DÜNYA
Rumıniya hərbi əməliyyatların birinci günündə 11 min ukraynalını qəbul edib
![Rumıniya hərbi əməliyyatların birinci günündə 11 min ukraynalını qəbul edib](/files/2022/1/1200x630/16458907803419334669_1200x630.jpg)
Buxarest, 26 fevral, AZƏRTAC
Rumıniya Ukraynada hərbi əməliyyatların birinci günündə altı sərhəd-keçid məntəqəsindən ümumilikdə 10 min 624 ukraynalını qəbul edib.
Bu barədə Rumıniyanın daxili işlər naziri Lucian Bode məlumat verib.
L.Bode bildirib ki, onlardan 3660 nəfəri Bolqarıstana və Macarıstana getmək üçün Rumıniyadan keçib.
Rumıniyada olan təxminən 7 min nəfərdən yalnız 11-i siyasi sığınacaq üçün müraciət edib. Qalanları sığınacaq üçün müraciət etmədən qanuni olaraq 90 günə qədər ölkədə qala bilərlər.
Qeyd edək ki, BMT müharibə nəticəsində 5 milyona qədər ukraynalının ölkəni tərk edəcəyini proqnozlaşdırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.06.2024 [22:40]
Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır
- 26.06.2024 [22:22]
Mark Rütte NATO-nun yeni Baş katibi seçilib
- 26.06.2024 [14:51]
Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an
- 26.06.2024 [12:11]
Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb
- 26.06.2024 [08:34]
Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var
- 26.06.2024 [07:06]