İQTİSADİYYAT
Sahibkarlar apellyasiya müraciətlərini elektron formada “Elektron hökumət” portalı üzərindən edə bilərlər

Bakı, 8 may, AZƏRTAC
Sahibkarlar apellyasiya müraciətlərini elektron formada “Elektron hökumət” portalı üzərindən edə bilərlər.
Portaldan AZƏRTAC-a bildirilib ki, xidmət sahibkarların yerli icra hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarından şikayətlərin verilməsi məqsədilə yaradılıb. Xidmətdən yalnız sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər istifadə edə bilər. Xidmət qeydiyyat tələb etmir.
Daha ətraflı məlumat: https://www.e-gov.az/az/services/read/3568/
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə yaradılan Apellyasiya Şurası üzrə xidmətlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elektronlaşdırılaraq portala inteqrasiya edilib. Hazırda da bu qurum tərəfindən xidmətə texniki dəstək göstərilir.