Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qusarda Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun açılışı olub

Qusar, 2 mart, AZƏRTAC

Martın 2-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Qusar şəhərində Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrik məktubları oxunub.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu giriş sözü söyləyib. O bildirib ki, indiki vaxtda gənclərin daha sıx qarşılıqlı fəaliyyəti üçün şərait yaradılıb. Diplomat deyib: “Bu il ölkələrimiz arasında qarşılıqlı diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Yaxın günlərdə - bu il fevralın 22-də dövlətlərimizin başçıları arasında çox mühüm sənəd - Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu, həm iqtisadiyyat, həm mədəniyyət, həm də siyasət sahələrində həqiqətən yeni üfüqlər və imkanlar açan çox mühüm sənəddir. İndi yeni şəraitdə, yeni platformada bu qarşılıqlı fəaliyyət çox böyük məna kəsb edir. Çünki gələcəyimiz dostluq, tolerantlıq və qarşılıqlı fəaliyyət ideyalarını irəli aparan gənclərin əlindədir”.

Sonra Rusiyanın elm və ali təhsil naziri Natalya Boçarova çıxış edib. O vurğulayıb ki, Azərbaycan və Rusiyanın həqiqətən çox uzunmüddətli və birgə tarixi var. Nazir deyib: “Gənclər birgə layihələr yaratmaqla, nəinki ölkələrimizin gələcəyinin siyasəti, iqtisadiyyatı üzərində, həm də ölkələrimiz arasında mövcud olan bu insani və mənəvi əlaqələrdə qalmaq üzərində işləyir”.

Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov forumun açılışında çıxış edərək vurğulayıb ki, dövlət orqanlarının, gənclər təşkilatlarının təmsilçiləri bu platformada ölkələrimizin gənclər siyasətində, həmçinin təhsil sistemində fikir və təcrübə mübadiləsi aparmaq üçün toplaşıblar. O qeyd edib ki, forumda gənclər təşəbbüsünün müzakirəsi müasir dövrdə hər iki ölkəni narahat edən ən mühüm məsələlərin optimal həllinin işlənib hazırlanmasına kömək edəcək.

Rusiyanın gənclərlə iş üzrə federal agentliyi rəhbərinin müavini Andrey Platonov qeyd edib ki, forum ideya, fikir, layihə mübadilələri aparmaq, birgə planların həllində yol xəritəsini qurmaq üçün imkan yaradacaq. O, Azərbaycanın və Rusiyanın birgə könüllülük şurasının formalaşdırılması üzrə işlərin aparılmasını vurğulayaraq bildirib ki, bu gün gənclər bir neçə istiqamətdə, o cümlədən könüllü-sosial fəaliyyət, ictimai təşkilatların və birgə sahibkarlıq layihələrinin rəhbərlərinin hazırlanması istiqamətində işləri müzakirə edə bilərlər.

Sonra Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumu öz işini üç diskussiya sessiyasında davam etdirib. Sessiyalarda Rusiyanın “Bilik” cəmiyyətinin direktorunun xüsusi layihələr üzrə müavini Andrey Kuşnaryov “Rusiyanın “Bilik” cəmiyyətinin fəaliyyətinin və iri tədbirlərinin əsas istiqamətləri” mövzusunda, Rusiyanın “Bilik” cəmiyyətinin mühazirə işləri departamentinin direktoru Diana Vulpe “Rusiyanın “Bilik” cəmiyyətinin regional layihələri və bütün Rusiya üzrə mühazirə işlərinin tərtibi” mövzusunda, Bakıda Rusiyanın elm və mədəniyyət mərkəzinin rəhbəri İrek Zinnurov “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin fəaliyyət və tədbirlərinin əsas istiqamətləri” mövzusunda, Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Biliklərdən vərdişlərə doğru: Azərbaycan məktəblərində innovasiyalı kontentin işlənib hazırlanması və kütləvi şəkildə tətbiqi” mövzusunda, Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov “Azərbaycanda maarifləndirmə (sosial) layihələrinin dəstəklənmə mexanizmləri və layihələrin uğurlu variantları” və başqa mövzularda təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumu öz işini martın 3-də başa vuracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1100 nəfəri ötüb

Dağıstanda silahlı hücumlar: 6 polis əməkdaşı öldürülüb, yaralılar var YENİLƏNİB-2

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

Bakı Slavyan Universitetinin məzun günü keçirilib

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Netanyahu: ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib

Ferstappen Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub

Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirib

Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Sloveniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq

NBC: Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib

Bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər

Göyçayda kafe yanıb

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub

Honkonq və Sinqapur əcnəbilərin yaşamaları üçün ən bahalı şəhərlərdir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb

Naxçıvan Qızlar Liseyinə ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib

Azərbaycan badmintonçuları Serbiyada dörd medal qazanıblar

DİM-in rəhbəri: Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə çoxşaxəli tədbirlər müəyyən edilib

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Məleykə Abbaszadə: Situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanmasını intensivləşdirmək üçün DİM prosesə mütəxəssisləri cəlb edib

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

Abşeron rayonunda sursat aşkar edilib VİDEO

Azərbaycanın dəmir yolu stansiyalarında memarlıq irsi

“Avro 2024”: Bu gün III tura start veriləcək

“Sabah” braziliyalı futbolçu ilə yollarını ayırıb

Aleksey Borisov: COP29-un uğurlu təşkili dünya arenasında mövqeyini möhkəmləndirməkdə Azərbaycana kömək edəcək

Amerika Kuboku: Venesuela və Meksika yığmaları qalib gəlib

Ağstafada toyda kütləvi zəhərlənmə olub VİDEO

Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz... FOTOLAR VİDEO

Faktiki hava: bölgələrdə qeyri-sabit hava şəraiti davam edib

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları mühakimə üçün Fransaya aparılacaq

Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Güclü külək və dolu 2 rayonda fəsadlar törədib

Fəallar Kembric Universitetinin binasını qırmızı rəngə boyayıb

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Türkiyə millisinin baş məşqçisi: İlk 20 dəqiqə daha yaxşı oynadıq

Fransada leysan: Arıçılar narazıdır

Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirir

Bu gün 1300-dən çox namizəd rezidenturaya ikinci cəhd qəbul imtahanı verir

Özbəkistanda təbii qazın hasilatı azalıb

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

Azərbaycan özünün yaşıl gündəliyi ilə qlobal səylərə mühüm töhfə verməkdədir ŞƏRH

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Avro-2024: Belçika millisi ilk qələbəsini qazanıb

Qaxa leysanla müşayiət olunan dolu düşüb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb VİDEO

QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

Avro-2024: Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Çexiya millisi debütantla bacarmayıb

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib - YENİLƏNİB

Beynəlxalq ekspert: Türkiyə və Azərbaycan kimi qardaş ölkələr TDT-nin verdiyi imkanlardan bəhrələnirlər – MÜSAHİBƏ

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakının 550 küçəsi yuyulub

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

Azərbaycan Dəmir Yollarının yaşıl enerjiyə keçidi

Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib

Astanada çoxmərtəbəli binada yanğın baş verib VİDEO

QHGT-nin İqlim Fəaliyyəti Forumunda gənclər iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil ediblər

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

Mbappe Avropa çempionatı zamanı yoxlama oyununda iştirak edə bilər

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

Tailand əcnəbi turistlər üçün pulsuz sığortanın müddətini uzadıb

Kitab karvanı ilə nağıllar dünyasına səyahət - Respublika Uşaq Kitabxanasından REPORTAJ

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər

Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq - MÜSAHİBƏ

Qəbələdə FHN-in Şimal-qərb Regional Mərkəzi yanğınlar zamanı davranış qaydaları ilə bağlı təlim keçirib 

® Nurlana Miabi: Kosmetologiyada 2024-cü ilin trendi təbii gözəllikdir

Avro-2024: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Özbəkistanda qızlar üçün texnologiya proqramının növbəti mərhələsi keçirilib

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər VİDEO

Qazaxıstanda deltaplan qəzaya uğrayıb, bir nəfər həlak olub