İDMAN
Rusiyalı baş məşqçi: Avropa Oyunlarında qitənin ən güclü samboçuları mübarizə aparırdılar
Bakı, 23 iyun, AZƏRTAC
Sambo üzrə Rusiya yığmasının baş məşqçisi Dmitri Troşkin yetirmələrinin Avropa Oyunlarındakı çıxışını yüksək dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, “R-Sport” idman agentliyinə müsahibəsində D.Troşkin Rusiya samboçularının Bakıdakı çıxışına “əla” qiymət verərək deyib ki, atletlərin hamısı Bakıda medal qazandı. O, Avropa Oyunlarında qitənin ən güclü samboçularının mübarizə apardığını qeyd edib: “Bizim yarımfinalda uduzan samboçularımız ən güclü rəqiblərinə məğlub oldular. Amma onların üçü də çıxışlarını davam etdirərək bürünc medal qazana bildilər. Qalib gəlmək çox çətin idi - çünki Avropa Oyunları kimi ciddi turnirdə təbii ki, qitənin ən güclü samboçuları mübarizə aparırdılar”.
Məqalənin tam mətnini
http://www.sovsport.ru/news/text-item/817131 linkindən oxumaq olar.