Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın dövlətçilik tarixinə həsr edilmiş elmi diskussiya keçirilib

Bakı, 16 may, AZƏRTAC

AMEA Rəyasət Heyətində Mədəniyyət Nazirliyindən olan rəhbər heyətin iştirakı ilə Azərbaycanın dövlətçilik tarixinə həsr edilmiş elmi diskussiya keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Atropatena/Adorbayqan adlı dövlətin nə zaman və hansı tarixi şəraitdə yaranması, eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın dövlətçilik tarixinə dair çəkilməsi nəzərdə tutulan silsilə filmlərlə bağlı müzakirələr aparmaq olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə giriş nitqi ilə çıxış edərək rəhbərlik etdiyi qurum ilə Mədəniyyət Nazirliyi arasında mövcud olan əməkdaşlıq əlaqələrindən danışıb. O, bu günədək iki qurumun iştirakı ilə bir çox ortaq layihələrin həyata keçirildiyini, o cümlədən nazirlik tərəfindən təşkil olunmuş müxtəlif tədbirlərdə AMEA-nın fəal iştirak etdiyini bildirib.

Akademiyanın rəhbəri Mədəniyyət Nazirliyinin Azərbaycan dövlətçiliyinin tarixini, onun yaradıcılarını, ənənələrini geniş ictimaiyyətə çatdırmaq üçün həyata keçirdiyi tədbirləri, ərsəyə gətirdiyi elmi-kütləvi filmləri yüksək qiymətləndirib: "Hesab edirəm ki, Azərbaycan tarixinə həsr olunacaq silsilə filmlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tam ərazi bütövlüyünə nail olunduğu indiki şəraitdə azərbaycançılığın və dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək. AMEA da bu prosesdə fəal iştirak edərək qədim tariximizin yenidən, daha dərindən öyrənilməsi və Azərbaycan cəmiyyətinə təqdim olunması işinə töhfəsini verməlidir".

Bugünkü toplatının bir müddət öncə Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı Mədəniyyət Nazirliyində təşkil olunmuş müzakirənin davamı olduğunu xatırladan akademik İsa Həbibbəyli bu kimi müzakirənin milli dövlətçilik strategiyasının, Azərbaycan dövlətçiliyinin tarixi ənənələrinin, dahi şəxsiyyətlərimizin dərindən araşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu söyləyib.

AMEA-nın prezidenti dövlətçilik ənənələrimizin xalqımıza düzgün və dolğun şəkildə təqdim olunmasının son dərəcə zəruri olduğunu vurğulayaraq, bu vəzifənin yerinə yetirilməsində hər kəsi məsuliyyətli olmağa çağırıb.

Sonra mədəniyyət naziri Adil Kərimli çıxış edərək iki qurum arasında uğurlu əməkdaşlığın inkişafında, eləcə də milli dəyərlərin təbliğ edilməsində alim və mütəxəssislərin xüsusi rolu olduğunu vurğulayıb. Azərbaycan tarixi ilə bağlı filmlərin çəkilməsi, ssenarilərin yazılmasında alim və ziyalılarımızın mövqeyi, yanaşması və təhlillərinin vacibliyini nəzərə çatdırıb.

“Elm və təhsilə əsaslanan mədəniyyət siyasətinin həyata keçirilməsi Azərbaycanın mədəniyyət strategiyasının əsas hədəfidir. Biz bu xətti əsas götürərək bütün fəaliyyətimizdə elm və təhsil adamlarına üz tutur, onların dəstəyinə ehtiyac duyuruq”, - deyə nazir əlavə edib. O, Azərbaycan tarixinin qədim kökləri ilə bağlı araşdırmaların aparılması və əldə olunan nəticələrin geniş şəkildə ictimailəşdirilməsinə böyük ehtiyacın olduğunu qeyd edərək, bu məqsədlə silsilə filmlərin çəkilməsini, onların xarici ölkələrdə də nümayiş etdirilməsinin məqsədəuyğun olduğunu deyib. Adil Kərimli alim və ziyalılarımızın obyektiv həqiqətlərin müəyyən edilməsində, tarixi faktların, sübutların aşkar edilməsində rolunu xüsusi vurğulayıb, məhz bu səbəbdən Azərbaycan elmi ictimaiyyətinə müraciət edildiyini bildirib.

Daha sonra tarix elmləri doktoru Həsən Həsənov Atropatena adlı dövlətin nə zaman və hansı tarixi şəraitdə yaranması barədə geniş məruzə ilə çıxış edib. O, Atropatena dövlətinin tarixinə dair qənaətləri barədə məlumat verərək bildirib ki, Atropatena ölkəsinin adı müasir Azərbaycan anlayışının fonetik versiyasıdır.

Məruzəçi akademik İqrar Əliyevin 7 cildlik "Azərbaycan tarixi" kitabından bəzi istinadları da səsləndirib: "Bu nəşdrə Strabona istinadən deyilir ki, Azərbaycan adlı dövlət e.ə. 321-ci ildə Makedoniyalı İskəndərin imperiyası dağılarkən yaranıb. Bu mövqe əvvəlki nəşrlərdə də əksini tapmışdır. Apardığım tədqiqatlar əsas verir ki, Strabonun bu məlumatı Atropatena adlı dövlətin yaranması deyil, onun müstəqilliyinin bərpası kimi dəyərləndirilməlidir".

O, həmçinin bir çox tanınmış tarixçilərin "Atropatena" və "Adorbayqan" adlı ölkələrin yaranma tarixi ilə bağlı irəli sürdüyü bəzi tarixi faktları da toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov Azərbaycanın qədim dövr tarixinə dair məruzəsini təqdim edib. Alim Azərbaycanın tarixi dövrlərinin qrafik təsvirlərini, qədim dövr xəritələrini və tarixi mənbələri təqdim edib, eyni zamanda, Atropatenanın tarixinin tarixşünaslığı haqqında fikirlərini bölüşüb.

Azərbaycan tarixşünaslığının öyrənilməsinin müasir dövrdə ən əhəmiyyətli məsələlərdən olduğunu deyən professor qədim dövr tariximizin hərtərəfli tədqiq edilməsi üçün öncə tarix nəzəriyyələri və müasir konsepsiyaların nəzərdən keçirilməsinin, bu istiqamətdə geniş diskussiyaların aparılmasının vacibliyini önə çəkib, Atropatena dövləti ilə əlaqədar fərqli bir versiyanı irəli sürüb.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı isə öz çıxışında bildirib ki, bu prosesdə Tarix və Etnologiya İnstitutunun üzərinə ciddi vəzifələr və böyük məsuliyyət düşür: "Tarixi mənbələr daha dərindən öyrənilməli, elmi ədəbiyyata, xüsusən tarixçilərin ciddi elmi maraq doğuran əsərlərinə müraciət olunnmalıdır".

Sonda tarixçi alimlərin Atropatena/Adorbayqan dövləti ilə bağlı fikir və mülahizələrinə dair geniş müzakirələr aparılıb, suallar səsləndirilib. Mövzu ətrafında danışan tərəflərin yekdil şəkildə Atropatena dövlətinin Azərbaycan dövlətçilik tarixinin əsas təməllərindən biri olduğunu bəyan etmələri müsbət hal kimi qeyd edilib.

Akademik İsa Həbibbəyli müxtəlif baxışlar və arqumentlərin irəli sürüldüyü diskussiyaların elmi cəhətdən son dərəcə əhəmiyyətli olduğunu söyləyib. Tədbirin qədim tariximizə dair silsilə filmlərin çəkilməsi istiqamətində ortaq mövqelərin formalaşdırılması və konkret addımların atılması baxımından səmərəli nəticələrlə yadda qaldığını deyib.

Müzakirələr bundan sonra da davam etdiriləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər