Uşaq inkişafı üzrə tanınmış mütəxəssis “Yeni çağırışlar”da
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 5-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki qonağı İstanbul Aydın Universitetinin müəllimi, uşaq inkişafı üzrə tanınmış mütəxəssis Belma Tuğruldur. Professor Belma Tuğrulla oyun əsaslı öyrənmə barəsində danışılacaq.
Belma Tuğrul Hacettepe Universitetinin Təhsil fakültəsinin Məktəbəqədər təhsil kafedrasında uzun illər professor olaraq çalışıb. Bununla yanaşı, Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “365 gün hekayə”, “365 gün oyun”, “Mənim oyun sandığım” və “Erkən uşaqlıq təhsili təqvimi” kimi layihələrdə akademik məsləhətçi olub. O, hazırda Türkiyə Milli Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirilən “Oyunlarla öyrənirəm” və “Oyunlarla yaxşılaşıram” layihələrində məsləhətçi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, “Yeni çağırışlar” proqramı Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:42]
Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO
- 17.10.2026 [13:24]
Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub
- 17.10.2026 [13:12]
Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur
- 17.10.2026 [11:02]
Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir
- 17.10.2026 [09:09]
Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO
- 17.10.2026 [07:20]
Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]