Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rumıniyada Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən iki kitabın təqdimatı keçirilmişdir

Bakı, 10 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə oktyabrın 9-da Ermənistanın Azərbaycana qarşı təcavüzü, eləcə də onun köklərindən bəhs edən, Kanadalı Skot Teylorun müəllifi olduğu “Barışmaz fərqliliklər: Türkiyə, Ermənistan, Azərbaycan” və Quram Marxulia və Şəbnəm Nuriyevanın birgə müəllifi olduqları “Əzabkeş Ermənistan: mif və gerçəkliklər” kitablarının rumın dilinə tərcüməsinin təqdimatı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Rumıniyada səfərdə olan xarici işlər nazirinin müavini Araz Əzimov, xarici ölkələrin Buxarestdə akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, yerli Azərbaycansevərlər, türk-tatar icmasının, aparıcı QHT-lərin, elmi-tədqiqat mərkəzləri və Yazıçılar İttifaqının nümayəndələri, yerli və xarici KİV-lərin təmsilçiləri, eləcə də bu ölkədə təhsil alan və çalışan azərbaycanlılar iştirak etmişlər.

Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov bu gün Ermənistanın ölkəmizə qarşı davam etdirdiyi işğalçılıq siyasətinin köklərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə dolğun və dürüst şəkildə çatdırılmasında bu əsərlərin əhəmiyyətindən danışmışdır. Diplomat mərasim iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, sülh yolu ilə ədalətli həllində ölkəmizin tutduğu konstruktiv mövqeyə cəlb etmişdir.

Səfir qeyd etmişdir ki, bu istiqamətdə Ermənistan rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar xalqın bütün təbəqələrini sülhə hazırlamalıdırlar. Təəssüf ki, Ermənistan hakimiyyəti öz ölkəsində illərdir münaqişənin təsirlərindən yorulan və ədalətin bərpasını arzulayan sağlam düşüncəli nəslin yetişməsinə qarşı radikal siyasət yürütməkdədir. Bu da öz növbəsində münaqişənin sülh yolu ilə ədalətli həllinə, eləcə də qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına, bütövlükdə bölgəyə sülh və əmin-amanlığın qayıtmasına böyük maneə törədir.

E.Həsənov bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə ədalətli həllində qətiyyətli siyasət yürütdüyünü və gec-tez ölkəmizin əzəli və əbədi torpaqlarının işğaldan azad olunacağına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacağına əminliyini bildirmişdir.

Daha sonra çıxış edən “Barışmaz fərqliliklər: Türkiyə, Ermənistan, Azərbaycan” kitabının müəllifi, Kanadanın “Esprit de Korps” jurnalının redaktoru və təsisçisi Skot Teylor dünyanın qaynar münaqişə bölgələrinə reallaşdırdığı səfərlər zamanı müşahidələrindən bəhs etmiş, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı zamanı həyata keçirdiyi qanlı qırğınlar və etnik təmizləmənin nəticələri ilə bağlı geniş məlumat vermişdir. O, araşdırmalar üçün Dağlıq Qarabağa etdiyi səfər zamanı, xüsusən Xankəndi və Şuşada bütün tikililəri və mədəni abidələri dağıdılmış vəziyyətdə gördüyünü, bölgədə məskunlaşmış milliyətçi ermənilərdə müsahibə zamanı azərbaycanlılara və türklərə qarşı kin və düşmənçilik hisslərinin şahidi olduğunu, sadə və ziyalı insanlara qarşı zorla və məqsədli şəkildə aşılanmağa çalışılan bu düşüncə tərzinin münaqişənin həllində müstəsna rol oynayan xalqlar arasında dialoqa zərbə vurduğunu bildirmişdir.

Skot Teylor işğal olunmuş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmamasını beynəlxalq hüquq müstəvisində böyük ədalətsizlik kimi qiymətləndirmişdir. O, Osmanlı dövründə, 1915-ci ildə baş vermiş hadisələrə də toxunaraq Türkiyənin arxivlərindən, eyni zamanda, həmin dövrdə Osmanlı dövlətində akkreditə olunmuş İngiltərə, Fransa baş konsullarının memuarlarından sitat gətirmiş və həmin sənədlərdə qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı heç bir tutarlı fakt və dəlillərə rast gəlmədiyini vurğulamışdır.

Qondarma “erməni soyqırımı” məsələsinin xarici ölkələrin parlamentlərində müzakirəyə çıxarılmasının tamamilə yanlış addım olduğunu vurğulayan Skot Teylor bu gün dünyadakı, o cümlədən Kanadadakı erməni diasporunun Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətinin fəal şəkildə davam etdirdiyini, öz çirkin ideologiyasını gerçəkləşdirmək üçün Ermənistan hakimiyyətini daim öz təsir dairələrində saxladığını bildirmişdir.

Tədbir iştirakçıları “Barışmaz fərqliliklər: Türkiyə, Ermənistan, Azərbaycan” kitabından bəhs edən qısa filmi seyr etdikdən sonra kanadalı müəllifə Cənubi Qafqaz, Suriya, Orta Şərqdə gedən proseslərlə bağlı suallarını ünvanlamışlar.

Sonda çıxış edən Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev etnik təmizləmə ilə müşayiət olunan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ölkəmiz üzərində ağır nəticələrini geniş şəkildə işıqlandırdığına, eləcə də hadisələrə obyektiv, vicdanlı və dürüst yanaşdığına görə kanadalı müəllif Skot Teylora öz təşəkkürünü bildirmişdir. O, dünyada Dağlıq Qarabağ həqiqətlərinin təbliği ilə bağlı təşəbbüslərin dəstəklənməsində Heydər Əliyev Fondunun davamlı nəcib fəaliyyətindən bəhs etmiş, diqqəti bu kimi tədbirlərin vacibliyinə cəlb etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı müzakirə olunur

Göygöldə ekologiya və ətraf mühitin qorunması istiqamətində forum keçirilib

Dünya birjalarında neft bahalaşıb

Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür

Naxçıvanda bu ilin dörd ayında 2987 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Bu gün görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

Fukuşima AES-in suyunun okeana axıdılmasının altıncı mərhələsi başlayıb

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa şəbəkəsinin Baş Assambleyası keçirilir

XİN: Azərbaycanın İrandakı səfirliyinin yeni məkanı artıq müəyyən edilib

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub

AZAL Pekinə xüsusi qiymətlərlə səyahət etmək imkanı yaradır

AFFA prezidenti Tailandda Aleksander Çeferin ilə görüşüb

DİN: 3,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 84 cinayətin üstü açılıb

Premyer Liqa: Açılış oyununda çempion “Turan Tovuz”u qəbul edəcək

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Ölkə ərazisində bəzi yerlərdə yağıntılar intensiv olub, dolu düşüb, qar yağıb – Faktiki hava

Quba və Qusar rayonlarına qar yağır VİDEO

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

® gubre.az şəbəkəsinin “Caspian Agro” sərgisində təqdim etdiyi yeni layihə fermerlərin xüsusi marağına səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

FIFA futbol əfsanələri arasında dünya çempionatı təşkil edə bilər

ABŞ-da qasırğa nəticəsində azı 4 nəfər ölüb

BMT maliyyə çətinlikləri fonunda qərargahda məhdudiyyətlər qoyur

Peruda deputatlar prezidentə qarşı impiçment prosesinin başlanmasını təklif edib

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

ABŞ İsrailə silah tədarükü ilə bağlı qanun layihəsini təsdiqləyib

Moldovada prezident seçkilərinin vaxtı məlum olub

FIFA təşkilata üzv ölkələri irqçiliklə mübarizəyə çağırıb

ABŞ və Çin müdafiə nazirləri ikiillik fasilədən sonra Sinqapurda görüşəcəklər

Tədqiqat: Ürək xəstəliyini necə erkən aşkar etmək olar?

Media: TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək

Erməni diasporunun regionda sülhə təhdid yaradan fəaliyyəti Bolqarıstan mediasında işıqlandırılıb

Keniyada daşqınlar 290-dan çox insanın həyatına son qoyub

NATO rəhbərliyi: Rusiya Ukraynada strateji uğur əldə etməyib

Minskdə MDB ölkələrinin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib

Azərbaycan dilinin normalarına riayət etmək məsələləri müzakirə olunub

Kiriakos Mitsotakis: Avropanı müdafiə edən ümumi “Dəmir günbəz” sistemi yaradılmalıdır

Nigeriyada məsciddə partlayış olub, 11 nəfər ölüb

Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib

“Anadolu Ankası – 2024” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” final seriyasının ilk oyununda “Sabah”a qalib gəlib

Ali qonağın şərəfinə dövlət ziyafəti verilib YENİLƏNİB VİDEO

Türkmənistanda keçirilən beynəlxalq tədbirdə ölkəmiz uğurla təmsil olunub

“Azerbaijan Fashion Week” ekoloji cəhətdən təmiz modaya dəstək müsabiqəsi keçirib

Perunun daxili işlər naziri istefa verib

Ərdoğan: Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi region üçün tarixi fürsətdir

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar  YENİLƏNİB -2 VİDEO

Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur VİDEO

Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq VİDEO

Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var

“Azərkosmos” rəsmisi: Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində sınaqlar uğurla baş tutub

Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır VİDEO

Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

Prezident İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik VİDEO

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

® Praqada 18-ci Beynəlxalq “Caspian Investment Forum Prague 2024” işə başlayıb

® Latviya sahibkarları ilə “Caspian Energy Club” nümayəndələri arasında görüş keçirilib

ADPU-nun Şəki filialında “Açıq qapı” günü keçirilib

Türkiyədə 2014-cü il oktyabr hadisələrində təqsirli bilinən şəxslərə hökm oxunub

Danimarka Ukraynaya yeni hərbi yardım paketini açıqladı

Türkiyənin toxumçuluq birliklərinin rəhbərləri ilə görüşdə idxal-ixrac tənzimləmələri müzakirə olunub

Astara rayonunda yerləşən yük terminalının rekonstruksiya işləri başa çatdırılıb

Bir ay ərzində Yaponiyaya üç milyon turist səfər edib

Magistratura imtahanlarında yüksək bal toplayan tələbələr üçün infosessiya təşkil olunub

Tezliklə “Android sistemli telefonlarda oğurlandıqları halda öz-özünə bloklanma funksiyası işə düşəcək

“Təmiz hava” aylığı çərçivəsində ətraf mühitin çirkləndirilməsi hallarına qarşı qabaqlayıcı tədbirlər görülür

Mərkəzi Asiya ölkələrinin liderləri Astanada görüşəcəklər

Şimali Kipr parlamentinin spikeri: Azərbaycan ilə yaxınlaşma üzrə hər bir yeni addım ŞKTR sakinlərini və hakimiyyət orqanlarını sevindirir

“Fənərbağça” və “Beşiktaş” “Qarabağ”ın legionerinə təklif göndərib

Avropa İttifaqı ölkələrindən Ukraynaya elektrik enerjisi idxalı maksimuma çatıb

Azərbaycanın dövlətçilik tarixinə həsr edilmiş elmi diskussiya keçirilib

Türkiyəli nazir: Azərbaycanla dərin əlaqələrimizin bütün sahələr üzrə inkişafını davam etdirəcəyik

“I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsi çərçivəsində növbəti təlim

AMEA ilə Mədəniyyət Nazirliyinin əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparılıb

Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur

I Liqa: Mərkəzi oyunda qələbə qazanan “Şamaxı” liderliyə yüksəlib

Riqada 28 May - Müstəqillik Günü və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edilib

® “Bayramlı Group” şirkəti yüksək texnologiyalar sahəsində ixtisaslaşıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qambiyanın ümumi və orta təhsil naziri Dövlət İmtahan Mərkəzində olub

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası BDU-da tibbi aksiya keçirir

AQTA bəzi məhsul qrupları istisna olmaqla Belarusun qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıyıb

Muzeydə “Baba yurdunun fotohekayəsi” adlı sərgi keçiriləcək

Azərbaycan və Küveytin Vəkillər kollegiyaları arasında Memorandum imzalanıb

Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Şamil Qurbanov: ömrün fikir dünyası” - elmi seminar

Gürcüstanın Baş naziri Türkiyədə rəsmi səfərdədir

Fransanın son müstəmləkələri Bakı Təşəbbüs Qrupunun çağırışı ilə videokonfrans təşkil ediblər

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun tədbiri keçirilib

AFFA Premyer Liqa klubunun şikayətini təmin etməyib

Azərbaycan ali məktəbləri və Qara Dəniz Universitetlər Şəbəkəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

“Turan Tovuz” nümayəndələrinin Niderlanda səfəri başa çatıb

Sosial Xidmətlər Agentliyinin müəssisələrində 10 min şəxsə reabilitasiyayönümlü xidmət göstərilib

Zaqatalada selin fəsadları aradan qaldırılır, təhlükə hələ də sovuşmayıb VİDEO

Sahibə Qafarova: Parlamentlərarası İttifaq çox mühüm və birləşdirici platformadır

Görkəmli coğrafiyaçı alimlərin xatirəsi anılıb

Hərbi İnstitutun kursantları idman yarışlarında uğur qazanıblar