“Azərkosmos” rəsmisi: Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində sınaqlar uğurla baş tutub
Bakı, 16 may, AZƏRTAC
"Azərkosmos"un İdarə Heyətinin sədr müavini Fuad Aslanov “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Redefining connectivity: future-ready networks architecture” (“Bağlantıların yenidən müəyyən edilməsi: gələcəyin şəbəkə arxitekturası”) sessiyasında çıxış edib.
AZƏRTAC xəbər verir ki, Fuad Aslanov təqdimatında "Azərkosmos"un nailiyyətləri, ümumi peyk kommunikasiyasına baxış, telekom peyklərinin imkanları ilə dənizdə, havada, ucqar ərazilərdə internetin verilməsi, böhran vəziyyətlərində mobil operatorlara şəbəkənin peyk vasitəsilə verilməsi haqqında danışıb. O qeyd edib ki, Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində sınaqlar uğurla baş tutub. O cümlədən, gələcəyin trendi olan “D2D” (birbaşa-cihaza) texnologiyası barədə məlumat verməklə onun peyklər üçün uzaq ərazilər və ya fövqəladə hallar zamanı birbaşa smartfon və ya planşet kimi istifadəçi cihazlar ilə əlaqə saxlanılmasının ideal olmasını bildirib.
“Azərkosmos” rəsmisi qeyd edib ki, Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində sınaqlar uğurla baş tutub.
Həmçinin bu il “GSMA M360 Eurasia 2024” konfransında “Microsoft”, “Google”, “Amazon Web Services”, “World Bank”, “Beeline”, “Vodafone Group”, “Turkcell”, “East Telecom” kimi beynəlxalq şirkətlər iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]