Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü: yenidənyüklənmə şansı

Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü: yenidənyüklənmə şansı

Bakı, 6 avqust, AZƏRTAC

Bu il oktyabrın 25-26-da Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edəcək. Təşkilatın miqyası, onun siyasi və iqtisadi potensialı, dünya siyasətinə təsir imkanları nəzərə alınmaqla bu hadisənin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Bu Zirvə Görüşü müstəqil Azərbaycanın tarixində ən iri beynəlxalq siyasi tədbirlərdən biri olacaq. Politoloqların və ekspertlərin diqqət yetirdikləri daha bir mühüm məqam ondan ibarətdir ki, 1989-cu ildə keçirilmiş Belqrad Zirvə Görüşündən 30 il sonra Azərbaycanın timsalında Avropa qitəsi BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarını yenidən qəbul edəcək.

Zərurətdən yaranan birlik

Qoşulmama Hərəkatı dünyanın 120 ölkəsini birləşdirir. Hərbi siyasi bloklarda iştirakdan imtina, xalqların müstəqillik və hüquq bərabərliyi prinsipləri əsasında dinc yanaşı yaşaması bu ölkələrin xarici siyasət kursunun əsası hesab edilir. Təşkilat 1955-ci ildə Asiya və Afrika ölkələrinin Bandunq Konfransında təsis edilib. O vaxt gənc dövlətlər postmüstəmləkə asılılığından azad və müasir iqtisadiyyat qurmaq imkanını təmin edən inkişaf yolunu, daha ədalətli və optimal beynəlxalq münasibətlər sisteminin qurulması yollarını axtarırdılar. Qoşulmama Hərəkatının banilərindən biri, 1945-1967-ci illərdə İndoneziyanın Prezidenti olmuş Əhməd Sukarnonun o vaxt qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının yaradılmasının əsası coğrafi, irqi və dini birlik deyil, “zərurətdən yaranan birlik” idi. Müharibəsiz dünyaya ehtiyac vardı, çünki Qoşulmama Hərəkatı soyuq müharibə, birinin mərkəzi SSRİ, digərinin mərkəzi ABŞ olan iki blokun geosiyasi, hərbi, iqtisadi və ideoloji qarşıdurması dövründə müəyyən mənada çəkindirici amil kimi formalaşmışdı. İqtisadi və sosial tərəqqiyə, inkişaf üçün ədalətli və bərabərhüquqlu şəraitə ehtiyac vardı.

Bandunq Konfransında qəbul edilmiş Ümumi sülhə və əməkdaşlığa dəstək haqqında Bəyannamədə ölkələrin dinc yanaşı yaşamasının və əməkdaşlığının on prinsipi şərh edilmişdi: əsas insan hüquqlarına, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət; bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət; bütün irqlərin hüquq bərabərliyinin, bütün böyük və kiçik millətlərin bərabərliyinin tanınması; başqa ölkəyə hərbi müdaxilədən və onun daxili işlərinə qarışmaqdan çəkinmə; BMT Nizamnaməsinə müvafiq olaraq, hər bir ölkənin fərdi və kollektiv müdafiə hüququna hörmət; kollektiv müdafiə barədə sazişlərdən böyük dövlətlərdən hər hansı birinin şəxsi maraqları üçün istifadə edilməsindən çəkinmə; hər hansı ölkənin başqa ölkələrə təzyiq göstərməkdən çəkinməsi; hər hansı ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təcavüz və ya güc tətbiqetmə aktlarından, yaxud bu cür təhdidlərdən çəkinmə; bütün beynəlxalq mübahisələrin dinc vasitələrlə nizamlanması; qarşılıqlı maraqlara və əməkdaşlığa yardım; ədalətə və beynəlxalq öhdəliklərə hörmət.

Bu prinsiplər 1961-ci il Belqrad Konfransının Bəyannaməsində də öz əksini tapıb. Qoşulmama Hərəkatının rəsmi tarixi həmin Konfransdan başlanır. Həmin vaxt Qoşulmama Hərəkatının üzvü olan 25 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə qəbul edilmiş sənəddə Hərəkatın baza prinsipləri şərh edilib: beynəlxalq münasibətlərdə diktatın, hegemonluğun və ekspansiyanın qəbul edilməməsi; dövlətlər arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi; ədalətə və hüquq bərabərliyinə əsaslanan yeni iqtisadi qaydanın formalaşması uğrunda mübarizə. O vaxtdan dünyada çox şey dəyişib, lakin zənnimcə, göstərilən prinsiplər bu gün də öz aktuallığını itirməyib.

Dünyanın üçdə ikisi

Bu gün Yer kürəsi əhalisinin təqribən 55 faizi Qoşulmama Hərəkatı ölkələrində yaşayır. Dünyada neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxu bu dövlətlərin ərazisində yerləşir. Onların çox böyük insan ehtiyatları və təbii resursları var. Mübahisəsiz faktdır ki, bütün bu potensialdan səmərəli və ağlabatan şəkildə istifadə edilsə, o, dünyada baş verən proseslərə təsir göstərməyə qabil olan qüdrətli siyasi qüvvəyə çevrilə bilər.

Azərbaycan nisbətən yaxın vaxtda - 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olub. Cəmi səkkiz ildən sonra həmin təşkilatın bu qədər mühüm, dünyanın yarıdan çoxunun təmsil olunacağı beynəlxalq tədbirinə ölkəmizin ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın artan beynəlxalq nüfuzunun etirafı deməkdir.

Son illərdə gedən proseslərə nəzər salsaq, prinsip etibarilə tam qətiyyətlə demək olar ki, Qoşulmama Hərəkatının üzvü olan yüzdən çox ölkənin dövlət və hökumət başçılarının görüş yeri kimi məhz Bakının seçilməsi Prezident İlham Əliyev başda olmaqla ölkə rəhbərliyinin yürütdüyü ölçülüb-biçilmiş və tarazlaşdırılmış, Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici siyasətin, respublikanın bütün sahələrdə qazandığı sanballı uğurların məntiqi nəticəsidir.

Qoşulmama Hərəkatının Zirvə Görüşünün məhz Azərbaycanda keçirilməsini şərtləndirən amillər sırasında aşağıdakıları göstərmək olar:

-ölkəmiz bu təşkilatın prinsiplərini bütünlüklə dəstəkləyir və onlara şərikdir, onlara sadiq olduğunu nümayiş etdirir;

-rəsmi Bakı dünyanın əsas güc mərkəzlərindən bərabər məsafədə olmağı təmin edən müstəqil siyasət yürüdür, bütün ölkələrlə (Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla) xeyirxahlığa, praqmatizmə, qarşılıqlı faydaya əsaslanan yaxşı münasibətlər saxlayır, dəfələrlə sübut edib ki, heç bir kənar qüvvə öz iradəsini Azərbaycana zorla qəbul etdirə bilməz;

-Azərbaycan Cənubi Qafqazın şəksiz iqtisadi lideridir, regionun iqtisadiyyatının 80 faizdən çoxu onun payına düşür, o, həm də regionun siyasi mərkəzidir;

-Azərbaycan beynəlxalq münasibətlərin fəal və hörmət qazanmış aktorudur. Bunu belə bir fakt da sübut edir ki, 2011-ci ildə ölkəmiz 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ondan əvvəl postsovet respublikaları arasında yalnız Ukrayna bu şərəfə layiq görülüb. Yeri gəlmişkən, Azərbaycanın 155 ölkənin səsini toplamaqla Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatının iştirakçıları olan ölkələrin dəstəyi də mühüm rol oynayıb.

Bu postulatın daha bir təsdiqi ondan ibarətdir ki, son üç ildə Azərbaycan mütəmadi olaraq Rusiya və NATO-nun hərbi rəhbərliyinin görüşləri keçirilən yer olur, bu görüşlərdə dünyanın təhlükəsizliyinin mühüm problemləri həll edilir. Zənnimcə, bu faktın əhəmiyyəti üzərində ətraflı dayanmağa ehtiyac yoxdur. Bəli, bu halda Azərbaycan həmin görüş üçün yalnız məkan təqdim edir, lakin əgər bizim ölkəmiz xüsusi beynəlxalq etimad qazanmış olmasaydı, heç kəs həmin görüşləri burada keçirməzdi. Dünyada 200-ə yaxın ölkə var, lakin Moskva və Brüssel məhz Azərbaycanı seçir. Zənnimcə, bu barədə düşünməyə dəyər.

-Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir, iri siyasi, mədəni-humanitar, idman tədbirlərinin təşkili və keçirilməsi sahəsində sanballı təcrübə qazanıb.

Azərbaycanın prioritetləri

Qoşulmama Hərəkatında iştirakın Azərbaycana verdiyi xarici siyasət dividendlərindən danışmalı olsaq, Prezident İlham Əliyevin qarşıdakı Zirvə Görüşü ilə əlaqədar 2019-cu il 11 fevral tarixli Sərəncamında dəqiq ifadə edildiyi kimi, bu iştirak ölkəmizin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha fəal cəlb edilməsi, müxtəlif dövlətlərlə, o cümlədən Latın Amerikası, Asiya və Afrika ölkələrinin çoxu ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı üçün əlverişli şərait yaradıb.

Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün lap əvvəlindən bu təşkilat respublikamızın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı surətdə dəstəklədiyini bildirib, qəbul edilmiş bütün sənədlərdə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz bu prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt cari ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının Venesuelanın paytaxtı Karakasda keçirilmiş iclasında qəbul olunmuş yekun sənəddə də aydın şəkildə təsdiq edilib. Həmin sənəddə Azərbaycanın mövqeyini dəstəkləyən ayrıca bir bənddə qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş müvafiq qətnamələrə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında münaqişənin hələ də nizamlanmaması beynəlxalq və regional təhlükəsizliyə, sülhə təhdid mənbəyi olaraq qalır. Qoşulmama Hərəkatının nazirləri BMT Nizamnaməsində göstərilmiş güc tətbiq edilməməsi prinsipinin əhəmiyyətini bir daha təsdiq edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar vasitəsilə nizamlanması yollarını axtarmağa çağırıblar. Bu, dünyanın 120 dövlətinin, yəni, planetin təqribən üçdə iki hissəsinin mövqeyidir!

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə Görüşü Azərbaycandan ötrü dünyanın diqqətini illər boyu davam edən münaqişəyə cəlb etmək üçün daha bir imkandır. Bu münaqişənin həllinə ölkəmizin ərazisinin 20 faizini işğal etmiş Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyada mövcud olan ikili standartlar, təcavüzkara təsir göstərmək, onu sivil normalar çərçivəsində davranmağa məcbur etmək üçün hüquqi mexanizmlərin olmaması və ya qeyri-mükəmməlliyi mane olur.

Lakin təbii ki, Azərbaycan dünya birliyinin məsuliyyətli üzvü kimi, diqqəti təkcə öz probleminə cəlb etməyəcək, xüsusən ona görə ki, bu problemin həlli çox cəhətdən qarşıdakı illərdə və onilliklərdə dünyanın necə olacağından, hansı prinsiplərin rəhbər tutulacağından asılıdır. Bu mənada, 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə kimi, Azərbaycanın üzərinə çox mühüm vəzifə düşür.

Bakı bu təşkilatda sədrlik dövründə öz prioritetlərini artıq müəyyən edib. Bu prioritetlər beynəlxalq münasibətlər sistemində Hərəkatın rolunun və nüfuzunun daha da artırılması, beynəlxalq səviyyədə onun baza prinsiplərinin inkişaf etdirilməsi, qanunların aliliyi, beynəlxalq hüququn normalarına və əsas Bandunq prinsiplərinə riayət edilməsi əsasında dövlətlərarası münasibətlərin formalaşmasına kömək, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verilməsi və planetdə davamlı inkişaf məsələlərindən ibarətdir.

Daha mükəmməl və ədalətli dünya naminə

Beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə soyuq müharibə başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən artmaqdadır. Zaman etibarilə bu dövr Azərbaycanın təşkilata sədrliyi ilə eyni vaxta düşür. Formalaşmış dünya nizamı yenidən pozulur, yeni güc mərkəzləri yaranır, dövlətlər arasında münasibətlərin formatı dəyişir, köhnə ziddiyyətlər dərinləşir, ənənəvi tərəfdaşlar barrikadanın müxtəlif tərəflərində qalır, çoxillik rəqiblər isə geosiyasi və iqtisadi maraqların üst-üstə düşməsi zəminində ortaq dil tapırlar. Yeni lokal münaqişə ocaqlarının genişmiqyaslı müharibələrə çevrilməsi təhlükəsi yaranır, demokratiya bayrağı altında bir sıra ölkələrin dövlətçiliyi sarsıdılır. Bu şəraitdə Qoşulmama Hərəkatı dünya arxitekturasında tarazlaşdırıcı və çəkindirici amil kimi öz yerini tapmalıdır. Belə bir fikirlə razılaşmaq olar ki, Qoşulmama Hərəkatı bircinsli təşkilat deyil, bu Hərəkatda iqtisadi inkişafın, dövlət təsisatlarının mükəmməlliyinin, daxili sabitliyin, əhalinin sosial rifahının səviyyələri tamamilə fərqli olan ölkələr təmsil edilib, həmin ölkələrin müəyyən beynəlxalq problemlərə baxışları üst-üstə düşmür. Lakin bu da mübahisəsiz faktdır ki, Qoşulmama Hərəkatının iştirakçısı olan bütün ölkələr, əlbəttə, daha yaxşı, daha mükəmməl dünyada yaşamaq istəyirlər. Bu ölkələr elə dünyada yaşamaq istəyirlər ki, orada onlara inkişaf modellərini kənardan zorla qəbul etdirməsinlər, bu və ya digər şəraitdə özlərini necə aparmalı olduqlarını, başqa dövlətlərlə münasibətləri necə qurmağı, kiminlə dostluq etməyi və tərəfdaşlıq əlaqələri qurmağı, öz təbii sərvətləri barəsində necə sərəncam verməyi diktə etməsinlər, xoşlarına gəlməyən rejimlərin qollarını burmasınlar, orada müharibələr ucbatından ölkələrin dağılması və məhv olması təhlükəsi yoxdur, kənar müdaxilələr münaqişələrə, vətəndaş müharibələrinə, milyonlarla qaçqın ordusunun yaranmasına gətirib çıxarmır. Bu ölkələr birləşərək öz siyasi iradəsini nümayiş etdirə bilər, bu iradəni planetimizi daimi sürətlə silahlanma, sərt qarşıdurma və özbaşına sanksiyalar arenasına çevirmək cəhdlərinə qarşı yönəldə bilərlər. Qoşulmama Hərəkatının keçən ilin aprelində Bakıda keçirilmiş “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransında Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, “Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”.

Bunun üçün Qoşulmama Hərəkatının fəaliyyətinin yenidənyüklənməsinə ehtiyac var. Taleyin qismətindən bu dövr Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi ilə eyni vaxta düşür. Bu mənada həm qarşıdakı Bakı Zirvə Görüşünün, həm də Azərbaycanın sədrliyinin Qoşulmama Hərəkatı üçün dönüş dövrü kimi tarixə düşmək şansı var.

Aslan Aslanov 
AZƏRTAC-ın İdarə Heyətinin sədri,
OANA-nın prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər