ŞAİR AĞA LAÇINLININ ANIM GECƏSİ KEÇİRİLMİŞDİR
Bakı, 21 may (AZƏRTAC). Binə qəsəbəsində şəhid Pənah Məmmədov adına 46 nömrəli Laçın rayon orta məktəbində ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə mərhum şair, filoloq-alim Ağa Laçınlının anadan olmasının 70 illiyinə həsr olunmuş anım geçəsi keçirilmişdir.
Məktəbin direktoru Baxşeyiş Ağayev, şairin qardaşı Əli Əliyev, şair Tofiq Abdin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Museyib İlyasov, Azərbaycan Müəllimlər İnstitutunun dosenti Hidayət Tağıyev və digərləri çıxış edərək Ağa Laçınlının həyat və yaradıcılığından danışmışlar.
Bildirilmişdir ki, Ağa Laçınlı 1940-cı ildə Laçın rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini və Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir. “Ədəbiyyat və incəsənət” qəzetinin şeir şöbəsində çalışmış, Yazıçılar Birliyinin “Natəvan” klubunun müdiri olmuşdur. Ədəbi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetində dərs demiş, burada gənc poeziyasevərlər dərnəyi yaratmışdır.
İlk şeirlər kitabı “Ümid” 1966-cı ildə nəşr olunmuşdur. Sonralar “Sakitik”, “Sirli-soraqlı dağlar”, “Aşırımlar qarşısında”, “Meşə nəğməsi” kimi 15 kitabı nəşr olunmuşdur. Şeirləri müxtəlif xarici dillərə tərcümə olunmuş, özü xarici dillərdən dilimizə tərcümələr etmişdir. 1987-ci ildə Moskvada “Qorod tainstvenniy”adlı şeirlər kitabı nəşr edilmişdir. Ağa Laçınlı 2007-ci il noyabrın 25-də vəfat etmişdir.
Tədbirdə Ağa Laçınlının xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər də irəli sürülmüşdür.
Şairin oğlu, yazıçı-publisist Fəxri Uğurlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb
- 07.02.2026 [23:20]
İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB
- 07.02.2026 [22:36]
Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub
- 07.02.2026 [21:06]
Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir
- 07.02.2026 [20:59]
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub
- 07.02.2026 [20:55]
Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub
- 07.02.2026 [20:41]
Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb
- 07.02.2026 [19:36]
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb
- 07.02.2026 [19:05]
Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib
- 07.02.2026 [18:57]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.02.2026 [17:10]
“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim
- 07.02.2026 [17:01]
Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub
- 07.02.2026 [16:17]
Tərtər sakini narkotikə görə həbs olunub
- 07.02.2026 [15:48]
Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq
- 07.02.2026 [15:38]
Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır
- 07.02.2026 [15:32]
Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb
- 07.02.2026 [15:30]
Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq
- 07.02.2026 [15:24]
İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb
- 07.02.2026 [15:09]
AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib
- 07.02.2026 [14:22]
Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb
- 07.02.2026 [12:50]
Sabahın hava proqnozu açıqlanıb
- 07.02.2026 [12:44]
Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 07.02.2026 [12:38]
Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq
- 07.02.2026 [12:09]
Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib
- 07.02.2026 [12:01]
İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır
- 07.02.2026 [11:50]