

Lord David Evans: Azərbaycan COP29-da çox böyük uğur qazanacaq

Ötən ay BŞTİ-yə 15 min 470 vətəndaş müraciəti daxil olub

On beş gün ərzində Elm və Təhsil Nazirliyinə 59 mindən çox vətəndaş müraciət edib

Balakəndə qanvermə aksiyası keçirilib

DİM və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi imtahanların nəticələri açıqlanıb

Londonda təhsil alan azərbaycanlı gənc Altsheymer xəstəliyinin müalicəsi üçün yeni həll yolları axtarır – MÜSAHİBƏ

Rus Dram Teatrının səhnəsində “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası olub

Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq

Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə apara bilər

Bakıda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib

Alimlər kəkələmənin mənbəyini müəyyənləşdiriblər

Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gəlib

Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı oyunçusu bəlli olub

Azərbaycan məktəbliləri İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak edirlər

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

Elmi-Tədqiqat Pediatriya İnstitutunda ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirici seminarlar keçirilib

Nazir müavini: Vokalçıların Bülbül adına müsabiqəsinin laureatları dünyanın ən yaxşı səhnələrində çıxış edirlər