Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səfirlik: Rəsmi şəxs olan Zatulin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyinə uyğun hərəkət etməlidir

Səfirlik: Rəsmi şəxs olan Zatulin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyinə uyğun hərəkət etməlidir

Moskva, 20 oktyabr, AZƏRTAC

Rəsmi şəxs, hakim partiyanın üzvü, onun parlamentdəki təmsilçisi olan Konstantin Zatulin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyinə uyğun hərəkət etməlidir. Onun diqqətinə çatdırırıq ki, bu mövqeyi onun özü deyil, Rusiya Federasiyasının rəhbərliyi müəyyən edir.

Bu fikirlər Azərbaycanın Rusiyadakı səfirliyinin RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin mətbuat xidmətinin bəyanatına cavab məktubunda yer alıb. AZƏRTAC-a daxil olmuş məktubda qeyd edilir ki, səfirlikdə RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin mətbuat xidmətinin 2019-cu il 17 oktyabr tarixli bəyanatını diqqətlə oxuyublar. Bəyanatda iddia edilir ki, səfirliyin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota təqdim etməsi deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə qarşı isterik kampaniyanın kulminasiya nöqtəsidir.

Azərbaycan səfirliyinin bununla bağlı cavab məktubunda deyilir: “Diqqətə çatdırırıq ki, cənab Zatulinin "isterik kampaniya" adlandırdığı proses onun öz mövqeyindən sui-istifadə edərək uzun illər ərzində Azərbaycan və Rusiya arasında yüksək səviyyəli əlaqələrə xələl gətirmək məqsədilə davam etdirdiyi destruktiv fəaliyyətin dayandırılmasına çağırışdır. Səfirlik K.Zatulinin diqqətinə onu da çatdırır ki, bu əlaqələr o qədər möhkəm və konstruktivdir ki, Azərbaycan-Rusiya münasibətlərinə hər hansı zərər vermək cəhdləri uğursuzluğa məhkumdur.

Bununla yanaşı, səfirlik humanitar niyyətlər altında özünü sülh carçısı kimi təqdim etmək istəyən hər kəsin nəzərinə çatdırır ki, onlar artıq 30 ildən çoxdur Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanmasını, ölkənin ərazi bütövlüyünün bərpa olunmasını və azərbaycanlı əhalinin etnik təmizlənməsində, Xocalı soyqırımı və digər hərbi cinayətləri törədənlərin cəzalandırılmasını gözləyən Azərbaycan xalqına da hörmətlə yanaşsınlar.

Rusiyalı deputatın mətbuat xidmətinin əsassız, xüsusən səfirliyin deputatın münaqişənin ədalətli həllinə dair fikirlərinə dəqiq cavabı olmadığı üçün Rusiya XİN-ə müraciət etməsi arqumentlərinə gəldikdə, bildiririk ki, yəqin, Zatulinin özündən savayı əsl həqiqət hamıya məlumdur. Təkcə Azərbaycan deyil, bütün dünya ictimaiyyəti Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üzrə mövqeyini bilir. Bu səbəbdən bir daha təkrar edirik ki, "sülh carçısı" Konstantin Zatulin rəsmi şəxs, hakim partiyanın üzvü, onun parlamentdə təmsilçisi kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyinə uyğun hərəkət etməlidir. Deputatın diqqətinə çatdırırıq ki, bu mövqeni onun özü deyil, Rusiya Federasiyasının rəhbərliyi müəyyən edir. Səfirliyin notasında yer almış söz və niyyətlərin təhrif edilməsi cəhdləri isə onun məsələyə qərəzli yanaşmasından başqa bir şey deyil. Biz Rusiya Federasiyasının rəsmi mövqeyindən çıxış edirik və Rusiya XİN-in diplomatik notalarına əsaslanırıq.

Təbii ki, K.Zatulinin öz şəxsi fikri ola və onu başçılıq etdiyi MDB Ölkələri İnstitutunun yeməkxanasında özünün erməni dostları və himayədarları ilə bölüşə bilər. Lakin deputatın Azərbaycan qanunvericiliyinə zidd olaraq işğal olunmuş ərazilərə səfər etməsi, habelə separatçı tədbirlərdə iştirakı tamamilə yolverilməzdir və cənab Zatulinin öz statusuna və nüfuzuna xələl gətirir.

ABŞ və Avropa ölkələri təmsilçilərinin iştirakına və Azərbaycan tərəfinin bunun ardından verdiyi reaksiyaya gəldikdə, məlumat veririk ki, həmin ölkələrdəki səfirliklərimiz tərəfindən müvafiq tədbirlər görülür. Eyni zamanda, qeyd etmək istərdik ki, regionun əsas ölkəsi və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Rusiyadan gözləntilərimiz yetərincə böyükdür və bu səbəbdən rusiyalı deputatın bu cür tədbirlərdə iştirakına reaksiyamız da buna müvafiqdir.

Erməni soyadı olan Rusiya vətəndaşlarının deportasiyası məsələsi ilə bağlı səfirlik diqqətə çatdırır ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "İzvestiya" qəzetinə müsahibəsində bunun ətraflı izahını verib və cənab Zatulin onunla aşağıdakı linkdə tanış ola bilər: https://iz.ru/931686/elnar-bainazarov/my-nikuda-ne-denemsia-nado-vesti-peregovory-s-armeniei .

Deputatın mətbuat xidməti K.Zatulinin qanunsuz hərəkətlərinə Ramil Səfərov və Aleksandr Lapşin misallarında da bəraət qazandırmaq istəyir. Bu məsələlər barəsində Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini bildirib. Səfirlik hesab edir ki, bu cür spekulyasiyalar Rusiya ictimaiyyətini çaşdırmaq məqsədi güdür. Yaxşı olardı ki, deputat Qaregin Njdenin timsalında faşistlərin əlaltılarının təbliği ilə bağlı Ermənistanın öz siyasətini davam etdirməsindən danışsın və bu məsələ üzrə Rusiya XİN-in mövqeyi ilə tanış olsun.

Səfirliyin yuxarıda göstərilən notasında guya hansısa qərəzli fikir sezərək deputatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bərədə fikirlərinə istinad etmədiyi barədə qənaət də yanlışdır. Bu nəticəyə gəlmək sadəcə gülüncdür, çünki Azərbaycan münaqişədə zərər görən tərəfdir və onun tezliklə nizamlanmasında maraqlıdır. Konkret nəticələrin olmamasına və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə bəyan etdikləri kimi, işğal olunmuş ərazilərdə status-kvonun qorunub saxlanılmasının yolverilməzliyini dəfələrlə bəyan etməsinə rəğmən ölkəmizin danışıqlar prosesində konstruktiv iştirakı buna sübutdur.

"Rus əhalinin aparteidi" ifadəsinin işlədilməsi bir daha təsdiqləyir ki, şübhəli xarakterli separatçı tədbirlərdə iştiraka həddindən artıq aludə olmuş cənab Zatulin reallıq hissini itirib və Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından, hətta ölkədə hökm sürən tolerantlıqdan və rus dilinə çox böyük ehtiram göstərilməsindən xəbərsizdir.

Yuxarıda göstərilənlərə baxmayaraq, K.Zatulinin də sözlərindən məlum olduğu kimi, o, öz qənaətinə görə, seçicilərinin və bütövlükdə Rusiya Federasiyasının maraqlı olduqları problemlərin həllini axtarmaqda davam edir. Deputatın səylərinə kömək etmək istəyən səfirlik bir daha aşkar həqiqəti ona açır. Qarabağ separatçılarının özlərindən və K.Zatulindən başqa münaqişənin ədalətli həllində maraqlı olanların hamısı üçün bu həll yolu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində və Rusiya Federasiyasının da dəstəklədiyi digər beynəlxalq hüquqi sənədlərdə öz əksini tapıb.

Səfirlik ümidvardır ki, özünün rəsmi saytında sadalanan bütün vəzifələri tutan Konstantin Fyodoroviç Azərbaycan cəmiyyətinin onun məsuliyyətsiz hərəkətlərinə reaksiyasını düzgün başa düşəcək və haqq yoluna qədəm qoyacaq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər