ELM VƏ TƏHSİL
Qırğızıstan alimləri Dilçilik İnstitutunda olublar
![](/files/galleryphoto/2024/2/1200x630/1718363844783624010_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183638445606319207_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin Qırğız ədəbiyyatı kafedrasının müdiri professor Turdubaeva Nusgül və Qırğızıstan Milli Elmlər Akademiyasının dosenti Guldaky Ojinuhsaleva iyunun 14-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan məlumat verilib. Nadir Məmmədli tərtibçisi olduğu “Divanü luğat-it-türk” əsərinin 3 cildini qonaqlara bağışlayıb və əsərin yeni cildi haqqında qırğız alimlərinə məlumat verib.
Qonaqlar bildiriblər ki, bu kitabdan universitetdə tələbələr üçün dərs vəsaiti kimi istifadə ediləcək.
Görüşdə Türk dilləri şöbəsinin əməkdaşları bu görüşün elmi əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [17:01]
Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa
- 03.07.2024 [16:01]
Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar
- 03.07.2024 [15:35]
Mərkəzi Elmi Kitabxanada növbəti “Açıq qapı” günləri
- 03.07.2024 [13:37]