RUSİYA VƏ ABŞ PREZİDENTLƏRİNİN GÖRÜŞÜNDƏ MÜNAQİŞƏLƏRİN HƏLLİ MƏSƏLƏSİ ƏSAS MÖVZULARDAN OLACAQ
Rusiyanın xarici işlər naziri İqor İvanovun mayın 3-də Ağ evdə və Dövlət Departamentində apardığı danışıqlardan sonra ABŞ və Rusiya prezidentlərinin görüşünün çərçivələri daha da aydınlaşmışdır. Dövlət katibi Kolin Pauell və nazir İvanov birgə mətbuat konfransında üç həftədən sonra keçiriləcək Buş-Putin görüşünün gündəliyi ilə bağlı irəliləyişi məmnunluqla vurğulamışlar.
Münaqişələrin həlli məsələsi prezidentlərin danışıqlarında əsas yerlərdən birini tutacaqdır. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk qrupu çərçivəsində birgə işləyən Rusiya və ABŞ yəqin ki, bu problemin müzakirəsindən yan keçməyəcəklər. Lakin bunun hansı formada olacağı hələ dəqiqləşdirilir. Minsk qrupu çərçivəsində iki ölkənin apardığı işdən ABŞ razıdır. Bunu senatın təxsisatlar komitəsində çıxış edən dövlət katibi Pauell də bildirmişdir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Qafqaz layihəsinin direktoru, bölgəyə səfərdən yenicə qayıdan Zeyno Baran mayın 3-də ABŞ dövlət agentlikləri nümayəndələri üçün keçirdiyi mətbuat konfransında demişdir ki, Ermənistanda qarşıdan gələn seçkiləri nəzərə alan Robert Koçaryan məğlubiyyət qorxusundan Dağlıq Qarabağa dair danışıqlarda ciddi addımlar atmaqdan çəkinir. Azərbaycanın isə güzəştə getməsinə heç bir səbəb yoxdur.
Rəsmi Vaşinqtonun Buş-Putin sammitində deyəcəyi söz bundan əvvəl Praqada Minsk qrupu həmsədrləri ilə Azərbaycan və Ermənistan prezidentlərinin yeni təyin etdikləri şəxsi nümayəndələri arasında keçiriləcək görüşdən asılıdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [18:23]
Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib VİDEO
- 13.05.2025 [17:35]
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
- 13.05.2025 [14:38]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
“Praqa Baharı” musiqi festivalı yenidən qapılarını qonaqlara açıb
- 13.05.2025 [23:41]
Ukrayna Silahlı Qüvvələri: Cənub regionlarında qızğın döyüş gedir
- 13.05.2025 [22:33]
Tramp Suriya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb
- 13.05.2025 [21:36]
Kanadanın Baş naziri hökumətin yeni tərkibini formalaşdırıb
- 13.05.2025 [21:13]
Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb
- 13.05.2025 [20:56]
İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 13.05.2025 [20:08]
Tramp Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti ilə görüşəcək
- 13.05.2025 [20:05]
ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dəyərində silah satacaq
- 13.05.2025 [19:40]
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ADPU-da olub
- 13.05.2025 [19:01]
DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb
- 13.05.2025 [18:56]