İQTİSADİYYAT
Satış yarmarkaları keçirilir
Bakı, 10 mart (AZƏRTAC). Martın 10-dan Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən sahibkarlarla birlikdə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edilir.
Yarmarkalar martın 20-dək Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti; Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə; Xətai rayonu "Bakı" kinoteatrının yanı; Nərimanov rayonu Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi; Nəsimi rayonu "Təzə bazar"ın ərazisi; 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi; Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı; Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2; Qaraçuxur qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı; Yasamal rayonu Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı; Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Dəmiryol Vağzalının yanında keçiriləcəkdir.