Qida Təhlükəsizliyi Agentliyində FAO-nun regional direktoru ilə görüş olub
Bakı, 21 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Vladimir Raxmanin və qurumun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak ilə görüşüb. Görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qoşqar Təhməzli agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər barədə məlumat verib və qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən danışıb və mübadilə proqramları çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüş çərçivəsində FAO-nun Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Vladimir Raxmanin əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, 1995-2015-ci illərdə ölkəmizdə FAO tərəfindən 23 layihənin həyata keçirildiyi və gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]