Səbaildə obyektdə baş verən yanğınla mübarizə davam etdirilir, vətəndaşlar təxliyə olunublar – YENİLƏNİB VİDEO
Bakı, 7 avqust, AZƏRTAC
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Əlavə məlumat veriləcək.
11:37
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.