Samux rayonu ərazisində 5000 ağac əkilib
Samux, 26 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
İlin əvvəlindən bəri Samux rayonunun ərazisində 5 minə yaxın ağac əkilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata, bu ilin ötən dövründə 5000-ə yaxın yeni ağac əkilib. Rayondakı küçələrin, magistral yolların kənarları, parklar və digər ərazilər əsasən çinar, şam, palıd və digər növdə yerli iqlim şəraitinə uyğun ağaclarla və dekorativ gül kolları ilə yaşıllaşdırılıb.
Ekoloji mühitin sağlamlaşdırılması, yaşıllıqların qorunub saxlanılması, onların sahəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin inkişafı məqsədilə ağacəkmə işləri davam etdirilir. İlin sonunadək daha 2000 ağac tinginin və bir o qədərdə dekorativ gül kolunun əkilməsi nəzərdə tutulub.