Bir ay ərzində Yaponiyaya üç milyon turist səfər edib
Bakı, 16 may, AZƏRTAC
Aprel ayında Yaponiyaya üç milyondan çox turist gəlib. Bu, son iki ay üçün rekord göstəricidir.
AZƏRTAC xəbər verir ki, Yaponiya Milli Turist Təşkilatının (JNTO) məlumatına görə, işlə bağlı və ya istirahət etmək üçün ölkəyə gələn əcnəbi turistlərin sayı aprel ayında 3,04 milyon nəfərə çatıb.
Milli valyuta olan yenin 34 illik minimuma qədər ucuzlaşması Yaponiyaya gələn turistlərin artmasına gətirib çıxarıb. Cari ilin nəticələrinə görə, bu göstəricinin 2019-cu ilin rekordu olan 31,9 milyonu ötüb keçəcəyi gözlənilir.
Turizm sənayesinin inkişafı yapon iqtisadiyyatına müsbət təsir edir. Lakin yerli sakinlər turistləri nalayiq davranışda təqsirləndirir. Son aylarda zibil və qanunsuz parklanmaya görə şikayətlər artıb, Fuji dağındakı foto çəkmək üçün zonada maneələr quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]