CƏMİYYƏT
Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO
![](/files/galleryphoto/2024/2/1200x630/17198431422403762007_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17198431425905731297_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719843142835447920_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17198431423270126967_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719843142158329452_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17198431423564614991_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17198431424969465074_1200x630.jpg)
Odessa, 1 iyul, AZƏRTAC
Rusiya-Ukrayna müharibəsi dönəmində dini, tarixi abidələr də ciddi ziyan görüb. Bunlardan biri də Ukraynanın ən böyük kafedral kilsələrindən biri hesab olunan Odessanın pravoslav kilsəsidir. Ötən il iyulun sonunda kilsəyə raket hücumu nəticəsində dini məkanın bir hissəsi yararsız hala düşüb. AZƏRTAC xəbər verir ki, hazırda kilsədə təmir işləri aparılır.
Kilsənin din xadimi Miroslav Protoirey AZƏRTAC-a açıqlamasında bildirib ki, raket hücumu nəticəsində kilsənin bəzi divarları dağılıb. Partlayış nəticəsində pəncərələr, qapılar, dam örtüyü uçub. Kilsə 3 min 200 kvadratmetr sahəni əhatə edir, Ukraynanın ən böyük kafedral kilsəsidir. Kilsənin eni 45 metr, uzunluğu 95 metrdir. Burada eyni vaxtda 12 min nəfər ibadət edə bilər. Kilsənin rəsmlərinin təxminən 60-70 faizi itib, qızıl naxışlar məhv olub, çılçıraqlar dağılıb. İkonaların yerləşdiyi mərmər qablar da sınıb.
“Raket zərbəsi nəticəsində yaxınlıqdakı hər şey məhv edildi. Ancaq Tanrı Anasının Kasperov İkonu toxunulmaz qaldı. Bu gün kafedralımızın girişində, zəng qülləsində yerləşir. Həmçinin bizim zəng qülləsində 14 ton ağırlığında Ukraynanın ən böyük zəngi asılır. Bundan əlavə, hələ də 24 zəng var. Allaha şükürlər olsun ki, onların hamısı partlayışdan sağ-salamat qaldılar”, - deyə Miroslav Protorey əlavə edib.
Onu da qeyd edək ki, Odessa liman şəhəri olduğu üçün bu kilsə müharibədən öncə buraya səfər edən əcnəbilərin ən sevimli dini məkanlarından biri idi. Kilsə dövlət yardımı və toplanan ianələr hesabına təmir olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev