Türkiyədə 2014-cü il oktyabr hadisələrində təqsirli bilinən şəxslərə hökm oxunub
İstanbul, 16 may, Günel Karatepe, AZƏRTAC
Türkiyədə 2014-cü il oktyabrın 6-8-də PKK terror təşkilatının tərəfdarları tərəfindən başladılan və Xalqların Demokratik Partiyasının (HDP) çağırışları ilə daha da alovlanan qarşıdurmalarda şübhəli bilinənlərlə bağlı davam edən məhkəmə prosesi bu gün yekunlaşıb.
Ölkənin 35 vilayətində baş verən qarşıdurmalar 37 nəfərin ölümünə səbəb olmuşdu. Hadisələrdə təqsirli bilinənlər arasında Mardin Böyükşəhər bələdiyyəsinin sədri Əhməd Türk və HDP-nin təsisçi sədri Səlahəddin Dəmirtaş da var.
AZƏRTAC-ın məlumatına görə, qərara əsasən, Əhməd Türk "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 10, Səlahəddin Dəmirtaş isə 47 ayrı cinayətə görə ümumilikdə 42 il həbs cəzasına məhkum ediliblər.
Hadisə ilə bağlı açılan iş üzrə 108 müttəhim barəsində ittiham aktı hazırlanıb, 83 məhkəmə prosesi keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]