RƏSMİ XRONİKA
S.A.SALAHLIYA AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ DƏRƏCƏLİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ ELÇİSİ DİPLOMATİK RÜTBƏSİ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Səyyad Adil oğlu Salahlıya Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 oktyabr 2006-cı il.