CƏMİYYƏT
® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17195878484827260356_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/171958784846128069_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878483462940260_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878481363213050_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878482615116038_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719587848462644907_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878482084546644_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878481576059983_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878485612927776_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878483709520293_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719587848454621618_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878484557553647_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878482209537029_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195878485495019031_1200x630.jpg)
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Azərbaycan Toksikoloqlar Dərnəyinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə toksikologiya üzrə “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, simpoziumun rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və Komitənin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov çıxış ediblər.
Ceyhun Məmmədov Azərbaycanda zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması kimi problemin aktual olduğunu qeyd edərək, 30 il işğal altında olan torpaqların baxımsız qaldığını, yaşayış olmadığını vurğulayıb, hazırda orada quruculuq işlərinin aparılmasından, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalarından danışıb, bununla əlaqədar həmin regionlarda xüsusilə də yay aylarında ilanların, hörümçəklərin, əqrəblərin, zərərli həşəratların çoxaldığını bildirib. İdarə rəisi, həmçinin bununla əlaqədar insanların maarifləndirilməsi məqsədilə çap edilmiş “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsait haqqında məlumat verib.
Ürək-damar cərrahı Rəşad Mahmudov öz növbəsində təqdim olunan metodik vəsaitin əhəmiyyətindən danışıb, bu kitabdan böyük tirajla təkcə kitabxanalarda deyil, məktəblərdə də tədrisin bir hissəsi olaraq müxtəlif formalarda istifadə edilməsinin önəmini vurğulayıb. O qeyd edib ki, hazırda ölkəmizdə bu vəsait həm ölkə vətəndaşları, həm də səhiyyə işçiləri üçün çox vacib məlumatları ehtiva edir.
Elmi simpoziumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini dosent, tibb xidməti polkovnik-leytenantı, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl Əfəndiyev “Zəhərli ilan sancmaları zamanı diaqnostika, təxirəsalınmaz yardım və müalicə əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası. İlan zəhəri əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası”, Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Leyla Fətullayeva “Əqrəblərin zəhəri ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım və müalicə” mövzularında məruzələr ediblər.
Simpozium müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə davam edib.
Elmi simpoziumda təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, terapevt, toksikoloq, allerqoloq və dermatoveneroloqlar, rezidentlər iştirak ediblər.
Tədbir Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.