Mərkəzi Asiya ölkələrinin liderləri Astanada görüşəcəklər
Bakı, 16 may, AZƏRTAC
Mərkəzi Asiya ölkələrinin liderləri avqustun 9-da Qazaxıstanın paytaxtında görüşəcəklər. Bu barədə regionun Təhlükəsizlik Şuraları katiblərinin Astanada görüşü zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
AZƏRTAC Qazaxıstan dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezidentin sözlərinə görə, “Mərkəzi Asiya-2040” regional kooperasiyanın inkişafı strategiyası işlənib hazırlanıb.
“Regional yaxınlaşma prioritetləri, hər şeydən əvvəl Mərkəzi Asiyanın beştərəfli qarşılıqlı fəaliyyətinin genişlənməsinə və beynəlxalq subyektliyinin möhkəmlənməsinə istiqamətlənib.
Əminəm ki, Astanada sammitin gedişində bu sənədin qəbulu (“Mərkəzi Asiya-2040” Strategiyası – Red.) region üçün konseptual əhəmiyyət kəsb edəcək”, - deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti qeyd edib ki, münasibətlərin xüsusi xarakteri XXI əsrdə Mərkəzi Asiyanın inkişafı məqsədilə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında Müqavilədə, strateji tərəfdaşlığı yeni müstəviyə çıxaran sənəddə təsbit olunub.
“Hesab edirəm ki, Astanada sammitin əsas nəticələrindən biri bizim hamımız üçün tarixi olan Müqavilənin imzalanması prosedurunun başa çatması və onun qüvvəyə minməsi ola bilər. Bizim beştərəfli formatımızın gələcəkdə institusional təkmilləşdirilməsi aktual olaraq qalmaqdadır”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]