QƏHVƏ İŞDƏ FİKRİ CƏMLƏMƏYƏ KÖMƏK ETMİR, ƏKSİNƏ, MANE OLUR
AZƏRTAC xəbər verir ki, iş vaxtı bir fincan qəhvə stressi götürmək əvəzinə, iş qabiliyyətini azaldır və kollektiv işi çətinləşdirir.
Bu, Bristol Universitetinin apardığı tədqiqatın nəticələridir. Yeganə istisna riyaziyyatçılardır, çünki tədqiqatın nəticələrinə əsasən, qəhvə tənliklərlə və alqoritmlərlə məşğul olanların təfəkkür qabiliyyətini gücləndirir.
Qəhvənin tədqiqi ilə məşğul olan psixoloqlardan biri Lindsey Senkler bildirmişdir ki, əldə edilmiş nəticələr təsdiq edir ki, qəhvənin iş günü ərzində qəbul edilməsi kişilərə, ilk növbədə, şəxsi problemləri olanlara əks-təsir göstərir və mövcüd stressi dərinləşdirir.
Alim bildirmişdir ki, onu həmkarı Piter Rocerslə birlikdə bu cür tədqiqatı aparmağa birgə ezamiyyətə yollanmış bir qrup əməkdaşın əhvalatı sövq etmişdir. Ofisdə qəhvəni pulsuz və məhdudiyyətsiz içmək imkanı əldə edən bu “ağyaxalıqlılar”ın iş ahəngi getdikcə pozulmağa başlamışdır. Gizli müşahidə kameralarının çəkdiyi videokadrlarda həmin kollektiv fikridağınıq və daim savaşan insanlar qrupu kimi qeydə alınmışdır.