ROBOT-ANESTEZİOLOQUN PROTOTİPİ YARADILMIŞDIR
AZƏRTAC xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, Fransada cərrahiyyə əməliyyatları zamanı anesteziyanı həyata keçirəcək robotun prototipi yaradılmışdır. Tədqiqatçılar qrupunun rəhbəri, anesteziologiya üzrə professor Mark Fişer bildirmişdir ki, yeni robot 200 əməliyyatda uğurla tətbiq edilmişdir.
Robotun vəzifələrinə preparatın dozasının hesablanması, pasiyentin orqanizminə ağrıkəsici preparat daxil edilməsi və əməliyyat zamanı xəstənin vəziyyətinə nəzarət məsələləri daxildir.
Fişerin sözlərinə görə, bu texniki yenilik yaxın vaxtlarda klinikaların gündəlik fəaliyyətində tətbiq oluna bilər.