DÜNYA
Somalinin 700 mindən çox sakini acından ölmək təhlükəsi qarşısındadır
Bakı, 5 sentyabr (AZƏRTAC). Somalinin 750 sakini acından ölmək təhlükəsi qarşısındadır.
Bu barədə BMT nümayəndəliyinin sentyabrın 5-də yayılmış məlumatında deyilir.
Misli görünməmiş quraqlıq nəticəsində Afrika buynuzu rayonunda ağır vəziyyət yaranmışdır.
Somalidə artıq əhalisinin sayı 8 milyon nəfərə yaxın olan altıncı rayonu fəlakət bürümüşdür.
BMT-nin sənədində deyilir: “Bütövlükdə böhran dörd milyon adamı əhatə etmişdir, əgər dünya birliyi adekvat reaksiya göstərməsə, qarşıdakı dörd ay ərzində onlardan 750 min nəfəri ölə bilər”.
BMT-nin məlumatında deyilir: “On minlərlə adam artıq vəfat etmişdir, onların yarısından çoxu uşaqlardır. Böhrana indiki sürətlə reaksiya verilərsə, aclıq daha dörd ay yayılmaqda davam edəcəkdir”.
Hazırda Afrika buynuzu ölkələri lazım olan yardımın yalnız 59 faizini ala bilirlər.