Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Səbuhi Həsənov: Muxtar respublikanın təbii sərvətləri müalicə və kurort turizmi sənayesinə yeni imkanlar açır

Naxçıvan, 25 iyun, Rauf Kəngərli, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri iqtisadiyyatın xammal bazası olmaqla yanaşı, həm də turizm potensialını formalaşdırır. Sovetlər Birliyinin tərkibində olduğumuz zaman bu potensialın qısa müddətdə gəlirgətirən subyektlərindən istifadə olunsa da, burada lazımi infrastruktur yaradılmayıb. Yalnız müstəqilliyimizin bərpasından sonra bütün ölkəmizdə olduğu kimi, qədim diyarımızda da xalqımız öz sərvətlərinin sahibi olub.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Şərq qapısı” qəzetinin şöbə müdiri, tədqiqatçı-jurnalist Səbuhi Həsənov deyib.

Naxçıvanın dünyada analogiyasına az rast gəlinən təbii sərvətlərə

malik olması bu qədim diyarın turizm cəlbediciliyini artırır

Tədqiqatçı-jurnalist qeyd edib ki, Naxçıvanın turizm-rekreasiya coğrafiyası çoxşaxəli və genişdir. Ərazidə fərqli landşaft tiplərinin və iqlim qurşaqlarının mövcudluğu, həmçinin tərkib xüsusiyyətlərinə görə dünyada analogiyasına az rast gəlinən təbii sərvətlərə malik olması bu qədim diyarın turizm cəlbediciliyini artırır. Məlumdur ki, bu gün dünya turizmi çox şaxələnib. Hər il yeni turizm trendləri ortaya çıxır və bu trendlər kütləvi marağı qoruyub saxlaya bilirsə, özlüyündə bir sahəni formalaşdırıb inkişaf etdirir. Ancaq turizmdə bir sahə də vardır ki, insanlar ona hər zaman ehtiyac duyurlar. Bu, müalicə turizmidir.

Son illərdə müalicə turizminin dünyada sürətlə inkişaf etdiyini deyən Səbuhi Həsənov bunun səbəblərini belə izah edir ki, elmi və texnoloji inkişafın müəyyən nəticələri Yer kürəsindəki təbii proseslərin nizamını pozduğundan canlı aləm getdikcə daha çox təhdidlərlə üz-üzə qalır. Bu da nəticədə, müxtəlif xəstəliklərin inkişafına və yayılmasına səbəb olur ki, məhz burada insanların müalicə almalarına, sağlamlıqlarına qovuşmalarına böyük ehtiyac yaranır. Bu gün dünyanın əksər elmi-tədqiqat institutları, tibb cəmiyyətləri də etiraf edirlər ki, müasir dövrdə xəstəliklərin və xəstə olanların sayı bundan əvvəlki onilliklərlə müqayisədə xeyli artıb. Lakin tibbin inkişafı, bu sahədəki infrastruktur və təbii potensial mənbələri dünyada bərabər yayılmadığından insanların müalicə turizmi üçün bir ölkədən digərlərinə müəyyən axını baş verir. Elə müalicə turizminin də ayrı-ayrı ölkə və regionlar üzrə inkişaf etməsinin səbəbi budur. Digər tərəfdən baxsaq, müalicə turizmi özündə istirahət amilini birləşdirsə də, burada məcburilik əsas xarakter daşıyır. Yəni bu gün istənilən insan istirahət məqsədilə hər hansı bir ölkəni seçməkdə azad olsa da, müalicə turizmində bu seçim bir qədər məhduddur. Çünki burada şəxsin əsas məqsədi müalicə almaq olduğundan o ən yaxşısını seçməlidir və bu seçimi digərləri ilə əvəz etmək o qədər də asan deyil. Məsələnin başqa bir maraqlı tərəfi isə odur ki, müalicə turizmindən yararlananlar digər turistlərlə müqayisədə getdikləri ölkədə daha çox qalırlar, yəni buna məcburdurlar. Bu isə müalicə turizmi potensialına malik ölkələrdə həm də ümumi turizm infrastrukturunu inkişaf etdirməyə ehtiyac yaradır ki, nəticədə, qazanan həmin ölkənin iqtisadiyyatı olur.

Duzdağ ağciyər xəstəliklərinin müalicəsi üçün

ideal məkandır

“Naxçıvan Muxtar Respublikası da, yuxarıda qeyd etdiyimiz kimi, mühüm turizm potensialına malik bölgələrdəndir. Muxtar respublika turizmində öndə gedən sahələrdən biri də müalicə turizmidir”, - deyən tədqiqatçı-jurnalist qeyd edib ki, fəaliyyəti 40 ildən artıq bir dövrü əhatə edən Duzdağ Fizioterapiya Mərkəzi bu sahədə ilklərdəndir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri - bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində bu məkan müstəsna rola malikdir. 1979-cu ildən insanların sağlamlıqlarının keşiyində dayanan bu müalicə ocağı ilk dövrlərdə lazımi şəraitə malik olmasa da, müstəqilliyimizin bərpasından sonrakı dövrdə, xüsusilə 2008-ci ildən burada pasiyentlər, tibbi və digər personal üçün müasir şərait yaradılıb. Hər il orta hesabla 3500-4000 pasiyentin müalicə aldığı bu mərkəzə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə kimi xarici ölkələrdən də yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün gələnlər az deyil. Duzdağa gələnlər bu gün artıq Naxçıvanın da qədim tarixi, zəngin mədəniyyəti ilə tanış olmaq imkanlarından yararlanırlar. Eyni zamanda Duzdağ təkcə müalicə məqsədli deyil, həm də Naxçıvanın qədim şəhər mədəniyyətini özündə əks etdirən tarixi obyekt kimi turistlərin diqqətini cəlb edir. Bu amil nəzərə alınaraq son illər burada Duz Muzeyi də yaradılıb. Yeri gəlmişkən muxtar respublikada publik hüquqi şəxs statusu almış ilk səhiyyə ocaqlarından biri də bu mərkəzdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla 2017-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib ki, bu da müalicə olunmaq istəyən insanların artan tələbatının ödənilməsinə yeni imkanlar açıb.

Darıdağ suyu min bir dərdin dərmanıdır

Səbuhi Həsənov vurğulayıb ki, muxtar respublikanın müalicə turizmində əhəmiyyətli rol oynayan amillərdən biri də burada müxtəlif kimyəvi tərkibə və temperatura malik çoxsaylı mineral su mənbələrinin olmasıdır. Naxçıvanda qeydə alınmış 250-dək mineral su mənbəyindən hər gün milyon litrlərlə su axır. Hələ qədim zamanlardan yerli sakinlər bu suların müalicəvi xüsusiyyətindən faydalanaraq, onlardan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə ediblər. Belə əhəmiyyətli su mənbələrindən biri də Culfa rayonun ərazisində olan Darıdağ suyudur. Bu su əzələ sistemi, sümük-oynaq, həmçinin xalq arasında “duzlaşma” adlanan xəstəliklərin müalicəsində geniş istifadə olunur. Həmçinin Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır - leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirir, onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin də müalicəsində geniş tətbiq edilir. Suyun bu cür müalicəvi xüsusiyyətləri nəzərə alınaraq hələ Sovetlər Birliyi dövründə burada Darıdağ Arsenli Su Müalicəxanası yaradılaraq fəaliyyətə başlayıb. 2005-ci ildə isə müalicəxana yenidən qurulub, xəstələrin müayinə və müalicəsi üçün burada lazımi şərait yaradılıb. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə bu səhiyyə müəssisəsinə də publik hüquqi şəxs statusu verilib. Xatırladaq ki, müalicəxanaya hər il Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Hollandiya, Qazaxıstan və digər ölkələrdən yüzlərlə insan gəlir. Artan tələbat və müasir səhiyyə xidmətlərinin tətbiqi məqsədilə 2019-cu ilin mart ayından müalicəxana üçün yeni binanın tikintisinə başlanılıb. İşlər başa çatdırıldıqdan sonra burada pasiyentlərə müasir səhiyyə xidmətləri göstəriləcək. Darıdağ Arsenli Su Müalicəxanasının müasir kompleksdə fəaliyyətə başlaması muxtar respublikada termal turizmin inkişafında yeni bir mərhələ olacaq.

Naxçıvanda dağ-kurort turizmi də inkişaf etdirilir

Muxtar respublikanın səfalı təbiətə, əlverişli iqlim qurşaqlarına malik olmasının onun bir çox bölgələrində dağ-kurort turizmi sənayesinin inkişafına şərait yaratdığını vurğulayan “Şərq qapısı” qəzetinin şöbə müdiri, tədqiqatçı-jurnalist Səbuhi Həsənov bildirib ki, 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin fəaliyyətə başlaması bu istiqamətdə ilk addımlardan olub. Kənddə ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı üçün də tədbirlər görülüb, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilib. Ağbulaqda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər davam etdirilib, Ağbulaq Xizək Mərkəzinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq ərazisində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılması dağ-kurort turizmi sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Turistlər Naxçıvan şəhərindən, təqribən, 60 kilometr məsafədəki bu turizm məkanına asfalt yolla qısa zamanda çata bilirlər. Bölgənin təmiz havası, saf suyu, ekoloji təmiz məhsulları da buranın turizm cazibədarlığını artıran amillərdəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə işlənib hazırlanmış “Türksat 6A” ilk telekommunikasiya peyki ABŞ-a göndəriləcək

Azərbaycan boksçusu: Parisdə tarix yazmaq, medal qazanmaq arzusundayam

Fərid Qayıbov ötən ay nüfuzlu beynəlxalq yarışlarda iştirak etmiş idmançılarla görüş keçirib

Baş məşqçi: Parisdə qızıl medal qazanmaq üçün daim çalışacağıq

Azərbaycan boksçusu: Tokio Olimpiadasında qazandığım bürünc medalı Parisdə qızıla çevirəcəyəm

Qırğızıstan Parlamentinin sədri Azərbaycana səfərə gəlib

"Real Madrid" Kilian Mbappenin transferini açıqlayıb

Paris Olimpiadasına lisenziya qazanmış Azərbaycan boksçuları Vətənə qayıdıblar

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Ankarada rəsmi səfərdədir

Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib YENİLƏNİB

“Qarabağ” fransalı hücumçusu ilə vidalaşıb

Azərbaycanın Müstəqillik Günü münasibətilə Brüsseldə “Suqovuşan” minifutbol turniri keçirilib VİDEO

Şuşada Beynəlxalq Sahibkarlar Forumunun sonuncu paneli keçirilib

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edib VİDEO

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

Baş Prokurorluq: Gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparılır

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib

Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub

Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində növbəti panel keçirilib

Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb

Ağcabədi kümçüləri mövsümün ilk günündə 578 kiloqram barama təhvil veriblər

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçirilir

Zoomorfik təsvirlərin sirləri: türk mədəniyyəti abidələri - MƏQALƏ

Prezident Administrasiyasının rəhbəri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib VİDEO

Rektor: Texnologiya və yaradıcı sənayelərin yaxınlaşması XXI əsrin çağırışlarının həllində böyük əhəmiyyət kəsb edir

Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirilib

Azərbaycan Braziliyada Beynəlxalq Milli Mətbəx və Mədəniyyət sərgisində təmsil olunub

Panel müzakirə: Startapların və gələcək inklüziv texnologiyaların önəmi

Ötən ay Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 12 min 733 müraciət daxil olub

Şərqşünaslıq İnstitutu ilə Çinin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

Ailə Məcəlləsinə dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

® Keyfiyyət və qiymət baxımından avtomobil bazarında yeni qaydalar təyin etməyə hazır iki Çin brendi artıq rəsmi olaraq Azərbaycanda

Nobel mükafatı laureatı Əziz Səncər UNEC-də olub

İsrailli jurnalist Vardanyanın həbsdə olmasını əsaslandırıb

AQC sədri CAATS prezidenti seçilib

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında yeni qərarlar qəbul edilib

Texnologiya Universiteti ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında memorandum imzalanıb

“Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qalibləri müəyyənləşib

Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb

Rəşad Əzizov: Sahibkarlığı və yaradıcılığı bir araya gətirsək, bu sahədə sürətli tərəqqiyə nail ola bilərik

FLNKS Fransa prezidentini sözünün üstündə durmağa çağırıb

Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb

Balakənli kümçülər iki gündə 700 kiloqramadək yaş barama təhvil veriblər

Dünyaca məşhur “Ovod” M.Teatrın səhnəsində

Əli Əsədov: Ərzaq təhlükəsizliyinin təmini Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib

AzMİU-da fənn olimpiadalarının qaliblərinə diplomlar təqdim olunub

MMU-da NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində icmal görüşü keçirilib

Məşğulluq və əmək pensiyası haqqında qanunlara dəyişikliklərlə bağlı qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

Qəbələdəki beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib

“Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Tottenhem”in futbolçusu qarət olunub

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib

BDU-nun rektoru: Biz sahibkarlıqla bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik

Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur

® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib

Mərkəzi Bank BVF ilə pul siyasətinin transmissiyasının yaxşılaşdırılmasını müzakirə edib

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərə həsr olunmuş Xüsusi iclas keçirilib

Hulusi Kılıç: Azərbaycanın COP29-a sədrliyini qaralamaq cəhdləri uğursuzluğa məhkumdur

GDU-da yaz imtahan sessiyası başlayıb

Hesablama Palatası və Çinin Milli Auditi Ofisi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib

Tarla seminarında “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi” mövzusu müzakirə olunub

BMU-nun professor-müəllim heyəti abituriyentlərlə görüşüb

Naxçıvanda taxıl anbarı kompleksinin fəaliyyətinin genişləndirilməsinə güzəştli kredit ayrılıb

Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Xidmət rəisi: Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılıb, ya da təhqir edilib

Bu həftəsonu Şamaxıda Hava Şarları Festivalı keçiriləcək

Mədəniyyət naziri tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyənləşib

® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır

Tələbələr narkomaniyanın mənfi təsirləri barədə maarifləndiriliblər

Çexiyalı nazir əməkhaqqını təkcə kronla deyil, həm də avro ilə ödəməyi təklif edib

Təkcə Rusiya bazarlarına 900 TIR-dan çox Cəlilabad kartofu daşınıb - məhsul boldur FOTO

Pul bazası azalıb

Muzeyin əməkdaşı Qazaxıstanda beynəlxalq elmi-praktik konfransda çıxış edib

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

® ABB yeni imic filmini təqdim edib

Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıb

Lord David Evans: Azərbaycan COP29-da çox böyük uğur qazanacaq

Ötən ay BŞTİ-yə 15 min 470 vətəndaş müraciəti daxil olub

On beş gün ərzində Elm və Təhsil Nazirliyinə 59 mindən çox vətəndaş müraciət edib

Balakəndə qanvermə aksiyası keçirilib

DİM və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi imtahanların nəticələri açıqlanıb

Londonda təhsil alan azərbaycanlı gənc Altsheymer xəstəliyinin müalicəsi üçün yeni həll yolları axtarır – MÜSAHİBƏ

Rus Dram Teatrının səhnəsində “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası olub

Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq

Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə apara bilər

Bakıda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib

Alimlər kəkələmənin mənbəyini müəyyənləşdiriblər

Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gəlib

Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı oyunçusu bəlli olub

Azərbaycan məktəbliləri İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak edirlər

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir