REGİONLAR
Saatlıda qızlar arasında keçirilən basketbol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Saatlı, 2 mart, Aydın Yavərzadə, AZƏRTAC
Saatlıda “İdman həftəsi” ilə bağlı silsilə tədbirlər davam etdirilir. Proqrama uyğun olaraq qızlar arasında basketbol üzrə rayon birinciliyi keçirilib.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi tərəfindən 27 fevral-5 mart tarixlərində ölkə ərazisində “İdman həftəsi” keçirilir. “İdman həftəsi” ilə əlaqədar olaraq Saatlı rayon Gənclər və İdman İdarəsi tərəfindən bir sıra idman tədbirləri gerçəkləşib. Bu məqsədlə idarə tərəfindən tədbirlər planı təsdiq edilib və tərtib olunan tədbirlər planına əsasən, rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə basketbol üzrə yeniyetmələr arasında (qızlar) rayon birinciliyi keçirilib. İki gün davam edən yarışda 10-a yaxın komanda iştirak edib.
Birinci yerdə V.Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəb, ikinci yerdə O.Mirzəyev adına Şirinbəyli kənd tam orta məktəb, üçüncü yerdə isə M.Mehbalıyev adına Nərimanov kənd tam orta məktəbini təmsil edən komandalar qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:47]
Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub
- 28.06.2024 [18:19]
Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 28.06.2024 [17:52]
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb
- 28.06.2024 [17:42]
Sədərək rayonunda taxıl sahəsi yanıb
- 28.06.2024 [17:27]