ELM VƏ TƏHSİL
“SOCAR yay məktəbi 2014” layihəsi üzrə müsahibələr iyulun 19-da və 20-də keçiriləcək
Bakı, 18 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) elan etdiyi “SOCAR yay məktəbi 2014” layihəsi üzrə müsahibələr iyulun 19-da və 20-də keçiriləcək.
ARDNŞ-in insan resursları departamentindən AZƏRTAC-a bildiriblər ki, layihənin ikinci mərhələsinə buraxılan namizədlərin siyahısı və müsahibə cədvəli ilə http://socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf/yay%20mektebi/qrafik-11.08.html linkində tanış olmaq mümkündür.
Müsahibələri ARDNŞ-in əməkdaşlarından ibarət müsahibə komissiyası aparacaq. Qiymətləndirmə zamanı iddiaçıların müsabiqədə iştirakı barədə motivasiya məktubu, ARDNŞ və ölkəmizin neft-qaz tarixi barədə bilikləri və dünyagörüşü əsas götürüləcək. Hər bir iddiaçıya 9 dəqiqədən çox olmayaraq vaxt ayrılacaq.
Müsahibələr ARDNŞ-in insan resursları departamentində olacaq (ünvan: Nizami rayonu 8-ci km. yaşayış sahəsi, Şirin Mirzəyev küçəsi, 32A).