Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏFİR MƏMMƏD ƏLİYEV: AZƏRBAYCANDA MEDİATERRORUNA SON QOYULACAĞINA İNANIRAM

SUAL: Cənab səfir Azərbaycandakı müxalifət qəzetləri, o cümlədən “Yeni Müsavat” qəzeti Sizin Gülhanə Hərbi Tibb Akademiyasına buraxılmamağınız haqqında məlumat yayıb. Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Qeyd etmək istəyirəm ki, bunu qəzet adlandırmaq belə istəmirəm bir kağız parçasında yazan adamlar əllərindəki qələmləri bir bıçaq, tapanca kimi istifadə edir. Ziyalılara, alimlərə, diplomatlara, hər kəsə hucum çəkməyi, böhtan atmağı peşə seçiblər. Onların səviyyəsinə düşmək, onlarla polemikaya girmək istəmirəm. Ancaq hər yazılarında nə qədər səviyyəsiz, məlumatsız olduqları əyani şəkildə ortaya çıxır. Gülhanə Hərbi Tibb Akademiyası nəhəng bir klinikadır. Oraya minlərlə adam müraciət edir, müalicə, müayinə görür. On minlərlə adam buraya rahat girib-çıxır. Xəstəlikləri ilə əlaqədar müraciət edir, dost və qohumlarının ziyarətinə gəlir. Mən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi ölkə Prezidentinin iqamətgahı, Baş nazirlik, Silahlı qüvvələrin baş gərargahını rahatlıqla ziyarət edirəm. Heç kim buna mane olmur və ola da bilməz. Bütün bu iddihamlar yalandır, əsilsizdir.

SUAL: Məmməd müəllim müxalifət mətbuatımızın səhifələrində günlərdir Sizin cənab prezidentin görüşləri ilə əlaqədar söylədiyiniz sözlər şübhə ilə qarşılanır. Belə görüş baş verdikdə isə yəni iyulun 30-da Türkiyə Resublikasının prezidenti Əhməd Nəcdət Sezər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ziyarət edəndə, Sizin bu görüşdən xəbəriniz olmadığı yazıldı.

Cənab Prezidentin Gülhanədən çıxdığı ancaq yarı yoldan geri qayıtdığı irəli sürüldü. Bu iddialara münasibətiniz?

CAVAB: Birincisi bu yalanlarla, böhtanlarla bunları nə qədər savadsız, dövlət işlərindən, dövlətlər arası protokol normalarından xəbərsiz olduqları bir daha təsdiqlənir. Belə bir şey ola bilərmi? Hörmətli Əhməd Necdət Sezər prezidentimizi ziyarət edəcək, görüşəcək, fikir mübadiləsi aparacaq və mənim - bu ölkədəki səfirin bundan xəbəri olmayacaq? Gülünc bir iddia. Hamısı da yalan! Bəli iyulun 30-da Türkiyə Respublikasının Preidenti Əhməd Necdət Sezər Gülhanə Hərbi Tibb Akademiyasına gəldi: Protokol qaydalarına görə onu qapıda qarşıladım. Möhtərəm Prezidentimiz ilə görüşdü. Görüşdən sonra yüksək qonağı yenə də qapıya qədər ötürdüm. Hörmətli Əhməd Nəcdət Sezər Prezidentimizin uğurlu müayinə və müalicəsi ilə əlaqədar məmnuniyyətini bir daha dilə gətirdi. Bu bir protokol, etik, mədəni dəyərlərdən çox uzaq qalanlar bunları anlamaz. Ortaya da belə çirkin yalanlar çıxar. İkinci məsələyə gəlincə, bu da tam yalandır. Prezidentimiz möhtərəm Heydər Əliyev Gülhanə Hərbi Tibb Akademiyasından ayrılmamışdır. Bu barədə yazılanlar da tam bir fantaziyadır, xəyal məhsuludur. Qətiyyən belə bir hadisə olmamışdır. Mənbə olaraq “TRT” və “NTV” televiziya kanalları “Cümhuriyyət” qəzeti gətirilir. Yalandır!

Nə TRT-nin, nə də NTV-nin xəbərlər proqramlarında belə bir informasiya verilməmişdir. O ki qaldı “Cümhuriyyət” qəzetinə, çox vaxt bu adamlar təsadüfən və ya qəsdən Türkiyədəki qəzetlə Azərbaycandakı eyniadlı qəzeti “səhv salırlar”. Türkiyənin “Cümhuriyyət” qəzeti belə bir xəbər yazmayıbdır.

SUAL: Cənab səfir, Azərbaycanın müxalifət mətbuatı özlərinin Türkiyə rəhbərliyindəki və Gülhanədəki mənbələrindən söz açır, adı çəkilməyən bu mənbələrin doğru, Gülhanədəki həkimlərin və sizin yalan məlumat verdiyinizi bildirir. Bu, nə qədər həqiqətə uyğundur? Eyni zamanda, bu “mənbələrin” də xəbərlərində uyğunsuzluqlar var. Bir gün cənab Prezidentin səhhətinin ağır olduğu, o biri gün isə gizli görüşlər keçirdiyi vurğulanır.

CAVAB: Yenə deyirəm ki, cənab Prezidentin səhhəti normaldır. Müayinə və müalicə nəzərdə tutulmuş şəkildə davam edir.

Mən mətbuat konfransında da dedim. Bütün dünya cənab Prezidentin tərcümeyi-halına bələddir. Hamı bilir ki, möhtərəm Prezidentimiz 1987-ci ildə infarkt keçirib. 1999-cu ildə ürəyində cərrahiyyə əməliyyatı aparıldığı da sirr deyildir. Vaxtaşırı müayinədən keçməsi də bəllidir. Cənab Prezidentin səhhətində başqa heç bir problem yoxdur. Bunu hər kəs bilir. Təkrar-təkrar bunu söyləməyə ehtiyac varmı? 1999-cu ildən etibarən cənab Prezident Gülhanə Hərbi Tibb Akademiyasında professor, tibb elmləri doktoru, admiral Ertan Dəmirtaşın rəhbərliyi ilə həkimlər tərəfindən müayinə və müalicə olunur. Cənab Prezident də bu müayinədən, müalicədən, ona göstərilən diqqət və qayğıdan razıdır.

Müxalifət mətbuatı ziddiyyətlər içindədir. Gah deyirlər ki, cənab Prezidentin vəziyyəti ağırdır, reanimasiyadadır, sonra isə bunu təkzib edir və amerikalılarla məxfi danışıqlar apardığını yazırlar. Bütün bunlar məntiqə ziddir. Bu, həm də Azərbaycan müxalifətinin intellekt səviyyəsinin güzgüsüdür. Yalanları da əməlli-başlı qoşub düzəldə bilmirlər. Keçmişdə deyirdilər ki, yalanın qırx gün ömrü var. Bunların yalanının ömrü isə qırx saniyədir. Onların heç bir ciddi informasiya mənbələri də yoxdur. Çünki ən doğru, ən səlahiyyətli informasiya mənbəyi hörmətli Ertan Dəmirtaşdır. Mən onların fəaliyyətini media terroru kimi qiymətləndirirəm. Bununla əlaqədar mərhum İsmət İnönünün tarixi sözlərini sitat gətirmək istəyirəm. 1930-cu illərdə Türkiyədə siyasətçilər qəzetlərin yalan və böhtan kampaniyaları ilə qarşılaşmışdılar və bu da cəmiyyətdə siyasətin nüfuzdan düşməsinə, dövlətin zəifləməsinə gətirib çıxarmışdı. Bundan narahat olan İsmət İnönü demişdir: “Qardaşlar, əgər bir məmləkətdə namuslu insanlar namussuzlar qədər səbirli və cəsarətli olmasalar, o məmləkət batar”. Mən də təəccüblənirəm. Bu bir ovuc böhtançı, yalançı media terrorçularının niyə cavabı verilmir? Türkiyədəki “böyük qardaşları” demokratik yolla necə cəzalandırıldısa, bunlar da eyni demokratik yollarla cəzalandırılmalıdır. Görəsən, bizim hüquqçular niyə susurlar? Bunların böhtanlarındanmı çəkinirlər? Bunlar hər gün daha da azğınlaşırlar.

Hər peşənin etika normaları, əxlaq qaydaları vardır. Ona görə, bu şəxslərin jurnalist olmasına da şübhə ilə yanaşıram. Bunlar nə etika, nə mədəniyyət, nə də tərbiyə bilirlər. Bunlar media terrorçularıdır.

Dükanda sizə köhnə, xarab mal satanda şikayət edə bilərsiniz. Hüquqlarınız qorunacaq. Bizdə isə bir qrup adam böyük-kiçik bilmədən, insanları ləkələyir, böhtan atır və cəzasız qalır. Bu, düzgün deyildir. Bu qəzetlərin səhifələrində mən də təhqir olunuram. Bir vətəndaş kimi mənim müdafiə haqqım yoxdurmu? Bunlar mediada terror edir, cəmiyyəti anarxiyaya çağırırlar. Ziyalılarımızı, alimlərimizi, diplomatlarımızı, siyasi xadimlərimizi təhqir edirlər. Kimlərdir bunlar? Azərbaycan üçün nə ediblər? Vətənin müdafiəsi üçün könüllü olaraq orduyamı yazılıblar? Elmi ixtiralarımı var? Gələcək nəsillərə bir mədəni irs, əsərmi qoyublar? Kim olduqları, adları belə bəlli olmayan Rauf, Mehdi, Könül kimlərdir ki, ictimaiyyətə dərs verirlər? Hədə-qorxu gəlirlər? Xalq qarşısında nə xidmətləri vardır? Aşağı səviyyədə, yarı-yamalaq bilgiləri olan insanlardır. Mənə qarşı şəxsi təhqirlərə gəlincə isə, onlara cavabımı hüquq yolu ilə verəcəyəm.

SUAL: Türkiyədə Star kanalı şayiələrə istinadən bir xəbər verir. Ertəsi gün bizim bəzi qəzetlər bu telekanalı mənbə göstərərək onu təkrarlayır. Türkiyədəki məlum telekanal bu dəfə bizim mətbuatı mənbə kimi göstərir və bu proses davam edir. Star TV bağlandı. Hazırda mənbə kimi bir İnternet saytı göstərilir. Bu barədə məlumatınız varmı?

- CAVAB: Bu barədə də, bu oyunu aparanlar haqqında da ətraflı məlumatımız vardır. Adlar dəyişsə də, mətləb, məqsəd və oyunçular eynidir. Bir vaxt Azərbaycanda “Avrasiya” qəzeti çap olunurdu. Sahibi də bəllidir. Star telekanalında və ya “Star” qəzetində yayımlanmayan, yazılmayan cəfəngiyat internet saytında əksini tapır. Dedikləri “ciddi”, “mötəbər” mənbə də bunlardır. Dünənə qədər Azərbaycanda gəzib dolaşan, indi də Türkiyədə “mötəbər mənbə”yə çevrilən insanlardır. Jurnalistlik fəaliyyətləri də yalnız çirkab atmaqdan ibarətdir. Belə bir söz var: palçıq at ki, yapışmasa da, izi, ləkəsi qalsın. Bunların əsas devizi, həyat fəlsəfəsi də belədir. İnanıram ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da media terroruna son qoyulacaqdır. Yalançılar, böhtançılar demokratik qaydalar çərçivəsində layiqli cəzalarını alacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH