Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Son illər nəqliyyatın planlaşdırmasına yanaşma akademik mühitdə əhəmiyyətli dərəcədə dəyişib

Son illər nəqliyyatın planlaşdırmasına yanaşma akademik mühitdə əhəmiyyətli dərəcədə dəyişib

Bakı, 30 aprel, AZƏRTAC

Şəhər əhalisinin yaşam keyfiyyətini müəyyən edən əsas amillərdən biri əhalinin yerdəyişmələrinin mümkün qədər tez və rahat yerinə yetirilməsidir. Bu yerdəyişmələrin sürətli yerinə yetirilməsi, şəhər zonaları arasında nəqliyyat əlaqələrinin sadə və qısa olması, yola düşmə və təyinat məntəqələri arasında düzgün marşrut seçimi şəhərlərdə mobilliyin artırılmasında böyük rol oynayır. Şəhər ictimai nəqliyyatının işinin səmərəli təşkili, müxtəlif şəhər zonalarını maneəsiz birləşdirən velosiped yollarının yaradılması, nəqliyyatda ləngimələrin azaldılması məsələnin həlli istiqamətində mühüm addımlardır.

Bu fikirlər Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirovun “Şəhər mobilliyi” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Son illər şəhərlərdə mobilliyin təmin edilməsi bütün dünyada diqqət mərkəzindədir. Şəhər əhalisinin və sıxlığının artması problemin aktuallığını artırıb. Təsadüfi deyil ki, Avropa İttifaqı tərəfindən 2013-cü ildə Şəhər Mobillik Paketi nəşr olunub və burada dayanıqlı şəhər mobillik planı konsepsiyası öz əksini tapıb.

İnformasiya texnologiyalarının inkişafı ilə əhalinin hərəkətliliyinin təmin olunması məsələsinə yanaşmalar da dəyişib. Belə ki, hərəkətliliyin izlənməsi və modelləşdirilməsi üçün informasiya texnologiyalarından istifadə bu sahədə təklif olunan həllərin sürətlə və müqayisəli təhlillərə əsasən əldə olunmasına imkan yaradıb. Belə bir şəraitdə ölkələrin yaşayış məntəqələrinin nəqliyyat planlaşdırılmasına yenidən baxılması və təkmilləşdirilmə imkanları ortaya çıxıb.

Beynəlxalq səviyyədə qəbul edilmiş tərifə əsasan dayanıqlı şəhər mobillik planı daha yüksək həyat keyfiyyətinin təmin edilməsi üçün şəhərlərdə və onların ətrafında insanların və müəssisələrin mobillik ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş strateji plandır. Bu plan mövcud planlaşdırma təcrübələrinə əsaslanır, inteqrasiya və qiymətləndirmə prinsiplərini nəzərə alır. Dayanıqlı şəhər mobillik planı aşağıdakı prinsiplərə əsaslanır:

-institusional sərhədlər boyu əməkdaşlıq;

-vətəndaşların və maraqlı tərəflərin cəlb edilməsi;

-cari və gələcək fəaliyyətin qiymətləndirilməsi;

-bütün nəqliyyat növlərinin inteqrasiya olunmuş iş rejimlərinin inkişaf etdirilməsi

-monitorinq və qiymətləndirmənin təşkili;

-keyfiyyətin təmin edilməsi.

Şəhər mobillik planının əsas prinsipləri, yerli nəqliyyat və mobillik problemlərini həll etmək üçün yerli səviyyəli strateji planlaşdırma, CO₂ miqdarının azaldılması, tıxacların aradan qaldırılması, yol hərəkəti təhlükəsizliyinin təmini, şəhərlərin genişlənməsi, əlçatanlığın təmin edilməsi, şəhər yaşayışının ümumi keyfiyyətinin və rəqabət qabiliyyətinin yaxşılaşdırılması və nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu, su və v.s) multimodal və intermodallığa doğru kompleks inkişafından (mübadilə məntəqələrinin yaradılması və inkişafı) ibarətdir.

Dayanıqlı şəhər mobillik planlaşdırmasının əsas məqsədi dayanıqlı mobilliyə doğru keçid etməklə əlçatanlıq və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bunun üçün cari vəziyyətin və gələcək tendensiyaların hərtərəfli qiymətləndirilməsi, strateji hədəflərə geniş şəkildə baxış, təşviqat, maliyyə, texniki və infrastruktur tədbirləri tələb olunur. Hədəflərə çatmaq üçün onların həyata keçirilməsi sistematik monitorinq və qiymətləndirmə ilə müşayiət olunmalıdır.

Ənənəvi planlaşdırma yanaşmalarından fərqli olaraq, dayanıqlı şəhər mobillik planında vətəndaşların və maraqlı tərəflərin cəlb edilməsinə, sektorlar arasında tədbirlərin koordinasiyasına (xüsusilə nəqliyyat, ətraf mühit, iqtisadi inkişaf, sosial siyasət, sağlamlıq, təhlükəsizlik və enerji) xüsusi diqqət yetirilir.

Dayanıqlı şəhər mobillik planlaşdırma konsepsiyası, həmçinin mobilliyin və xidmətlərin inteqrasiya olunmuş şəkildə əhatə olunmasına və şəhərin inzibati hüdudları daxilindəki vahid ərazidən fərqli olaraq bütün “funksional şəhər ərazisi” üçün planlaşdırmasının zəruriliyinə əsaslanır.

Son illərdə nəqliyyatın planlaşdırmasına yanaşma akademik mühitdə və planlaşdırma praktikasında əhəmiyyətli dərəcədə dəyişib.

Şəhərlər və ətrafları gündəlik olaraq sərnişin və yük axınları ilə əlaqələndirilir, yəni dayanıqlı şəhər mobillik planlaşdırmasının coğrafi əhatəsi bu “funksional şəhər sahəsinə” əsaslanmalıdır. Sərnişin və yüklərin faktiki axınları əsasında planlaşdırlması vacib meyardır.

Dayanıqlı şəhər mobillik planı əlçatanlığı yaxşılaşdırmaq və bütün funksional şəhər ərazisi üçün yüksəkkeyfiyyətli, dayanıqlı mobilliyi təmin etmək kimi ümumi məqsədi həyata keçirir.

Dayanıqlı şəhər mobillik planının hazırlanması və həyata keçirilməsi müxtəlif səviyyəli hökumət təşkilatları və planlaşdırma sahəsindəki qurumlar (və onların departamentləri) arasında yüksək səviyyəli əməkdaşlığa, koordinasiyaya və məsləhətləşməyə əsaslanır.

Mobillik planının hazırlanması funksional şəhər ərazisindəki insanların (sakinlər və ziyarətçilərin), eləcə də orada yerləşən qurumların və şirkətlərin mobillik ehtiyaclarının ödənilməsinə yönəlib. Planın hazırlanması və icrası zamanı vətəndaşların və digər maraqlı tərəflərin prosesə fəal şəkildə cəlb edilməsinə diqqət yetirilməlidir. Prosesdə şəffaflığın və müxtəlif tərəflərin iştirakının planlaşdırılması dayanıqlı şəhər mobillik planı və onun təşviq etdiyi siyasətin qəbul edilməsi üçün ilkin şərtdir.

Şəhər mobillik planının hazırlanması üçün nəqliyyat sisteminin cari və gələcək fəaliyyəti hərtərəfli qiymətləndirilməli, mövcud vəziyyət hərtərəfli nəzərdən keçirilməli, müəyyən edilmiş istiqamətə uyğun olan real hədəflər və bunların hər biri üçün icra göstəriciləri müəyyənləşdirilməlidir. Bundan əlavə, bütün funksional şəhər ərazisi üçün nəqliyyatın və mobilliyin inkişafı üçün uzunmüddətli baxış müəyyən edilməli, bütün nəqliyyat növləri (ictimai və şəxsi, sərnişin və yük, motorlu və motorsuz, hərəkətli və stasionar) əhatə olunmalıdır.

Dayanıqlı şəhər mobillik planı müxtəlif nəqliyyat növlərinin balanslaşdırılmış və inteqrasiya olunmuş inkişafına təkan verir, ümumi mobillik sisteminin keyfiyyətini, təhlükəsizliyini, əlçatanlığını və iqtisadi səmərəliliyini təkmilləşdirmək üçün tədbirlər kompleksinin yaradılmasını nəzərdə tutur. Buraya infrastruktur, texniki, tənzimləyici, təşviq və maliyyə tədbirləri daxildir.

Kollektiv mobilliyin bütün formalarını əhatə etməklə aktiv hərəkətlilik (gəzinti və velosiped sürmə), intermodallıq və qapıdan qapıya mobillik, yol hərəkətinin təhlükəsizliyi, hərəkət edən və stasionar nəqliyyat vasitələrinin tətbiqi, yüklərin daşınması və xidmətlərin göstərilməsi, logistik idarəetmə və intellektual nəqliyyat sistemlərinin tətbiqi şəhər mobillik planının tərkib hissələridir.

Qeyd etmək lazımdır ki, yekun hədəflərə çatmaq üçün planın icrasına ciddi nəzarət edilməlidir. Seçilmiş fəaliyyət göstəriciləri əsasında müntəzəm olaraq qiymətləndirilmə aparılmalı, statistik məlumatların əlçatanlığı təmin edilməlidir. Tədbirlərin həyata keçirilməsinin dayanıqlı monitorinqi və qiymətləndirilməsi ilə hədəflərə yenidən baxılması və zəruri hallarda icra zamanı düzəlişlərin edilməsi nəticələrin effektivliyini xeyli artıra bilər.

Planın ümumi peşəkar keyfiyyətini təmin etmək və onun dayanıqlı şəhər mobillik planı konsepsiyasının tələblərinə uyğunluğunu yoxlamaq üçün mexanizmlərin olması vacibdir. Məlumatların keyfiyyətinin təmin edilməsi və risklərin idarə edilməsi xüsusi diqqət tələb edir.

Ümumilikdə əhalisinin sayı 5000 nəfərdən 100000 nəfərə qədər, sıxlığı isə 300 nəfər/km²-ə qədər olan şəhərləri kiçik şəhər hesab edirlər. Avropa İttifaqında şəhərlərin 30 faizi bu qəbildəndir. Kiçik şəhərlərin dayanıqlı şəhər hərəkətliliyi planlarının hazırlanması az əhəmiyyətli kimi görünə bilər. Lakin son illərdə şəhər ərazilərinin sürətlə genişlənməsi və əhalinin sayının artması gələcəyə yönəlmiş strateji nəqliyyat planlaşdırmasını zəruri edir. Bundan əlavə, ticarət, məişət obyektlərinin uzaqda yerləşməsi ilə əlaqədar vaxt itkiləri, yollarda təhlükəsizliyin təmin olunması üçün tədbirlərin kifayət etməməsi, nəqliyyat səs-küyü kiçik şəhərlərdə artıq müşahidə edilən problemlərdir. Əhalinin sayı və sıxlığı nəqliyyatın planlaşdırılması üçün yeganə vacib amillər deyil. Bəzi şəhərlərdə infrastruktur elə qurulmuşdur ki, gün ərzində iş, təhsil və digər məqsədlərlə kifayət qədər hərəkətlilik yaranır və bu da mobilliyin təmin edilməsi üçün tədbirlər görülməsini zəruri edir.

Bütün bunlarla yanaşı, bəzi şəhərlərin turizm potensialı da nəzərə alınmalıdır. Turizm mövsümündə, xüsusilə də yay aylarında bir çox əyalət şəhərlərində turist ziyarətləri ilə əlaqədar hərəkətliliyin əhəmiyyətli dərəcədə artması müşahidə edilir. Mobillik planının tərtib olunması zamanı hərəkətlilikdə müşahidə olunan bu dəyişiklik nəzərə alınmalı, tələbatın istiqamət və xarakteri müəyyən edilməlidir.

Azərbaycan Respublikasının əyalət şəhərlərində yerli əhalinin və kənardan gələnlərin tələbləri, həmçinin şəhərlərin inkişaf perspektivləri nəzərə alınmaqla dayanıqlı mobillik planının hazırlanması həmin şəhərlərin cəlbediciliyini yüksəldə, sürətlə inkişafı üçün yaxşı stimul ola bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb