Rusiyalı pilot: Bakı trassı çox yüksək qiymətə layiqdir
Bakı, 22 aprel, AZƏRTAC
“Toro Rosso” komandasının rusiyalı pilotu Daniil Kvyat Bakıda keçiriləcək qarşıdakı Formula 1 yürüşü ilə bağlı düşüncələrini bölüşüb.
AZƏRTAC xəbər verir ki, pilot Bakı trassının çox yüksək qiymətə layiq olduğunu deyib. O, bunun səbəbini burada qarşıya çıxan müxtəlif vəzifələr və yürüşün olduqca maraqlı olması ilə əlaqələndirib. Pilotun sözlərinə görə, bu trass uzundur, çoxlu düz yola, döngələrə malikdir və bütün bunlar yürüşçülərə yaxşı imkanlar yaradır. Kvyat əlavə edib ki, trasda ən maraqlı olan yol örtüyünün bilavasitə yaxınlığında yerləşən və adrenalin hasil olunmasını artıran ətrafdakı divarlardır.
Rusiyalı pilot F1i saytına deyib: “Bu, çox tələbkar trekdir. Siz digər küçə treklərində olduğundan bir qədər daha az sıxma gücü ilə işləməli olursunuz. Əyləcdən istifadəyə, xüsusən uzun düz yol startından sonra yüksək sürətlə ilk döngəyə yaxınlaşdıqda böyük tələbat yaranır. Siz əyləcə basmaq nöqtələrini seçərkən çox diqqətli olmalısınız”.
Kvyat mövsümün üç yürüşündən sonra topladığı 1 xalla pilotların ümumi hesabında 15-ci yeri tutur.
Azərbaycan Qran-Prisi aprelin 26-28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]
Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb
- 13.10.2026 [10:03]
“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq
- 13.10.2026 [02:21]
“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]