Respublika Günü konsert proqramı ilə qeyd edilib
Bakı, 24 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində 28 May - Respublika Günü münasibətilə konsert proqramı təqdim olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə məktəbin şagirdləri tərəfindən F.Şopenin “İnqilabi etüd”, P.Sarasatenin “İntroduksiya - tarantella”, D.Şostakoviçin “Rəqs”, Ü.Hacıbəylinin “Arazbarı”, T.Quliyevin “Bakı haqqında mahnı”, C.Cahangirovun “Ana”, A.Rzayevin “Düşüncə” və Ə.Əzizovun “Skertso” əsərləri səsləndirilib.
Məktəbin xalq çalğı alətləri ansamblının müşayiətilə gerçəkləşən konsert proqramı maraqla qarşılanıb.