Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA FEDERAL MƏCLİSİ FEDERASİYA ŞURASININ SƏDRİ SERGEY MİRONOVUN AZƏRBAYCANA SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA

Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov başda olmaqla Federasiya Şurasının nümayəndə heyəti mayın 23-də gecə Bakıya gəlmişdir. 

Binə hava limanında RF Federal Məclisi Federasiya Şurasının sədrini və onu müşayiət edən şəxsləri Milli Məclisin sədri Murtuz Ələsgərov, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Gövhər Baxşəliyeva, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov, digər rəsmi şəxslər qarşıladılar.

Sergey Mironov jurnalistlərin suallarına cavab verərək dedi ki, onun ölkəmizə səfərindən başlıca məqsəd parlamentlərarası əlaqələri genişləndirmək, habelə qarşılıqlı maraq doğuran bəzi digər məsələləri müzakirə etməkdir. O vurguladı ki, MDB Ölkələri Parlamentlərarası Assambleyasının sədri olaraq, Birlik dövlətləri arasındakı mövcud mühüm problemləri müzakirə etməyi özünə borc bilir.

BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun başçılığı ilə ölkəmizdə səfərdə olan Federasiya Şurası nümayəndə heyəti mayın 24-də Bakı Slavyan Universitetinin professor-müəllim heyəti ilə görüşmüşdür.

Universitetin rektoru professor Kamal Abdulla Sergey Mironova Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilməsi haqqında Elmi şuranın qərarını oxudu və fəxri doktor diplomunu ona təqdim etdi. Sergey Mironov bu fəxri ada Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına şəxsi töhfəsinə görə layiq görülmüşdür. Rektor dövlətlərimiz arasında dostluq əlaqələrinin inkişafının keyfiyyətcə yeni səviyyəyə çatmasında və onun dönməz xarakter almasında prezidentlər - Heydər Əliyevin və Vladimir Putinin çox böyük səylərini xüsusi vurğuladı.

Cənab Seygey Mironov ona göstərilən bu şərəfə görə minnətdarlığını bildirirərək dedi ki, Vladimir Putin Rusiyada hakimiyyətə gəldikdən sonra yaxşılığa doğru dəyişikliklər baş vermiş, Azərbaycan ilə Rusiya arasında münasibətlər daha dinamik inkişaf etməyə başlamışdır.

Mərasimin sonunda Sergey Mironov universitetin rəhbərliyinə kitablar təqdim etdi. Rektor Kamal Abdullayev isə qonağa dörd cildlik “Rusca-azərbaycanca lüğət” hədiyyə etdi.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə. Rusiyanın Bakıdakı səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRBAYCANIN DİNİ İCMALARININ BAŞÇILARI İLƏ GÖRÜŞ

Elə həmin gün Rusiya parlamenti yuxarı palatasının sədri Sergey Mironov Azərbaycanın dini icmalarının başçıları ilə görüşmüşdür.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə hörmətli qonağı salamlayaraq bildirdi ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin səfərləri kimi, Sergey Mironovun bu səfəri də xalqlarımız arasında əlaqələrin yaxşılaşmasına və genişlənməsinə kömək edəcəkdir. Sovet İttifaqı dağılsa da, mənəvi körpülər dağılmamışdır.

Bakı və Xəzər bölgəsi yepiskopu Aleksandr ata və dağ yəhudiləri dini icmasının başçısı Semyon İxiilov da Federasiya Şurası sədrini salamladılar.

Hacı Allahşükür Paşazadə qonağa müqəddəs Quranın beş cildlik izahlı nəşrini hədiyyə etdi.

Sergey Mironov səmimi görüşdən məmnunluğunu bildirərək, din xadimləri arasında münasibətlərin inkişafının zəruriliyini və bunun xalqların yaxınlaşmasına kömək etdiyini vurğuladı.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə. Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər iştirak edirdilər.

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov və onu müşayiət edən şəxslər mayın 24-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Azərbaycan övladlarının xatirəsini ehtiramla andılar.

Rusiya Federasiya Şurasının sədri “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu və Şəhidlər xiyabanının fəxri qonaqları kitabına ürək sözlərini yazdı: “Siyasətçilərin səhvlərinə görə öz ölkəsinin günahsız vətəndaşlarının güdaza getməsi dəhşətli bir haldır. Azərbaycan xalqı ilə birlikdə kədərlənirəm”.

Mərasimdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Rusiyanın Bakıdakı səfiri Nikolay Ryabov, digər rəsmi şəxslər iştirak edirdilər.

MİLLİ MƏCLİSİN SƏDRİ İLƏ GÖRÜŞ

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov başda olmaqla Federasiya Şurasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Milli Məclisin sədri Murtuz Ələsgərov ilə görüşmüşdür.

Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Sergey Mironovun Azərbaycana səfəri Milli Məclis ilə Rusiya Federasiya Şurası arasında əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəkdir. O, MDB Ölkələri Parlamentlərarası Assambleyası çərçivəsində əlaqələrin genişləndirilməsi məsələlərindən də ətraflı danışdı.

Sergey Mironov Azərbaycana dəvətə görə Murtuz Ələsgərova təşəkkür edərək nəzərə çarpdırdı ki, indi Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. O, dostluq əlaqələrinin möhkəmlənməsində iki ölkənin dövlət başçılarının xidmətlərini xüsusi vurğuladı və əmin olduğunu bildirdi ki, onların bu nəcib işdə fəaliyyəti davam edəcək və öz bəhrəsini verəcəkdir.

Federasiya Şurasının sədri başçılıq etdiyi MDB Ölkələri Parlamentlərarası Assambleyası çərçivəsində Birlik dövlətlərinin parlament üzvləri arasında əlaqələrin genişləndirilməsindən də bəhs etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində müfəssəl fikir mübadiləsi aparıldı.

Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Gövhər Baxşəliyeva, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov, digər rəsmi şəxslər görüşdə iştirak edirdilər.

X X X

Görüşdən sonra Rusiya Federasiya Şurasının sədri və onu müşayiət edən şəxslər Milli Məclis muzeyinin eksponatları ilə tanış oldular.

Muzeylə tanışlıq zamanı Sergey Mironov jurnalistlərin suallarına cavab verdi. O, Milli Məclisin sədri ilə görüşünün nəticələrindən danışaraq bildirdi ki, Azərbaycan parlamentinin sədri MDB Parlamentlərarası Asambleyasının bazasında yaxın gələcəkdə dörd Qafqaz ölkəsi parlamentləri rəhbərlərinin görüşünü keçirmək barədə onun təşəbbüsünə prinsipial razılıq verdi. Dörd Qafqaz ölkəsi parlamentləri sədrlərinin Parlamentlərarası Assambleyadakı indiki formatından fərqli olaraq, bu, başqa bir görüş olacaq və burada ancaq dörd spiker görüşəcəkdir. O, öz təklifini “Cənubi Qafqaz təşəbbüsü” anlandıraraq dedi ki, həmin görüşdən sonra Cənubi Qafqaz dövlətlərindən hər birinin paytaxtında onların görüşləri planlaşdırılır. Sergey Mironov vurğuladı ki, bu görüşlərin gedişində parlament üzvləri Azərbaycanla Ermənistan, habelə Rusiya ilə Gürcüstan arasındakı problemlərin tənzimlənməsinə öz töhfəsini verə biləcəklər.

MİLLİ MƏCLİSİN DEPUTATLARI İLƏ GÖRÜŞ

Elə həmin gün Rusiya Federasiya Şurasının sədri Sergey Mironov Milli Məclisin ümumi iclası zamanı deputatlarla görüşmüşdür.

Milli Məclisin sədri Murtuz Ələsgərov iclası açaraq, deputatları Sergey Mironovun tərcümeyi-halı ilə tanış etdi. O bildirdi ki, S.Mironov 2001-ci il dekabrın 5-də Rusiya Federal Məclisi Federasiya Şurasının sədri seçilmişdir.

Parlamentin sədri Azərbaycan-Rusiya münasibətlərinin inkişafından danışaraq dedi ki, ölkələrimiz arasındakı əlaqələrin kökü yüzilliklərə gedib çıxır. Ötən əsrdə xalqlarımız çiyin-çiyinə yaşayıb-yaratmış, çətinlikləri birlikdə aradan qaldırmış və bayramları bərabər keçirmişlər. Rusiya və Azərbaycan dövlət müstəqilliklərini elan etdikdən sonra münasibətlərimiz qarşılıqlı anlaşma və sıx əməkdaşlıq prinsipləri əsasında keyfiyyətcə yeni səviyyəyə çatmışdır. İkitərəfli əlaqələrin möhkəmlənməsində dövlət başçılarının görüşləri böyük rol oynayır. Sevindirici haldır ki, ölkələrimizin möhtərəm prezidentləri Heydər Əliyev və Vladimir Putin arasında yaranmış dostluq münasibətləri Rusiya və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına kömək edərək, ölkələrimizin hərtərəfli inkişafına təminat verir. Bu baxımdan Vladimir Putinin yeni yüzillikdə xarici səfəri - 2001-ci ilin yanvarında Azərbaycana səfəri - xüsusi diqqətə layiqdir. Onun səfər zamanı Azərbaycan parlamentində çıxışı cəmiyyətimizdə olduqca müsbət əks-səda doğurmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin ötən ilin yanvarında Rusiyaya dövlət səfəri də ikitərəfli münasibətlərin inkişafnda eyni dərəcədə əhəmiyyətli rol oynamışdır. Onun Rusiya rəhbəri ilə görüşləri zamanı ikitərəfli münasibətlərin başlıca istiqamətləri müzakirə olunmuş və bir sıra mühüm dövlətlərarası və hökumətlərarası sazişlər imzalanmışdır.

Sonra Murtuz Ələsgərov parlamentlərarası əlaqələrin inkişafı perspektivlərindən danışaraq, MDB Ölkələri Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı. Bildirdi ki, son illər müxtəlif səviyyəli parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olmuş, Rusiya Federasiyası Federal Məclisinin hər iki palatasının sədrləri Azərbaycana rəsmi səfərə gəlmişlər.

Milli Məclisin sədri Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi, sosial-iqtisadi və hüquqi islahatlar barədə də Seygey Mironova məlumat verdi. O bildirdi ki, Ermənistanın ölkəmizə təcavüzü demokratik dəyişikliklərin həyata keçirilməsinə və regionumuzda sülhün və sabitliyin bərqərar edilməsinə ciddi əngəl törədir. Azərbaycan həmişəki kimi, münaqişənin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normaları və prinsipləri əsasında - dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.

X X X

Sonra Rusiya Federasiya Şurasının sədri Sergey Mironov Milli Məclisin deputatları qarşısında çıxış etdi. O, Azərbaycana dəvətə görə Murtuz Ələsgərova təşəkkürünü bildirərək, Federasiya Şurasından olan həmkarlarının xoş arzularını Azərbaycan parlamentinin üzvlərinə yetirdi.

Federasiya Şurasının sədri Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətinə toxunaraq, belə bir faktı xüsusi vurğuladı ki, ölkələrimiz arasında siyasi dialoq yüksək və sabit səviyyədə davam edir. Sergey Mironov dedi: “Cənubi Qafqaz Rusiya üçün onun xarici siyasətinin öncül istiqamətlərindən biridir. Azərbaycan regionda, şübhəsiz, mühüm rol oynayır. Siyasi məntiq belədir”.

Sonra Sergey Mironov Rusiya ilə Azərbaycan arasında iqtisadi, mədəni əməkdaşlığın böyük əhəmiyyətindən ətraflı danışaraq, Rusiya Federasiyası subyektlərinin ölkəmizlə birbaşa əməkdaşlığının vacibliyini xüsusi vurğuladı. O, yanacaq-energetika kompleksi məsələlərində əməkdaşlığı da gücləndirməyə çağırdı.

Rusiya Federasiya Şurasının sədri Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması məsələlərinə də toxundu. O bildirdi ki, Azərbaycan parlameninin sədri yaxın vaxtlarda Sankt-Peterburqda MDB Ölkələri Parlamentlərarası Assambleyasının bazasında dörd Qafqaz ölkəsi parlamentləri rəhbərlərinin görüşünü keçirmək barədə onun təşəbbüsü ilə prinsipcə razılaşmışdır. O, öz təklifini “Cənubi Qafqaz təşəbbüsü” adlandıraraq dedi ki, həmin görüşdən sonra Cənubi Qafqaz dövlətlərinin hər birinin paytaxtında görüşlər keçirmək nəzərdə tutulur.

Sergey Mironov bildirdi ki, Rusiya parlamentinin üzvləri mədəniyyət sahəsində qarşılıqlı əlaqələrə dövlətlərarası münasibətlərin mühüm cəhəti kimi xüsusi əhəmiyyət verirlər. Xaricdə Rusiya Federasiyasının mədəniyyət günlərinin keçirilməsi Rusiya qanunvericilik orqanının üzvlərində həqiqi sevinc doğurur. Azərbaycanda bu il Rusiya mədəniyyəti günləri Respublika Prezidenti Heydər Əliyevin iştirakı ilə keçirilmişdir. Federasiya Şurasının sədri ümid etdiyini söylədi ki, respublikanın təxminən bir milyon vətəndaşının rus dilini doğma dili kimi bilməsi nəzərə alınaraq, onun indiki səviyyəsinin saxlanması məqsədi ilə tədbirlər görüləcəkdir.

X X X

Rusiya Federasiya Şurasının sədri Sergey Mironovun çıxışı diqqətlə dinlənildi və gurultulu alqışlarla qarşılandı.

X X X

GƏNCƏYƏ SƏFƏR

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov başda olmaqla nümayəndə heyəti Gəncəyə getmişdir.

Binə hava limanında hörmətli qonaqları Milli Məclisin sədri Murtuz Ələsgərov, Parlament sədrinin birinci müavini Arif Rəhimzadə, Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov, digər rəsmi şəxslər yola saldılar.

Sergey Mironov jurnalistlərin suallarına cavab verərək, səfərin yekunlarını, habelə Azərbaycan Prezidenti Heydər Əliyevlə və Milli Məclisdə keçirdiyi görüşləri yüksək qiymətləndirdi.

X X X

X X X

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov mayın 24-də Gəncəyə gəlmişdir. Hava limanında hörmətli qonağı və onu müşayiət edən rəsmi şəxsləri milli geyimli qızlar şərbətlə qaşıladılar. Şəhər icra hakimiyyətinin başçısı Eyvaz Babayev Gəncənin rəhbər orqanlarının nümayəndələrini qonağa təqdim etdi.

Sonra Sergey Mironov və onu müşayiət edən qonaqlar dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər, abidənin önünə əklil qoydular. S.Mironov məqbərənin xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra Sergey Mironov vaxtilə xidmət etdiyi “N” hərbi hissəsinə yollandı. O, hissənin şəxsi heyəti ilə görüşdü. Əsgərlərin həyat şəraiti ilə maraqlandı, Gəncədə keçdiyi iki illik hərbi xidmət dövrünün təəssüratlarından danışdı. Sonra o, əsgərlərlə şam etdi.

“Gəncədə iki illik hərbi xidmət dövrü həyatınızda hansı rol oynamışdır” sualının cavabında Sergey Mironov dedi ki, mən həmin illəri heç vaxt unutmaram. Çünki mən burada böyük həyat yolu keçdim və bu, mənim sonrakı taleyimdə həlledici rol oynadı.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri həmin gün Gəncə hava limanından vətənə yola düşdü. Hörmətli qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Arif Rəhimzadə, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC Foto Namiq Məmmədovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək