Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Latviya sahibkarları ilə “Caspian Energy Club” nümayəndələri arasında görüş keçirilib

®  Latviya sahibkarları ilə “Caspian Energy Club” nümayəndələri arasında görüş keçirilib

“Caspian Energy Club”ın təşkilatçılığı və Latviyanın biznes nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilib.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Dəyirmi masada Latviya səfirliyinin, Latviya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti, “Caspian Energy Club”ın nümayəndə heyəti, Dövlət Gömrük Komitəsinin nümayəndələri, “Caspian Energy Club”a üzv olan və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin top-menecerləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə salamlama nitqi ilə çıxış edən “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Latviyanın Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirib.

“Mən Azərbaycan və Latviya şirkətləri arasında açıq dialoq qurulması üçün səylərini əsirgəməyən və bizə dəstək göstərən Latviyanın Azərbaycandakı səfiri Edqars Skuyaya dərin təşəkkürümü bildirirəm. Son illər iki ölkə arasında olan biznes maraqları daha da artır və bu təşəbbüslər hər iki tərəfdən olduğu üçün əməkdaşlıq templəri sürətlənir və miqyası böyüyür”, - T.Əliyev qeyd edib.

“European Union Central Baltic” proqramı tərəfindən yaradılmış “LEF Network Azerbaijan” layihəsi haqqında danışan “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev layihənin yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahələrinə verəcək töhfəsindən bəhs edib.

“Sizə bugünkü tədbirin təşkilinə və ümumilikdə iki ölkənin özəl sektoru arasındakı dialoqun təşviqinə görə dərin təşəkkürümü bildirirəm. Bu görüş sayəsində bu gün biz işgüzar dairələrimizin nümayəndələrinin verdiyi suallara savadlı, peşəkar cavablar ala bildik. Ölkələrimizin ixrac, idxal, yeni texnologiyalar sahəsində geniş və müsbət təcrübəsi var. Hesab edirəm ki, əməkdaşlığı daha da genişləndirə biləcəyimiz sahələr hələ də var”, - deyə Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya qeyd edib və “Caspian Energy Club”ın Latviyanın uzunmüddətli və güvənli tərəfdaşına çevrildiyini, tədbirin isə Azərbaycan və Latviya üçün xüsusi əhəmiyyətini vurğulayıb.

“Biz iki ölkə arasındakı əməkdaşlığı genişləndirmək, Azərbaycanla Latviya arasında məhsul idxalını və ixracını artırmaq niyyətindəyik. Hesab edirəm ki, bugünkü görüş çox məhsuldar keçdi, biz bir neçə təqdimat dinlədik, iş adamlarımız faydalı məlumat əldə etdilər, həm Azərbaycanın Dövlət Gömrük Komitəsi, həm də özəl sektorun nümayəndələri ilə işgüzar ünsiyyət qurdular”, - deyə Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Raivis Kronberqs deyib. Gələcək layihələrdən danışan dövlət katibi Azərbaycanın və Latviyanın Kənd Təsərrüfatı nazirlikləri arasında yaxın vaxtlarda imzalanacaq əməkdaşlıq memorandumu layihəsi haqqında məlumat verib.

Dəyirmi masada “Caspian Energy Club”ın nümayəndə heyəti, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, “Caspian Energy Club”ın sədrinin birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov, “Caspian Energy Club İnternational”ın idarəedici direktoru Günel Quliyeva, “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü Rəşad Abasov, Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə, Daxilomalara Nəzarət Baş İdarəsindən Gömrük dəyərinin metodologiya şöbəsinin rəisi Rəşad Salmanov, Gömrük Riskləri İdarəsindən Gömrük risklərinin müəyyən edilməsi şöbəsinin böyük inspektoru Günəş Hacıyeva, “Caspian Energy Club”ın Gömrük Komitəsinin rəhbəri Bahəddin Mirzə, “Prime Financial Services”in direktoru Anar Əliyev; Latviya səfirliyindən nümayəndə heyəti, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, Missiya rəhbərinin müavini Viya Busa, İqtisadi məsələlər üzrə müşavir Elmira Mirzəyeva; Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti, dövlət katibi Raivis Kronberqs, nazir müşaviri Romans Naudinş, nazir köməkçisi Anjelika Lazdina, ictimaiyyətlə əlaqələr departamentinin nümayəndəsi Oskars Balodis iştirak ediblər.

Görüşdə, həmçinin SIA “Rēzeknes”, SIA “Cēsu”, SIA “Gaļas nams- Ādaži”, SIA “Kurzemes”, SIA “Kurzemes”, AS “Ķekava Foods”, Latviya Quşçuluq Assosiasiyası, VAKS İctimai Təşkilatı, AS “Smiltenes”, AS “Smiltenes” kimi şirkətlərin nümayəndələri qonaqlar siyahısında yer alıblar.

İclas malların ƏDV-dən azad edilməsi imkanları, ixrac və idxal haqqında Azərbaycanın qanunvericilik aktları, gömrük qanunvericiliyi, gömrük məcəlləsinin müddəaları, nəqliyyat, logistika, yük daşımaların sürətləndirilməsi, Azərbaycanın sərhəd-keçid məntəqələrindən tranzitin sürətləndirilməsi istiqamətində atdığı addımlar, rüsumlar və s. kimi mövzuları əhatə edən sual-cavab sessiyası ilə davam edib.

Görüşün sonunda “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Raivis Kronberqsə təşəkkürnamə sertifikatı təqdim edib. Daha sonra qeyri-rəsmi formatda davam edən hissədə iştirakçılara bir-birini daha yaxından tanımaq, söhbət etmək və fikir mübadiləsi aparmaq imkanı yaradılıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər